"Rusiya prezidenti Vladimir Putinin BMT-nin baş assambleyası zamanı Roma papası Francislə görüşü o halda baş tuta bilər ki, Putin görüşə vaxtında gəlsin”. Bu barədə Nyu-York Tayms Vatikanın BMT-ki nümayəndəsinə istinadla məlumat yayıb.
Putin bundan əvvəl, iyunda Vatikanda papa ilə görüşə 70 dəqiqə gecikmişdi.
Diplomatik protokola görə, Papa BMT-nin baş assambleyası zamanı rəsmi şəkildə yalnız təhlükəsizlik şurasının daimi üzvü olan 5 ölkənin liderləri ilə görüşməlidir.
Sentyabrın 1-dən təhlükəsialik şurasına sədrlik Rusiyaya keçib.Papanın Putinlə görüşüb-görüşməyəcəyi barədə məlumat verilmir. Roma Papasının assambleyada çıxışı sentyabrın 25-də olacaq.
Putinin isə Nyu-Yorka sentyabrın 27-də-çıxış edəcəyi gün gedəcəyi gözlənilir.