Deputat qeyd edib ki, qətnamədə yer alan fikirlər konkret faktara əsaslanmır: "Bu, sadəcə olaraq Azərbaycana qarşı olan qərəzli kampaniyanın tərkib hissəsidir”.
Qətnamədə guya insan hüquq və azadlıqlarının pozulması hallarını "qınayan” Avropa Parlamentinə F.Muradov elə Avropanın özündə insanların milli və dini mənsubiyyətinə görə, pozulan hüquqlarına nəzər salmağı tövsiyə edib: "Bu gün Avropanın özündə insan haqlarının pozulması sayəsində ciddi problemlər mövcuddur. Avropada demək olar ki, tolerantlıq məsələsi çox aşağı səviyyədədir. Amma Azərbaycanda bu sahədə və digər sahələrdə hər hansı problemlər mövcud deyil”.
Deputat onu da əlavə edib ki, qətnamədə qərəzli məqam isə vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatları sahəsində tapılan "nöqsanlardır.”
F.Muradov bildirib ki, bu qətnamə layihəsini hazırlayanların deyəsən Azərbaycandan heç xəbərləri yoxdur: "Yoxsa Azərbaycanda müstəqil şəkildə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarından, QHT-lərdən məlumatları olardı”.