çərşənbə günü, 25 noyabr 2026
     

Dağlıq Qarabağı Ermənistana “birləşdirən” Avropa Parlamenti

Image


Avropa Parlamenti Avropa İttifaqının ən uğursuz siyasi layihəsi hesab olunur. Uğursuzluğun əsası Avroparlamentin formalaşma prinsipləri müəyyənləşən zaman qoyulub. Üzv ölkələrin təmsilçilik kvotasında qeyri-bərabərlik siyasi böhranı hər zaman stimullaşdırıb və nəticədə Köhnə Dünya bu uğursuzluğu Avropa Parlamentinin qərarlarının məcburi deyil, deklarativ xarakter daşıması tezisi ilə ört-basdır edib. İlk dövrdə güclü siyasi üstqurum kimi nəzərdə tutulan Avropa Parlamenti sonralar taleyi ilə barışıb və deklarativ qərarlar qəbul etməklə işini bitmiş sayıb. Bu aşağı statusa rəğmən Qərb Avropa Parlamentini hər zaman siyasi təzyiq vasitəsi kimi istifadə edir və onun deklarativ mövcudluğundan ictimai rəy formalaşdırmaq üçün yararlanır (Avropa Parlamentinin statusu bu qurumdan başqa formada istifadəyə imkan vermir). Və Avropa Parlamenti də üzərinə qoyulan bu kiçik missiyanı bəyanatlar, qətnamələr qəbul etməklə həyata keçirməyə çalışır.

Bu səbəbdən Milli Məclisə seçkilərlə bağlı qəbul olunan sənədə Avroparlamentin standart ictimai rəy formalaşdırma siyasətinin tərkib hissəsi kimi baxmaq lazımdır. Bu qurumun təbliğat maşını rolu oynaması ictimai rəydə nə dərəcədə effekt verir, bu, mübahisə doğurur. Çünki qloballaşma dövründə insanların informasiyaya çıxış imkanları birə yüz artdığından yanlış ictimai rəy formalaşdırmaq çətindir. Elə bu imkanlar da Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qərarların qərəzli xarakter daşıdığını təsdiqləməyə imkan verir. Qurumun təkcə Dağlıq Qarabağ münaqişəsinə münasibətini əks etdirən sənədlərə nəzər salmaq kifayət edər.

Hələ 1988-ci ildə, yəni Dağlıq Qarabağ münaqişəsinin aktiv fazasının başladığı dönəmdə Avropa Parlamenti Azərbaycana (o zaman Sovet Azərbaycanına) qarşı ilk qərəzli qərar qəbul edib. "Avropa Parlamentinin Sovet Ermənistanındakı vəziyyətlə bağlı qətnaməsi” adlanan sənəddə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı İrəvan və digər şəhərlərdə keçirilən ictimai nümayişlər təqdir olunur. Qurum hesab edir ki, Dağlıq Qarabağ Muxtar Vilayəti 1923-cü ildə Azərbaycana özbaşına, qanunsuz birləşdirilib və əslində Ermənistanın bir hissəsidir. Avropa Parlamenti qəbul etdiyi qətnamədə bir qədər də irəli gedərək Sumqayıt hadisələrini "ermənilərə qarşı qırğın” adlandırıb, Azərbaycanda ermənilərin talana məruz qaldığını, onların təhlükəsizliyi üçün təminat olmadığını iddia edib. Və bu yanaşmasının nəticəsi olaraq qətnamədə ermənilərin Dağlıq Qarabağla bağlı tələblərinin dəstəkləndiyi açıq mətnlə ifadə olunub.

Maraqlı məqamlardan biri Avropa Parlamentinin qəbul etdiyi qətnamədə SSRİ rəhbərliyi qarşısında irəli sürdüyü tələblərin Moskva tərəfindən nöqtə-vergülünə kimi icra olunmasıdır. Qətnamənin üçüncü bəndində qeyd edilir ki, "Ali Sovet tərəfindən Moskvadakı erməni nümayəndə heyətinin Dağlıq Qarabağın müvəqqəti olaraq Moskvadakı mərkəzi administrasiya tərəfindən idarə edilməsi, müvəqqəti olaraq Rusiya Federasiyasına birləşdirməsi və ya "prezident vilayət hökuməti” rəhbərliyi altında yerləşdirilməsi ilə bağlı kompromisli təkliflərini öyrənməyə çağırırıq”. Avropa Parlamentinin bu təklifləri sonradan Dağlıq Qarabağda prezident üsul-idarəsinin tətbiq edilməsi şəklində reallaşdırılmış və bu ərazinin işğalının əsasları yaradılmışdı.

1988-ci ilin iyulunda "Avropa İcmalarının rəsmi jurnalı”nda dərc olunan bu qətnamə Avropa Parlamentinin hələ sovetlər dönəmində belə Azərbaycana qarşı qərəzli mövqe tutduğunu, erməni lobbisinin təsiri altında olduğunu təsdiqləyir. Bu sənəd həmçinin Dağlıq Qarabağın işğalının hələ SSRİ dönəmində Qərb tərəfindən planlaşdırıldığını, bu işğalın SSRİ-nin daxildən parçalanması və zəiflədilməsi üçün hazırlanan planın tərkib hissəsi olduğunu göstərir. Avropa Parlamentinin "Sovet Ermənistanındakı vəziyyətlə bağlı” 1988-ci il qətnaməsi Qərbin Dağlıq Qarabağ münaqişəsinə və ümumilikdə Azərbaycana münasibətinin ifadəsi sayıla bilər. Bu münasibət həm də uzun illər ərzində dəyişməmiş qalıb, müstəqillik dönəmində Avropa Parlamenti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ERMƏNİ LOBBİSİNİN TƏLƏBLƏRİNİN DEYİL, BEYNƏLXALQ HÜQUQ NORMALARININ ƏSAS GÖTÜRÜLDÜYÜ BİR QƏTNAMƏ BELƏ QƏBUL ETMƏYİB. Səbəb təkcə lobbinin təsiri də deyil, "Xristian klubu” qismində fəaliyyətə üstünlük verən Avropa Parlamentində həmişə antitürk, antiislam əhval-ruhiyyə dominant mövqe təşkil edib. Yanaşmada milli və dini faktorlar önə çıxdığından Qərb və onun institutları üçün fərqi yoxdur, onlar Azərbaycanda baş verən istənilən əhəmiyyətli prosesdə müxalif mövqedən çıxış edirlər və edəcəklər. Hətta Avropanın maraqlarına birbaşa cavab verən enerji layihələri, yaxud Avropa Oyunları kimi məsələlərdə belə. Buna görə Avropa Parlamentinin Milli Məclisə seçkilərə verdiyi siyasi qiymətə təəccüblənməyə dəyməz. Buna yalnız təəssüf etmək lazımdır.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib

25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil – Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...

25.11.2026 / 13:57
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir? – Səfirlikdən təcili xəbərdarlıq…

25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...

25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...

25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı - FƏRMAN

25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini – Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…

25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə – “Rosneft”in iki nəhəng zavodu vuruldu…

25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi – Putini də götür, Kiyevə gəl…

25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...

25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - FOTO

25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı

25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...

25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu

25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı – pullar Özbəkistana qaytarılır...

25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı

25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi

25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı – 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...

25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat – Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...

25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu

25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur

25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı - sanksiyalardan yayınmanın unikal yolu…

25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı

24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ... Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...

24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL – Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...

24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı – müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...

24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır - Trampın çağırışı ilə yox, başqa səbəbdən...

24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...

24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...

24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...

24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...

24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq - Şübhəlidir...

24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?

24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...

24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)

24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj - Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...

24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir" - Maka Boçorişvili

24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...

24.11.2026 / 19:21
Rusiya erməni terrorçusuna həsr olunan filmin nümayişinə qadağa qoydu

24.11.2026 / 19:07
"Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir" - Nazir

24.11.2026 / 19:04
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi

24.11.2026 / 18:57
Yeni Konstitusiya sayəsində Paşinyan müxalifəti siyasi səhnədən birdəfəlik silə bilər...

24.11.2026 / 18:42
Ermənistan Paşinyan konstitusiyasından nə vaxtsa imtina edə bilər (?)...

24.11.2026 / 18:32
Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq... şirkət direktoru məhkəmə qarşısına çıxarılır...

24.11.2026 / 18:27
Prezident sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb

24.11.2026 / 18:25
Tramp demokratlara qarşı plan hazırlayıb - yanvaradək...

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ