çərşənbə günü, 25 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Avroparlamentin qərəzli qətnaməsinə qarşı Azərbaycanda fəal siyasi hərəkat başlayıb
Tarix: 12.09.2015 / 04:05
Bölmə: Siyasət
"Yeni Azərbaycan Partiyası Avropa Parlamentinin bir qrup deputatının növbəti antiazərbaycan bəyanatından böyük təəssüf hissi keçirir. Regional parlament assambleyasının prosedur qaydalarından sui-istifadə edərək müstəqil bir ölkənin vaxtaşırı hədəfə götürülməsi heç də qarşılıqlı əməkdaşlığa və səmimi münasibətlərə dəstək verən siyasət hesab edilə bilməz". "Trend"in hakim partiyanın saytına istinadən verdiyi məlumata görə, bu fikirlər Yeni Azərbaycan Partiyasının (YAP) Avropa Parlamentinin qəbul etdiyi antiazərbaycan qətnaməsi ilə bağlı yaydığı bəyanatda öz əksini tapıb.
YAP-ın yaydığı bəyanatda qeyd olunur ki, Azərbaycanda gedən proseslərə obyektiv qiymət verməkdən uzaq duraraq, bir qisim avroparlamentari mütəmadi olaraq ölkəmiz barədə qarayaxma kampaniyasına dəstək verir. Azərbaycanın demokratik hüquqi dövlət quruculuğu, insan hüquq və azadlıqlarının təmin edilməsi, neft kapitalının insan kapitalına çevrilməsi sahəsində fəaliyyətinə göz yumulur, onun Avropa dəyərlərinə olan inamı sarsıdılmağa çalışılır, Azərbaycan torpaqlarının bir hissəsinin qonşu Ermənistan tərəfindən işğal edilməsi faktı və bir milyona yaxın qaçqın problemi nədənsə unudulur.
Ölkəmizdə siyasi plüralizm və demokratiyanın bərqərar olmasının, mətbuatın azad inkişafı üçün yaradılan şəraitin nəzərə alınmamasını Avropa Parlamentinin Azərbaycana qarşı mövqeyinin qərəzli və qeyri-obyektivliyinin nəticəsi kimi dəyərləndirilən bəyanatda qeyd olunur ki, Azərbaycanın daxili siyasətinə qərəzli qiymət verməyə cəhd göstərilməsi Avropa Parlamentinin siyasətinə çevrilib və bu, Azərbaycan xalqının haqlı narazılığına səbəb olur.
YAP-ın yaydığı bəyanatda daha sonra qeyd olunur: "Rəğbət bəslədikləri bir neçə nəfər məhbusun təcili həbsdən azad edilməsi çağırışı Azərbaycanın daxili işlərinə qarışmaqla yanaşı, hüquq anlayışını nüfuzdan salan bir addımdır. Xarici ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda, mənbəyi naməlum çirkli pullar hesabına qeyri-qanuni sahibkarlıqla məşğul olmaqda ittiham edilənlərin müdafiəsinə qalxmaq Avropa Parlamentinin bəzi üzvlərinin özəl maraqlarından xəbər verir.
Yeni Azərbaycan Partiyası inanır ki, Avropa Parlamentinin növbəti antiazərbaycan qətnaməsi heç də Avropa ictimaiyyətinin fikrini əks etdirmir. Biz məlum qətnaməni Azərbaycanın müstəqil dövlət quruculuğundakı uğurlarından narahat olan dairələrin siyasi qıcıqlanmasından irəli gələn isterik hərəkət kimi qiymətləndiririk.
YAP bəyan edir ki, Avropadakı antiazərbaycan dairələrinin cəhdlərinə baxmayaraq, Azərbaycan demokratiya, insan hüquqlarının qorunması, müstəqil xarici və daxili siyasət kursunu qətiyyətlə davam etdirəcək".
"Azərbaycana münasibətdə yanlış bir mövqe seçiblər"
Avropa Parlamentinin Azərbaycan haqqında qəbul etdiyi qərəzli qətnamə Milli Məclisin Aqrar siyasət komitəsinin dünən keçirilən iclasında pislənib və qətnamənin qərəzli olduğu, heç bir reallığa söykənmədiyi bildirilib.
İclasda çıxış edən komitə üzvü Fəzail İbrahimli bildirib ki, Avropa Parlamentinin qəbul etdiyi qətnamə Azərbaycana qarşı qərəzli mövqenin növbəti nümunəsidir: "Avropanın arzuları həmişə ürəyində qalıb. Dəfələrlə Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirən Avropa bu istəyinə nail ola bilməyib. Azərbaycan parlament seçkiləri ərəfəsindədir. Avropanın bu mövqeyi parlament seçkilərinin boykotuna hesablanmış bir addımdır. Bütün addımlarda hiss edirik ki, Avropa parlamentariləri Azərbaycana münasibətdə yanlış bir mövqe seçiblər. Bunu təkcə Azərbaycana deyil, Türkiyəyə münasibətdə də görürük. Olmayan bir soyqırımı gündəmə gətirib Türkiyəyə qarşı hər hansı bir təzyiq vasitəsi kimi bundan istifadə edirlər. Avropa niyə Xocalı faciəsini gündəmə gətirmir? Bu faciəni törədənləri niyə cəzalandırmır? Bütün dünya bilir ki, Azərbaycanın 20 faiz torpağı işğal edilib, amma Ermənistanı işğalçı dövlət kimi tanımır".
F.İbrahimli deyib ki, bütün bunların kökündə Azərbaycanı təzyiq altında saxlamaq, Azərbaycanı müstəqil bir dövlətdən asılı dövlətə çevirmək cəhdi, digər tərəfdən, Azərbaycanın son illərdə əldə etdiyi kifayət qədər uğurlara qısqanclıq hissi ilə yanaşmaq durur.
O bildirib ki, Avropa Parlamenti qarşısında Azərbaycanın heç bir öhdəliyi yoxdur: "Azərbaycan bu parlament seçkilərini də uğurla keçirəcək, bunun qarşısını heç kim ala bilməyəcək".
Daha sonra çıxış edən komitə sədri Arif Rəhimzadə isə bildirib ki, Avropa Parlamentinin Azərbaycanla bağlı qətnaməsi başdan-ayağa cəfəng, heç bir əsası olmayan iddialardan qurulub və Azərbaycan gerçəkliyindən tamamilə uzaqdır: "Ümumiyyətlə, Qərb sivilizasiyası indi elə bir vəziyyətə gəlib ki, hesab edir ki, o, nəyi necə fikirləşirsə, həmin məsələ düzdür və elə də olmalıdır. Misal üçün, bizi günahlandırırlar ki, nə üçün eyni cinsli insanların nikahına icazə vermirik. Onlar istəyirlər ki, öz iradələrini bütün dünyaya tətbiq etsinlər. Bunun nəticəsini də biz İraqda, Suriyada və digər ölkələrdə gördük".
"Avroparlament Avropa Oyunları ərəfəsində aparılan qərəzli siyasəti davam etdirir"
"Avropa Parlamentinin dünənki qətnaməsi hələ ilk Avropa Oyunları ərəfəsində Qərbin Azərbaycana qarşı apardığı qərəzli siyasətin davamıdır və biz bunu öncədən proqnozlaşdırmışdıq. Sadəcə, budəfəki qətnamə Azərbaycan dövləti və Azərbaycan hakimiyyəti haqqında daha qərəzli, bəzən isə təhqiramiz ifadələrlə müşayiət olunur. Onlar əmin ola bilərlər ki, həm milli səviyyədə, həm də Avropadakı tədbirlərdə onların adekvat cavabı veriləcək".
Bunu APA-ya açıqlamasında Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib.
Ə.Hüseynli qeyd edib ki, qətnamədə guya siyasi təqiblərdə əli olan rəsmilərə, siyasətçilərə qarşı sanksiya və viza qadağası məsələsinə baxmaq çağırışı gülüncdür: "Azərbaycan rəsmilərinə kənardan heç kim heç nəyi qadağan edə bilməz. Əgər hər hansı bir Avropa İttifaqı ölkəsi və onların nümayəndəsi belə bir ağılsız fikrə düşərsə, onda biz o ölkələrlə ikitərəfli münasibətlərimizə yenidən baxmalı olacağıq. Bu addımlardan biz yox, onlar əziyyət çəkərlər. Amma o avropalı deputatlar ki, işğal olunmuş Azərbaycan ərazisinə qanunsuz səfərlər ediblər və dünənki qətnamədə də Azərbaycan əleyhinə səs veriblər, onların Azərbaycana yolu birdəfəlik bağlıdır. Görün vəziyyət nə yerə çatıb ki, özləri siyasi korrupsiyaya bulaşmış avropalı deputatlar Azərbaycan hakimiyyətini korrupsiyada ittiham edib araşdırmalar aparılmasına çağırırlar. Əgər bizim hüquq-mühafizə orqanları Qərb təşkilatlarından, o cümlədən Avropa Birliyindən qrantlar almış və qətnamədə adı çəkilən "hüquq müdafiəçiləri" ilə bağlı araşdırmaları bir qədər də dərinləşdirsəydilər, bu cinayət əməllərinin bir tərəfi elə həmin avropalı rəsmilərə gedib çatardı. Həmin avropalı rəsmilər və deputatlar erməni lobbisi ilə əlbir olaraq siyasi korrupsiyaya qurşanıb və məqsədləri müstəqil siyasət yürüdən Azərbaycana zərbələr endirmək olub. Cənab Prezidentin 2015-ci il 14 iyul tarixli çıxışında dediyi fikirləri bir daha xatırlatmaq istəyirəm: "Mənəvi böhran, iqtisadi böhran bu gün artıq Avropada reallıqdır və əlbəttə ki, bu bizi düşünməyə vadar edir. Gələcək aylarda yeni əməkdaşlıq mexanizmi, formatı və konsepsiyası hazırlanmalıdır". Verilmiş bu tövsiyənin icrasını, hesab edirəm ki, indi daha da sürətləndirmək lazımdır. Avropa Parlamentinin dünənki qətnaməsi göstərdi ki, Azərbaycanın da təmsil olunduğu AVRONEST Parlament Assambleyası tam səmərəsiz bir qurumdur və onu tərk etməyin vaxtı gəlib çatıb".
Komitə sədrinin sözlərinə görə, qətnamədə Avropa İttifaqına üzv dövlətlərə ünvanlanmış, Azərbaycandakı parlament seçkilərini müşahidə etməkdən çəkinməyə çağırış da iflasa uğrayacaq: "Bizim bir çox Avropa ölkələri və onların parlamentləri ilə ikitərəfli yaxşı əməkdaşlığımız mövcuddur. İnanırıq ki, Qərbin bu çirkin oyunlarından kənarda olan demokratik insanlar seçkiləri müşahidə etməyə qatılacaq. Amma heç bu da bir o qədər əhəmiyyətli deyil. Əhəmiyyətli olan Azərbaycan xalqının iradəsi, seçimi və müşahidəsidir. Azərbaycan xalqı da, Azərbaycan ictimaiyyəti də bilməlidir ki, bu cür qətnamələrlə bizə təsir etmək mümkün deyil. Əvvəllər də olduğu kimi, yenə də Qərbdən, Avropadan Azərbaycana gələcək rəsmilər Prezidentimizlə görüşdə Avropa parlamentarlarının bu ağılsız qərarına görə üzrxahlıq edəcəklər və Avropa ilə strateji əməkdaşlığı davam etdirməyi xahiş edəcəklər".
"Avropanın bu mötəbər qurumu sanki
anti-Azərbaycan xəstəliyinə tutulub"
"Avropa Parlamentində Azərbaycanla bağlı qəbul edilmiş qətnaməni qərəzli, ədalətsiz və yersiz hesab edirəm. İnsanda belə bir təəssürat yaranır ki, Avropanın bu mötəbər qurumu, sanki anti-Azərbaycan xəstəliyinə tutulub. Azərbaycanın postsovet məkanının, eləcə də Avropanın özünün ən uğurlu dövlətlərindən biri olduğunu sözügedən qətnamənin qəbul olunmasına səs vermiş parlament üzvləri yaxşı bilir. Onların çoxu ayrı - ayrı vaxtlarda Bakıda olmuş, Azərbaycanın qısa zaman kəsiyində nə qədər sürətlə inkişaf etməsindən, yeniləşməsindən və iqtisadi cəhətdən güclənməsindən heyrətə gəldiklərini dilə gətirmişlər".
Bu fikirləri Azərbaycan Respublikası Baş nazirinin müavini, YAP-ın sədr müavini-icra katibi Əli Əhmədov Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməni AZƏRTAC-a şərh edərkən bildirib.
Azərbaycan vətəndaşlarının Avropa Parlamentinin anti - Azərbaycan mövqeyindən dərindən təəssüfləndiyini bildirən Əli Əhmədov deyib: "Bu, insanlarımızın Avropa dəyərlərinə inamını sarsıdır. Onsuz da Avropa dəyərləri çətin anlarını yaşayır, aşınır. Avropanın da yaxından iştirakı ilə həyata keçirilən Orta Şərq siyasətinin qurbanları olan qaçqınlara, uşaq və qadınlara sərgilənən münasibət bunun əyani misalıdır. Avropanın Avropa Parlamentində müzakirəyə çıxarılmalı olan kifayət qədər ciddi problemləri var".
YAP-ın sədr müavini vurğulayıb ki, Azərbaycan rəhbərliyinin həyata keçirdiyi siyasətin kökündə dövlətin və xalqın mənafeyi dayanır. Milli mənafelər Azərbaycanın təmsil olunmadığı qurumun qəbul etdiyi qərəzli, ədalətsiz qətnamədən daha vacib və daha əhəmiyyətlidir.
"Azərbaycana qarşı olan qərəzli kampaniyanın tərkib hissəsidir"
"Avropa Parlamentinin Azərbaycan haqqında qəbul etdiyi "qətnamə" qərəzdən başqa bir şey deyil". Bunu isə mətbuata açıqlamasında millət vəkili Fuad Muradov bildirib.
Deputat qeyd edib ki, qətnamədə yer alan fikirlər konkret faktara əsaslanmır: "Bu, sadəcə olaraq, Azərbaycana qarşı olan qərəzli kampaniyanın tərkib hissəsidir".
Qətnamədə guya insan hüquq və azadlıqlarının pozulması hallarını "qınayan" Avropa Parlamentinə F.Muradov elə Avropanın özündə insanların milli və dini mənsubiyyətinə görə pozulan hüquqlarına nəzər salmağı tövsiyə edib: "Bu gün Avropanın özündə insan haqlarının pozulması sayəsində ciddi problemlər mövcuddur. Avropada, demək olar ki, tolerantlıq məsələsi çox aşağı səviyyədədir. Amma Azərbaycanda bu sahədə və digər sahələrdə hər hansı problemlər mövcud deyil".
Deputat onu da əlavə edib ki, qətnamədə qərəzli məqam isə vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatları sahəsində tapılan "nöqsanlardır".
F.Muradov bildirib ki, bu qətnamə layihəsini hazırlayanların, görünür, Azərbaycandan heç xəbəri yoxdur: "Yoxsa Azərbaycanda müstəqil şəkildə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarından, QHT-lərdən məlumatları olardı".
F.Muradov vurğulayıb ki, bütün bunlar sadəcə olaraq Azərbaycanın inkişafını və onun müstəqil siyasət yürütməsini qısqanan qüvvələrin işidir: "Azərbaycanın bugünkü inkişafı və regionda nüfuzu, təbii ki, bəzi dairələri narahat edir. Eyni zamanda, seçkiqabağı mühiti nəzərə alsaq, başa düşürük ki, bu qətnamənin qəbulu müəyyən dairələrin təzyiq mexanizmidir. Bizim bu gün əsas vacib məsələmiz torpaqlarımızın işğaldan azad edilməsidir. Ermənilər isə cəbhə xəttində təxribatlarla məşğuldur. Azərbaycan hazırda öz ərazi bütövlüyü məsələsində kəskin mövqeyini ortaya qoyub və erməni tərəfinə adekvat cavab verir. Bunun fonunda Avropa dairələrində belə qətnamə qəbul edilməsi təsadüfi sayıla bilməz. Görünür, istər ölkə rəhbərliyinin, istərsə də Azərbaycan xalqının ərazi bütövlüyü məsələsində yekdil mövqeyi bu cür qara qüvvələrin narahatlığına səbəb olub".
"Avropa Parlamenti... ikili standartlarla çıxış edir"
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politolaq Rufiz Qonaqov sentyabrın 10-da Avropa Parlamentinin ölkəmizlə bağlı qəbul etdiyi yeni qətnamə ilə əlaqədar Vətəndaş Cəmiyyətinin mövqeyini ifadə edərək bildirib: "Azərbaycanla bağlı qəbul edilən bu sənəd reallığı əks etdirmir və Avropa Parlamentinin ölkələrə qarşı ikili standartlarla çıxış etdiyini nümayiş etdirir. Azərbaycan Vətəndaş Cəmiyyəti İnstitutları olaraq, biz qəbul edilən bu sənədə öz etirazımızı bildirir, sənəddə ölkəmizlə bağlı irəli sürülən iddiaların yanlış məlumatlar əsasında hazırlandığını, subyektiv və qərəzli xarakter daşıdığını bəyan edirik.
Qətnamədə ayrı-ayrı halların sifarişli şəkildə təqdim olunması aydın şəkildə görünməklə bütün ölkəyə şamil edilməsi onun hazırlanma metodologiyasının qüsurlu olduğunu təsdiq edir. Halbuki, Qərb ölkələrində insan hüquqları sahəsində mövcud problemlər, polis zorakılığı, jurnalistlərin müstəqil fəaliyyətinə qoyulan qadağalar geniş vüsət almış və son vaxtlar həmin ölkələrdə bu sahələrdə ciddi problemlər yaşanmaqdadır. Bəzi Avropa təsisatları tərəfindən vaxtaşırı və sifariş xarakterli bu cür "sənəd"lər dinamik inkişafa malik dünyəvi müsəlman ölkəsi olan Azərbaycanın nüfuzunun dünyada artmasından qaynaqlanır və Avropada sürətlə vüsət alan islamofobiyanın aydın təzahürüdür. Azərbaycan dövləti milli maraqlara cavab verən konstruktiv təklif və tövsiyələrə həmişə açıq olmuşdur. Bu səbəbdən biz müstəqil və suveren dövlətin daxili işlərinə qarışılması, ona qarşı təzyiq məqsədilə qəbul olunmuş hər hansı sənədi qəti şəkildə pisləyərək, bu cür sifarişli ittihamları qəbuledilməz hesab edirik.
Azərbaycan müstəqil siyasət yürüdən, dinamik inkişaf edən, demokratik və yüksək beynəlxalq nüfuza malik ölkədir. Ölkəmizdə Vətəndaş Cəmiyyəti daim inkişaf edir, bu sahədə fəaliyyət göstərən bütün institutlar sərbəst şəkildə fəaliyyətini davam etdirir. Bu bir həqiqətdir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev ölkəmizdə güclü Vətəndaş Cəmiyyətinin formalaşması üçün bir çox vacib qərarlar qəbul edərək, Vətəndaş Cəmiyyəti İnstitutlarının ölkənin dinamik inkişafını təmin edən başlıca vasitələr olduğunu bəyan etmişdir. Məhz buna görə də Azərbaycanda demokratik prinsiplərin möhməkləndirilməsi, Vətəndaş Cəmiyyəti institutlarının daha da inkişaf etdirilməsi, onların fəaliyyətinin gücləndirilməsi istiqamətində ardıcıl siyasət həyata keçirilir".
Xəbər xidməti
DİGƏR XƏBƏRLƏR
Tarix: 25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...
Tarix: 25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı
- İrəvan hər fürsətdə “vurulur”...
Tarix: 25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır -
ABŞ nə edəcək...
Tarix: 25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...
Tarix: 25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...
Tarix: 25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...
Tarix: 25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...
Tarix: 25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...
Tarix: 25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər
- “Düşmənlər” hərəkətə keçdi...
Tarix: 25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb
- Nazir narahat eyham vurdu...
Tarix: 25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi
Tarix: 25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir...
Kritik görüş...
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi
– Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı
25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu
– “O, məndən nə etməyimi istəyir?”
25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...
25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı
- İrəvan hər fürsətdə “vurulur”...
25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır -
ABŞ nə edəcək...
25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...
25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...
25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...
25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...
25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...
25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər
- “Düşmənlər” hərəkətə keçdi...
25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb
- Nazir narahat eyham vurdu...
25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi
25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...
25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb -
qiymətlər əsas rol oynayır...
25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal
– Tonoyana ağır ittiham irəli sürüldü...
25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama
– ondan sonra Belarusu kim idarə edəcək...
25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu
- SİYAHI
25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...
25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin...
- VİDEO
25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu -
şok detallar...
25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər
– pensiyalar artırılır...
25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi
25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı
- VİDEO
25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir...
Kritik görüş...
25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...
25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...
25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan
25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”
25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi
25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi
25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq
25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib
25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil
– Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...
25.11.2026 / 13:57
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü
25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir?
– Səfirlikdən təcili xəbərdarlıq…
25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...
25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...
25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı
- FƏRMAN
25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini
– Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…
25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə
– “Rosneft”in iki nəhəng zavodu vuruldu…
25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi
– Putini də götür, Kiyevə gəl…
25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...
25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib
- FOTO
25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı
25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...
25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu
25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı
– pullar Özbəkistana qaytarılır...
25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı
25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı
25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi
25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı
– 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...
25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat
– Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...
25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu
25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur
25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı -
sanksiyalardan yayınmanın unikal yolu…
25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı
24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ...
Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...
24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL
– Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...
24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı
– müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...
24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır
- Trampın çağırışı ilə yox, başqa səbəbdən...
24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...
24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...
24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...
24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...
24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq
- Şübhəlidir...
24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?
24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...
24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)
24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj
- Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...
24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir"
- Maka Boçorişvili
24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...
24.11.2026 / 19:21
Rusiya erməni terrorçusuna həsr olunan filmin nümayişinə qadağa qoydu
24.11.2026 / 19:07
"Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir"
- Nazir
24.11.2026 / 19:04
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi
24.11.2026 / 18:57
Yeni Konstitusiya sayəsində Paşinyan müxalifəti siyasi səhnədən birdəfəlik silə bilər...
24.11.2026 / 18:42
Ermənistan Paşinyan konstitusiyasından nə vaxtsa imtina edə bilər (?)...
24.11.2026 / 18:32
Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq...
şirkət direktoru məhkəmə qarşısına çıxarılır...
24.11.2026 / 18:27
Prezident sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb
24.11.2026 / 18:25
Tramp demokratlara qarşı plan hazırlayıb -
yanvaradək...
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
XƏBƏR ARXİVİ