Cümə axşamı günü, 26 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
"Azərbaycanın geosiyasəti"
Tarix: 05.09.2015 / 02:36
Bölmə: Siyasət
Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr
II bölmə haqqında
Bu möhtəşəm əsərin ikinci bölməsi çox aktualdır və günümüzün siyasətini beynəlxalq aləmdə müəyyənləşdirən, onun dərin analizə ehtiyacı olan, praqmatizmə daha çox aid olan hissəsidir. Belə ki, müasir beynəlxalq geosiyasi sistemləri, onların bir-biri ilə münasibətlərini dərindən öyrənmədən, təhlil etmədən Azərbaycanın yerini, bu sistemlərlə münasibətini müəyyənləşdirmək çətin olar, ya da müəyyənləşdirməkdə adi kiçik bir səhv Azərbaycan dövlətinin gələcək inkişafına mənfi təsir göstərə bilər.
Odur ki, Əli Həsənov bütün sistemləri və dövlətləri ayrı-ayrılıqda təhlil edir, Azərbaycanla münasibətlər kontekstində qarşılıqlı geosiyasi əməkdaşlığın konturlarını cızır və Azərbaycanın milli hədəflərini göstərir. Bu da çox doğrudur.
Bu baxımdan hörmətli professor bu bölmədə birinci olaraq Azərbaycanın beynəlxalq geosiyasi münasibətlər kontekstində Avrasiyanın geosiyasi vəziyyətindən başlayır. Bu təbiidir, belə ki, kitabda da qeyd olunduğu kimi Avrasiya geosiyasi məkan kimi bütün münasibətlər, əməkdaşlıq, yaxud müharibələr, dövlətlərin coğrafi ərazi dəyişmələri; (kiçilmələri, böyümələri, yox olmaları) bu məkandan başlayıb. Bütövlükdə isə Avrasiyanın geosiyasi məkanını təsnifatlaşdırdıqda o yazır:
"Geosiyasi xarakteristikasına görə Avrasiyanın ən əhəmiyyətli geoməkanları sırasına ümumən və ayrı-ayrılıqda:
1. postsovet məkanını (bütün keçmiş SSRİ-yə daxil olan əraziləri);
2. Orta Asiya və Xəzər Hövzəsini (Rusiya, İran, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Tacikistanın bütün əraziləri);
3. Cənubi Qafqaz və Qara dəniz hövzəsini (Üç Cənubi Qafqaz dövləti- Azərbaycan, Gürcüstan, Ermənistan;
Qara dəniz hövzəsi ölkələri- Rusiya, Türkiyə, Ukrayna və Qara dənizə çıxışı olan bir çox Şərqi Avropa dövlətləri və əraziləri);
4. Yaxın Şərq və Fars körfəzi ölkələrinin yerləşdiyi ərazilər və s. aid edirlər". (Bax, S. 204)
Burada Əli Həsənov tarixə baş vurmuş, Avrasiyanın əhəmiyyətindən bəhs etmiş, onun geosiyasi münasibətlərinin digər qitələrə də necə təsir etdiyindən yazmışdır. Onun yazdığı kimi, Avrasiya ilk geosiyasi məkan olaraq, dünyanın beynəlxalq münasibətlərdə ilk rüşeymi məhz "hartlandda" qoyulmuşdur.
Müəllif qeyd edir ki, Avrasiya həm də XXI əsrdə əsas alternativ enerji və digər transmilli layihələrinin həyata keçirildiyi region hesab olunur. Təbii xammal mənbələri ilə zənginliyi, əmək resurslarının geniş potensialı, dünya enerji və xammal ehtiyatlarının bir qisminə malik olması və s. Avrasiyanın geosiyasi, geoiqtisadi və geostrateji əhəmiyyətini getdikcə ciddi şəkildə artırır. Xüsusən, yeni dövrdə dünyada enerji ehtiyatlarının getdikcə artması regionun zəngin təbii və mineral qaynaqlarına malik olan Orta Asiya, Cənubi Qafqaz və Xəzər-Qara dəniz hövzəsi kimi ərazilərinin planetin əhəmiyyətli və cəlbedici məkanı kimi tanınmasına şərait yaratmışdır.
Bu baxımdan aydındır ki, bu geosiyasi məkanda dünyada ən çox toqquşmalar, hərbi müdaxilələr, toqquşmalar, münaqişələr, diplomatik çəkişmələr, müharibələr, üsyanlar, daxili ixtilaflar baş verir. Güc dövlətləri gözəl anlayırlar ki, Avrasiya kimi geosiyasi məkana kim ağalıq, hökm edəcəksə, dünyanı da o idarə edəcək, iqtisadi və hərbi baxımdan ən güclüsü də o olacaq. Dünyaya hökm etmək istəyən bu güc dövlətləri həm də gözəl anlayırlar ki, Avrasiyanın geosiyasi, geoiqtisadi və geostrateji əhəmiyyəti ilə yanaşı, bu məkan eyni zamanda müxtəlif və çoxsaylı region xalqlarının yaşadığı, müxtəlif dillərdə danışan və müxtəlif mədəniyyət daşıyıcısı olan region ölkələrinin mövcud olduğu konkret sivilizasiya meydanı, milli-etnik yaşayış məskəni coğrafi məkandır. Odur ki, müəllif qeyd edir: "Müasir dövrdə Avrasiya regionunda dövlətlərarası beynəlxalq münasibətlər və milli maraqlar uğrunda mübarizə əsasən bir neçə istiqamət üzrə cərəyan edir. Bunlar:
* regionun böyük dövlətlərinin (Rusiya, İran, Türkiyə, Çin və s.) ayrı-ayrılıqda təzahür edən maraqları;
* dünyanın digər böyük dövlətləri və dövlət birliklərinin milli maraqları: Buraya ABŞ, Avropa İttifaqı və onun bəzi üzv dövlətlərinin (Böyük Britaniya, Fransa, Almaniya) Yaponiya və Çini aid etmək mümkündür;
* regionun mühüm geosiyasi və geostrateji əhəmiyyət kəsb edən dövlətlərinin milli maraqları: Bu sıraya Azərbaycan, Ukrayna, Qazaxıstan, Gürcüstan, Özbəkistan, Türkmənistan və digər region dövlətlərinə aid etmək olar". (Bax,S. 213)
Hörmətli professor həmçinin qeyd edir ki, Avrasiyanın regional geosiyasi, geoiqtisadi vəziyyətini, o cümlədən həm burada yerləşən, həm də bu məkandan kənarda olan ölkələrarası münasibətlərin, tərəfdaşlığın, yaxud antipatiyanın xarakterini müəyyən edən səciyyəvi cəhətlərdən və meyllərdən biri də region çərçivəsində mürəkkəb geosiyasi mühitin və arxasında müxtəlif maraqlı dövlətlərin dayandığı geostarteji qrupların gizli mübarizəsinin mövcudluğudur. Buraya dövlət içində qrup maraqlarından başlamış, korporativ və dövlət maraqlarını da aid etmək olar. Bu gizli mübarizə çox açıq müstəviyə keçməsə də, prosesləri dərindən izləyən tədqiqatçılar gözəl anlayır ki, bu gizli mübarizənin əsasını geosiyasi məkanda geoiqtisadi və geostrateji üstünlük uğrunda aparılan yarış təşkil edir.
Əli Həsənov Avrasiyanın geosiyasi xarakteristikasını verəndə birinci yerdə Rusiyanı qələmə verir. Heç də səhv etmir, çünki Avrasiyanın böyük bir hissəsinə Rusiya sahibdir və onun bu məkanda əsrlərdir geosiyasi, geoiqtisadi və geostrateji maraqları mövcuddur və o bu maraqları heç kimə güzəşt etmək istəmir, əvvəlki kimi burada mütləq maraqların sahibi olmaq istəyir. Buna baxmayaraq, Rusiyanın bu geosiyasi məkanda gah güclü, hökmranlıq, diqtə, gah da zəiflədiyi illər olub. O yazır: "Rusiyanın Xəzər hövzəsində növbəti geosiyasi fəallıq dövrü SSRİ-nin dağılmasından sonraki dövrə təsadüf edir. Məlumdur ki, 1920-1991-ci illərdə əksər Avrasiya məkanı kimi, Xəzər-Qara dəniz hövzəsi və Cənubi Qafqaz da tam olaraq SSRİ-nin nəzarətində idi və həm beynəlxalq, həm də regional rəqabətdən kənar məkan hesab olunurdu. Lakin SSRİ-nin dağılmasından sonra bir müddət Rusiyanın bütövlükdə Avrasiya siyasəti ... regional geosiyasi mövqelərini zəiflədən və siyasi ədəbiyyatda geosiyasi risqlər kimi dəyərləndirilən ciddi neqativ hallar müşahidə olunurdu". (Bax, S. 221)
Daha sonra Əli Həsənov yazır ki, Rusiyanın hərbi-geostrateji məsələlər və milli təhlükəsizliklə də bağlı ciddi problemləri meydana çıxmışdı. Ölkənin həmin dövrdə milli təhlükəsizliyinə əsas təhdidlər əvvəlki illərdə güman edildiyi kimi xaricdən ABŞ və Qərb dövlətlərindən deyil, ölkədaxili milli-etnik separatizm meyllərinin artmasından, daxili anarxiya və özbaşınalıqdan, kütləvi cinayətkarlıq hallarının artmasından və s. qaynaqlanırdı.
Təbiidir k, Rusiya imperiya olaraq Avrasiya məkanında geosiyasi hakimliyini birdən-birə əldən vermək, nüfuzdan düşmək, yerini ABŞ və Qərb dövlətlərinə güzəştə getməklə barışa bilməzdi, çünki bu zaman onun özünün daxildən parçalanma təhlükəsi yaranırdı, belə ki, B.N. Yeltsinin zamanında "kim nə qədər istəyir demokratiya götürsün" sözlərinə istinad edərək, əksər muxtar respublikalar artıq özünü respublika elan etmişdi. Bu da Rusiyadan ayrılmaların sonuncu işartıları idi. Kreml bununla barışa bilməzdi.
Hörmətli professor bu barədə yazır: "2000-ci ildə Rusiyada baş verən hakimiyyət dəyişikliyi ilə həm daxildə iqtisadi-siyasi idarəetmənin qaydaya salınmasına, daxili hərc-mərcliyin, ziddiyyətlərin və qeyri-müəyyənliyin aradan qaldırılmasına ciddi səy göstərildi, həm də ölkənin xarici siyasətində ciddi dəyişikliklər baş verdi. Qısa müddətdə bütün ölkədə mərkəzləşmiş iqtisadi, siyasi, sosial, maliyyə və hərbi-strateji idarəçilik sistemi qaydaya salındı və dövlət nəzarəti möhkəmləndirildi. Bütün ölkə ərazisində mərkəzi hakimiyyət strukturları gücləndirildi, daxili anarxiya və hərc-mərcliyin qarşısı alındı və digər qətiyyətli addımlar atıldı". (Bax, s. 224)
Ardı var
Yunus OĞUZ
DİGƏR XƏBƏRLƏR
Tarix: 25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır
– Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...
Tarix: 25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...
Tarix: 25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı
- İrəvan hər fürsətdə “vurulur”...
Tarix: 25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır -
ABŞ nə edəcək...
Tarix: 25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...
Tarix: 25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...
Tarix: 25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...
Tarix: 25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...
Tarix: 25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...
Tarix: 25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər
- “Düşmənlər” hərəkətə keçdi...
Tarix: 25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb
- Nazir narahat eyham vurdu...
Tarix: 25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır
– Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...
25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi
– Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı
25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu
– “O, məndən nə etməyimi istəyir?”
25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...
25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı
- İrəvan hər fürsətdə “vurulur”...
25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır -
ABŞ nə edəcək...
25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...
25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...
25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...
25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...
25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...
25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər
- “Düşmənlər” hərəkətə keçdi...
25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb
- Nazir narahat eyham vurdu...
25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi
25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...
25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb -
qiymətlər əsas rol oynayır...
25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal
– Tonoyana ağır ittiham irəli sürüldü...
25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama
– ondan sonra Belarusu kim idarə edəcək...
25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu
- SİYAHI
25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...
25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin...
- VİDEO
25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu -
şok detallar...
25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər
– pensiyalar artırılır...
25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi
25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı
- VİDEO
25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir...
Kritik görüş...
25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...
25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...
25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan
25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”
25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi
25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi
25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq
25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib
25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil
– Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...
25.11.2026 / 13:57
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü
25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir?
– Səfirlikdən təcili xəbərdarlıq…
25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...
25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...
25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı
- FƏRMAN
25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini
– Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…
25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə
– “Rosneft”in iki nəhəng zavodu vuruldu…
25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi
– Putini də götür, Kiyevə gəl…
25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...
25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib
- FOTO
25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı
25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...
25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu
25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı
– pullar Özbəkistana qaytarılır...
25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı
25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı
25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi
25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı
– 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...
25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat
– Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...
25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu
25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur
25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı -
sanksiyalardan yayınmanın unikal yolu…
25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı
24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ...
Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...
24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL
– Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...
24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı
– müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...
24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır
- Trampın çağırışı ilə yox, başqa səbəbdən...
24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...
24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...
24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...
24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...
24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq
- Şübhəlidir...
24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?
24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...
24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)
24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj
- Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...
24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir"
- Maka Boçorişvili
24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...
24.11.2026 / 19:21
Rusiya erməni terrorçusuna həsr olunan filmin nümayişinə qadağa qoydu
24.11.2026 / 19:07
"Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir"
- Nazir
24.11.2026 / 19:04
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi
24.11.2026 / 18:57
Yeni Konstitusiya sayəsində Paşinyan müxalifəti siyasi səhnədən birdəfəlik silə bilər...
24.11.2026 / 18:42
Ermənistan Paşinyan konstitusiyasından nə vaxtsa imtina edə bilər (?)...
24.11.2026 / 18:32
Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq...
şirkət direktoru məhkəmə qarşısına çıxarılır...
24.11.2026 / 18:27
Prezident sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 14.11.2026 / 11:23
Türkiyə Ermənistana uçan hərbi təyyarənin hava məkanından keçməsinə icazə vermədi...
XƏBƏR ARXİVİ