A.Nağyev qeyd edib ki, bu gün doğrudan da çox acınacaqlı bir vəziyyət yaranıb: "Şimali Afrika və Yaxın və Orta Şərq ölkələrindən yüz minlərlə qaçqın müharibələrdən, aclıqdan, səfalətdən xilas üçün Avropaya axın edir. İkinci Dünya Müharibəsindən sonra Avropaya belə axın olmamışdı. İndi Qərb dövlətləri həmin ölkələrdə sabitliyin pozulmasıma, münaqişələrin yaranmasına səbəb olan siyasətlərinin acı nəticələri ilə üz-üzə qalıb. Həmin ölkələrdəki sabit siyasi sistemlər müxtəlif adlar altında devrildi, bunun nəticəsində münaqişələr meydana gəldi. İndi həmin ölkələrdən qaçqınlar Avropaya üz tutub”.
A.Nağyev vurğulayıb ki, yaranmış bu vəziyyət Avropanın özü ilə yanaşı, bütün dünyada sabitliyi və inkişafı ciddi sual altında qoyur.