Cümə axşamı günü, 26 noyabr 2026
     

Vahid Ələkbərov Kremlin "boz kardinalı" ilə amansız savaşda...

Image


Putinin Seçinlə dostluğu da Ələkbərovun leyhinə işləyən güclü arqumentə çevrilə bilər

Dünya bazarlarında neftin qiymətinin sürətlə dəyişməsi bu sahədə hasilatla məşğul olan şirkətlərə də təsirsiz ötüşmür. Onlar sırasında yer alan "LUKoil"un son durumu isə bu fonda xüsusi diqqət cəlb edir. "LUKoil"un prezidenti Vahid Ələkbərov bildirib ki, onun şirkəti neftin indiki qiymətlərindən də ucuz qiymətlərlə işləməyə hazırdır.
V.Ələkbərov "Vedomosti" qəzetinə müsahibəsində qeyd edib ki, vergilər sistemi şirkətə neftin qiymətinin kəskin ucuzlaşması zamanı özünü əmin hiss etməyə imkan verir: "Bizim üçün kəsmə nöqtəsi bir barrel üçün 24 dollardır. Bu bizə analitiklərin bir barrel üçün 30 və daha aşağı dəyərləndirmələri zamanı öz sərmayələrimiz üçün proqnoz vermək imkanı yaradır. Biz daim stress-testləri aparırıq. İndi 2016-2018-ci illər üçün ortamüddətli proqramı və proqramın 10 illik üçün bəzi parametrlərini müzakirə edirik. Biz ondan imtina etmirik". V.Ələkbərov onu da bildirib ki, şirkət Rusiyada neft hasilatını artırmağı planlaşdırmır. Amma "LUKoil"un prezidenti onu da etiraf edib ki, Qərbin sanksiyaları Rusiya və neft şirkətlərinə güclü təsir edib. Onun sözlərinə görə, sanksiyalar geoloji və texnoloji layihələrin reallaşdırılması üçün xarici şirkətlərlə konsorsiumun yaradılmasını çətinləşdirir. Şirkət rəhbəri Rusiyaya qarşı sanksiyaların davam etməsinin "LUKoil"un vəziyyətini ağırlaşdıracağını deyib. Qeyd edək ki, maliyyə tələblərini ödəmək üçün "LUKoil" müxtəlif vasitələrdən istifadə edir. Elə bu günlərdə "LUKoil" Qazaxıstanın dörd neft yatağındakı aktivlərini idarə edən "Caspian İnvestments Resources" şirkətindəki 50 faizlik payını Çinin "Sinopec" şirkətinə satıb. Tərəflər bu sövdələşməyə bir il əvvəl, neftin qiymətinin 110 dollar olduğu vaxtlarda gəlmişlər. Lakin neftin ucuzlaşmağa başlaması Çin şirkətini pauza götürməyə məcbur edib. Nəticədə Vahid Ələkbərovun aktivləri 400 milyon dollara yaxın ucuzlaşıb. "LUKoil" Çin şirkətini bu itkiyə görə beynəlxalq arbitraja vermək üçün hazırlıqlara başlasa da, Rusiya-Çin hökumətlərarası komissiyası işə qarışıb və tərəflərə məhkəməyə qədər anlaşmağı təklif edib. Nəticədə "LUKoil" aktivləri "Sinopec"ə əvvəlcə razılaşdırılandan təxminən 200 milyon dollar ucuz, yəni 1 milyard 57 milyon dollara satmağa razı olub. Bu da "LUKoil"un gözlənildiyindən daha az gəlir əldə etməsi ilə nəticələnib. Lakin şirkət təkcə maliyyə problemləri yaşamır.
Rusiyada prezident Vladimir Putinin yaxın adamlarının çevrəsinə daxil olan və Kremlin "boz kardinalı" hesab edilən "Rosneft" prezidenti İqor Seçinlə Vahid Ələkbərov arasında münasibətlərin gərginləşməsi isə "LUKoil"un rəhbəri üçün əlavə problemlərə çevrilib. "Rosneft"in "LUKoil"u Rusiyanın Arktika şelfində, Şərqi Taymır yataqlarında işləməyə buraxmamaq cəhdləri Vahid Ələkbərov tərəfindən sərt qarşılansa da, o hələlik hansısa qabaqlayıcı tədbirlər görə bilmir. Xatırladaq ki, yeraltı sərvətlərin istismarına dair lisenziya verən dövlət orqanı "Rosnedr" Vahid Ələkbərovun şirkətinə bu yataqlarda işləmək üçün lisenziya versə də, "Rosneft" məhkəmə iddiası qaldıraraq bu lisenziyanın ləğvinə nail olub. Moskva Arbitraj Məhkəməsi "Rosneft"in iddiasını təmin edərək "LUKoil"a Krasnoyarsk diyarının Şərqi Taymır hissəsində yeraltı sərvətlərin istismarına dair verilmiş lisenziyanı dayandırıb. "Rosneft" hesab edir ki, "LUKoil"a müvafiq lisenziyanın verilməsi qanuni deyil.
Bundan sonra mətbuatda "Rosneft"i tənqid edən məqalələr çıxmağa başladı və dövlət şirkətinin Arktika şelfindəki fəaliyyəti tənqid olundu. Bildirildi ki, "Rosneft" özəl şirkətləri Arktika şelfinə buraxmamaqla bu yataqları inhisara alır, eyni zamanda özü yetərli səviyyədə kəşfiyyat-qazma işləri aparmır. Bu tənqidlərə cavab olaraq "Rosneft"in ictimaiyyətlə əlaqələr üzrə vitse-prezidenti Mixail Leontyev "LUKoil"u dövlət şirkətinə qarşı mətbuatda qara piar aparmaqda ittiham edib: "Biz çox istərdik ki, "LUKoil" özünü rəqiblərinə, partnyorlarına və digərlərinə qarşı korrekt aparsın. Müharibə başlamaq fikrində deyilik, onu erkən mərhələdə bitirmək istəyirdik. Gəlin mübahisəli məsələləri sakit, korrekt şəkildə, qanunlar çərçivəsində aydınlaşdıraq". "LUKoil" isə "Rosneft"in iddiaları ilə razılaşmır. Bu da İqor Seçinlə Vahid Ələkbərov arasında münasibətləri daha gərgin mərhələyə keçirir.
İstisna deyil ki, İqor Seçin Vahid Ələkbərovu Rusiyadan vurub çıxarsın. Xaricdə də "LUKoil"un durumunun məqbul olduğunu söyləmək olmaz. Məsələn, Rumıniya məhkəməsinin Rusiyanın "LUKoil" şirkətinin törəmə strukturu, bu ölkənin Ploeşti şəhərindəki neftayırma zavodunu idarə edən "Petrotel" şirkətinin 2 milyard avroluq bank hesabına həbs qoyması Vahid Ələkbərovun burada durumunu ağırlaşdırıb. Şirkət Ukraynada və bəzi Şərqi Avropa ölkələrində də mövqeyini itirib.
Tahir TAĞIYEV
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib

25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil – Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...

25.11.2026 / 13:57
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir? – Səfirlikdən təcili xəbərdarlıq…

25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...

25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...

25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı - FƏRMAN

25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini – Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…

25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə – “Rosneft”in iki nəhəng zavodu vuruldu…

25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi – Putini də götür, Kiyevə gəl…

25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...

25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - FOTO

25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı

25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...

25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu

25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı – pullar Özbəkistana qaytarılır...

25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı

25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi

25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı – 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...

25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat – Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...

25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu

25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur

25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı - sanksiyalardan yayınmanın unikal yolu…

25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı

24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ... Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...

24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL – Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...

24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı – müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...

24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır - Trampın çağırışı ilə yox, başqa səbəbdən...

24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...

24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...

24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...

24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...

24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq - Şübhəlidir...

24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?

24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...

24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)

24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj - Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...

24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir" - Maka Boçorişvili

24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...

24.11.2026 / 19:21
Rusiya erməni terrorçusuna həsr olunan filmin nümayişinə qadağa qoydu

24.11.2026 / 19:07
"Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir" - Nazir

24.11.2026 / 19:04
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi

24.11.2026 / 18:57
Yeni Konstitusiya sayəsində Paşinyan müxalifəti siyasi səhnədən birdəfəlik silə bilər...

24.11.2026 / 18:42
Ermənistan Paşinyan konstitusiyasından nə vaxtsa imtina edə bilər (?)...

24.11.2026 / 18:32
Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq... şirkət direktoru məhkəmə qarşısına çıxarılır...

24.11.2026 / 18:27
Prezident sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ