Rusiya "Türk Axını” layihəsinin təxirə salındığını açıqlayıb. Baki-xeber.com xəbər verir ki, bununla bağlı "Qazprom”un rəhbəri Aleksander Medvedev açıqlama verib.
Bundan əvvəl Türkiyə rəsmiləri "Türk Axını” danışıqlarının dondurulduğunu bildirmişdilər. Rusiya prezidenti Vladimir Putinin də çox əhəmiyyət verdiyi "Türk Axını”nın birinci xəttinin 2016-cı ilin sonunda açılması gözlənilirdi.