Baki-xeber.com BBC-yə istinadən xəbər verir ki, Mərkəzi Avropa ölkələri, Almaniya və Lüksemburqun miqrant böhranı ilə bağlı görüşəcəyi gözlənilir. Praqada keçirilməsi planlaşdırılan görüş öncəsi Çexiya Xarici İşlər Nazirliyi bildirib ki, görüşün məqsədi bəzi çətin məsələlər üzrə Aİ üzv ölkələri arasında qarşılıqlı anlaşmaya nail olmaqdır. Almaniya, hər bir Aİ ölkəsinin müəyyən sayda miqrantı qəbul etməsi üçün kvoto sistemini təklif edir. Avropa Komissiyası hər il əlavə 120 min sığınacaq axtaranın 28 üzv ölkə arasında bölüşdürülməsini istəyir – keçən dəfə bu rəqəm 40 min nəfər idi. Lakin Çex Respublikası, Macarıstan, Polşa və Slovakiya təklifləri rədd edib.
Son bir neçə həftədir ki, onminlərlə miqrant münaqişənin baş verdiyi Suriya və Liviya kimi ölkələrdən qaçmağa çalışır. Onlardan bir çoxu Macarıstandan Almaniya, Avstriya və İsveç kimi varlı və daha liberal sığınacaq qanunlarına malik Aİ ölkələrinə üz tutur. Amma onların burada qarşılaşdığı mənzərələr heç də xoş olmur..
Macarıstan miqrantların şimala doğru səfərində, əsas nöqtələrdən birinə çevrilib. Bu il ərzində Macarıstana 150 mindən çox miqrant daxil olub.
Sözügedən görüntülər Macarıstandakı Roszke düşərgəsində lentə alınıb. Bura, şimala və qərbə doğru hərəkət edən miqrantların əsas keçid məntəqlərindən biridir.
Video görüntülər düşərgəyə yardım gətirən Avstriya Yaşıllar partiyası siyasətçisinin arvadı Mixaela Spritzendorfer və journalist, fəal Klaus Kufner tərəfindən lentə alınıb. "Bu insanlar üç aydır ki, dəhşətli yol keçir,” - Spritzendorfer BBC-ə bildirib.
"Onlardan əksəriyyəti dənizdən keçib, qayıqlarda olub və meşələrdən keçməli olub və başlarına dəhşətli hadisələr gəlib. Biz avropalılar isə onları düşərgələrdə heyvan kimi saxlayırıq. Sərhədləri açmaq indi doğrudan da Avropa siyasətçilərinin məsuliyyətidir,” - Spritzendorfer deyib.
Macarıstandakı miqrantlara yetərli dəstəyin göstərilməməsi fəalların tənqidlərinə məruz qalıb.
Human Rights Watch təşkilatında təcili yardım direktoru olan Peter Bouckaert Roszke düşərgəsindəki vəziyyəti "insanlıq xarici” adlandırıb.
Bundan başqa, Macarıstan ordusu gələcəkdə sərhədlərin miqrantlardan qorunması və insan axınının qarşısını almaq üçün hərbi hazırlıqlara başlayıb. Bu addım insan haqları təşkilatlarının tənqidinə məruz qalıb. Ölkənin Serbiya ilə sərhədində yeni məftil maneələr çəkilib.
Macarıstana gələn həftəyə qədər daha 40 min miqrantın gələcəyi bildirilir.
Sığınacaq almaq üçün xristian olurlar
Ümumiyyətlə Avropaya üz tutan şərqli miqrantların problemləri bununla bitmir. Avropa mətbuatı hətta müsəlman qaçqınların sığınacaq şanslarını artırmaq üçün xristianlığı qəbul etmək məcburiyyətində qaldıqlarını yazır. Bununla bağlı Berlində "Dreifaltigkeitskirche" adlı kilsə müsəlman qaçqınlara kurslar da keçir. Almaniyanın "Focus” jurnalı yazır ki, kurslara cəlb edilən yüzlərlə müsəlman qaçqın üç ay sonra xristianlığı qəbul edirlər. İki ildə kilsənin üzv sayı 150-dən 600-ə yüksəlib. Bünün nunların kökündə də Avropada baş alıb gedən dini ayrıseçkilik dayanır. Çünki bir müsəlmanın Avropada sığınacaq alması o qədər də asan məsələ deyil…
Baki-xeber.com