Qarabağ Azadlıq Təşkilatı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət göndərərək antiterror əməliyyatlarında iştirak etməyə hazır olduğunu bildirib. Təşkilatın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə Türkiyənin terrora qarşı başladığı mücadilənin birmənalı şəkildə dəstəkləndiyi qeyd edilir.
Müraciətdə bildirilir: "Siz bu mücadiləni Türkiyənin ərazi bütövlüyü və təhlükəsizliyi naminə aparırsınız. Biz bu həssas anda bütün Türkiyəni birliyə çağırırıq, belə anda iqtidar-müxalifət məsələsi, fərqli yanaşma ola bilməz, hamı zərbəni bir hədəfə vurmalıdır. Siz həm də bütün türk və islam dünyasının birliyinə çalışır, ümumi maraqlarına xidmət edirsiniz. Biz bütün islam və türk dünyasını Türkiyənin apardığı haqq işinə dəstək verməyə çağırırıq”.