Bunu Trend-ə Milli Məclisin deputatı Rauf Əliyev BMT-nin insan hüquqları üzrə ali komissarı Zeyd Raad Əl-Hüseynin Azərbaycanda insan hüquqları ilə əlaqədar səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
R.Əliyev qeyd edib: "Çox maraqlıdır ki, cənab Zeyd Raad Əl-Hüseyn təmsil etdiyi təşkilatın Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının dərhal, qeyd-şərtsiz azad olunması ilə bağlı qəbul etdiyi 4 məlum qətnaməni niyə yada salmır. Halbuki, bu qətnamələrdə söhbət bir neçə nəfərin yox, bir milyondan çox insanın pozulmuş hüquqlarından gedir. Bir nəfər jurnalistin qeyri-qanuni əməllərinə görə mövcud qanunlara əsasən həbs olunmasına BMT-nin insan hüquqları üzrə ali komissarının belə reaksiya verməsi heç cür başa düşülən deyil”.