Cümə axşamı günü, 26 noyabr 2026
     

Rusiya ABŞ-ı Şimal qütbündən vuracaq...

Image


ABŞ-ın Rusiya şirkətlərinə yeni sanksiya tətbiq etməsi, gözlənildiyi kimi, Moskvanın çox sərt reaksiyasına səbəb olub. Elə bu fonda Rusiya ABŞ-ın Ukrayna böhranı ilə əlaqədar olaraq ölkəyə qarşı tətbiq etdiyi yeni sanksiyalara cavab verəcəyini bildirib. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilmiş bəynatda da rəsmi Moskvanın ABŞ-ın sanksiyalarına qarşı əks-tədbirlər görüləcəyi deyilir.
Nazirlik bildirib ki, ABŞ özü üçün neqativ nəticələrin olmayacağına dair illüziyalara qapılmamalıdır.
ABŞ hökuməti isə açıqladığı bəyanatda Rusiyaya qarşı daha əvvəl tətbiq edilmiş məhdudiyyətlərin daha da ciddiləşdirilməsi məqsədilə əlavə 29 nəfərin sarnksiyalar siyahısına əlavə edildiyi bildirir. Bəyanatda deyilir ki, bu 29 şəxs Birləşmiş Ştatların milli təhlükəsizliyi və ya xarici siyasətinə zidd fəaliyyət göstərir. O da vurğulanır ki, ABŞ bu addımı Rusiyaya qarşı beynəlxalq qanunu pozduğu və Ukraynanın şərqində münaqişəni qızışdırdığına görə tətbiq edilmiş mövcud sanksiyaların effektivliyinin təmin edilməsi məqsədilə atır. Avropa İttifaqının Ukraynanın şərqində Moskva tərəfdarı separatçıları dəstəkləməkdə ittiham edilmiş rus və ukraynalılara qarşı sanksiyaları daha altı ay müddətinə uzadacağı gözlənir. Bu fonda Rusiyanın ABŞ üçün ciddi hərbi təhdid yaratdığı da məlum olub. ABŞ müdafiə naziri Eşton Karter deyib ki, Rusiyanın hücumundan qorunmaq üçün 1950-ci illərdə Şimal qütbündə qurulan raket əleyhinə müdafiə sistemlərini modernizasiya etmək lazımdır. O, tez bir zamanda tədbir görülməsinə ehtiyac olduğunu bildirib: "Rusiya uzaqmənzilli ballistik nüvə raketlərinə sahibdir. ABŞ-a istiqamətləndiriləcək ballistik raketlər Şimal qütbündən keçməklə hədəfinə çata bilər. Təhlükənin tez bir zamanda müəyyən olunması üçün buradakı raket əleyhinə müdafiə sistemlərimizi modernizasiya etməliyik". Müdafiə naziri, həmçinin, potensial raket hücumunun Çin və ya Şimali Koreya tərəfindən də edilə biləcəyini bildirib.
Xatırladaq ki, 2014-cü ildə Rusiya Federasiyasının yeni hərbi doktrinası qəbul olunub. Sənəddə ilk dəfə olaraq Rusiyanın Şimal qütbündə milli maraqlarının qorunması mövzusuna toxunulub və bu, sülh şəraitində Rusiyanın silahlı qüvvələrinin önəmli məsələsi hesab edilib.
Putin bildirir ki, Şimal qütbünü hərbiləşdirmək fikrində deyil, lakin bu məntəqədə Rusiyanın müdafiə gücünü təmin etmək üçün zəruri tədbirlər görmək istəyir. O, Rusiyanın milli maraqlarının qorunması üçün Şimal qütbünün Rusiya hissəsində hərbi baza yaradacağını, ora əsgər, təyyarə və gəmi göndərəcəyini də bildirib. Moskva bu istiqamətdə artıq konkret addımlar atır. Rusiya 40 ədəd hərbi gəmini və nüvə başlıqları daşıyan ballistik raketlərlə təchiz olunmuş "Buri" sinfindən olan sualtı qayığını bölgəyə yerləşdirmək üçün konkret işlərə başlayıb. Qeyd edək kii, Rusiya Sovet İttifaqının dağılmasından sonra praktik olaraq tərk etdiyi Arktikaya qayıdır. Kreml mütəmadi olaraq Arktika ilə bağlı hərbi planlarını açıqlayır, şimal qütbü ətrafında aviasiya bazaları yaradacağı barədə niyyətlərini açıq şəkildə ifadə edir. Bu da təsadüfi deyil. Enerji ehtiyatlarına görə Arktikanı Yaxın Şərqlə də müqayisə edənlər var. Baxmayaraq ki, Arktikadakı enerji ehtiyatlarının mənimsənilməsi olduqca bahadır. Müntəzəm dəniz patrul keşiyindən başqa, Rusiya Şərqi Sibirin şimal sahilindəki sovet təyyarə bazasını bərpa edir. Bu baza şimal-şərq dəniz yoluna Rusiyanın nəzarəti üçün müharibə meydanı olaraq xidmət göstərməlidir. Vladimir Putinin fikrincə, ən yaxın onilliklərdə bu yol Süveyş kanalı qədər əhəmiyyətli ola bilər. Şimal Buzlu Okeanındakı şimal-şərq yolu Uzaq Şərq və Avropanı birləşdirir. Bu yol üzərində nəzarətin tamamilə ələ keçirilməsi isə gələcəkdə regionun zəngin neft, təbii qaz və bioloji ehtiyatlarının mənimsənilməsi üçün əlverişli imkan yarada bilər.
Təbii ki, bütün bunlar ABŞ tərəfindən xoş qarşılanmır. ABŞ-da yaşayan rusiyalı tarixçi Yuri Felştinski bu fonda ABŞ və Rusiya arasında sərt qarşıdurmanın başlanacağını bildirir. Felştinski ABŞ-ın 2017-ci ilin əvvəlində Rusiyanın hazırkı təcavüzkar siyasətinə sərt şəkildə qarşı duracağını bildirib. Bu isə yeni ABŞ prezidentinin vəzifəsinə başlayacağı tarixə təsadüf edir: "Problem onda idi ki, Barak Obama özündən əvvəlki administrasiya tərəfindən başladılan müharibələri qurtarmağa çalışırdı. ABŞ-ın yeni prezidenti, respublikaçı və ya demokrat olmasından asılı olmayaraq, Rusiya və İranla bağlı daha sərt mövqe sərgiləyəcək. Rusiya prezidenti Vladimir Putin və İranın ali dini lideri Ayətullah Xamneyi də bunu yaxşı bilir".
Nahid SALAYEV

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib

25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil – Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...

25.11.2026 / 13:57
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir? – Səfirlikdən təcili xəbərdarlıq…

25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...

25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...

25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı - FƏRMAN

25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini – Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…

25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə – “Rosneft”in iki nəhəng zavodu vuruldu…

25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi – Putini də götür, Kiyevə gəl…

25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...

25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - FOTO

25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı

25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...

25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu

25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı – pullar Özbəkistana qaytarılır...

25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı

25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi

25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı – 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...

25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat – Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...

25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu

25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur

25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı - sanksiyalardan yayınmanın unikal yolu…

25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı

24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ... Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...

24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL – Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...

24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı – müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...

24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır - Trampın çağırışı ilə yox, başqa səbəbdən...

24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...

24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...

24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...

24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...

24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq - Şübhəlidir...

24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?

24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...

24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)

24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj - Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...

24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir" - Maka Boçorişvili

24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...

24.11.2026 / 19:21
Rusiya erməni terrorçusuna həsr olunan filmin nümayişinə qadağa qoydu

24.11.2026 / 19:07
"Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir" - Nazir

24.11.2026 / 19:04
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi

24.11.2026 / 18:57
Yeni Konstitusiya sayəsində Paşinyan müxalifəti siyasi səhnədən birdəfəlik silə bilər...

24.11.2026 / 18:42
Ermənistan Paşinyan konstitusiyasından nə vaxtsa imtina edə bilər (?)...

24.11.2026 / 18:32
Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq... şirkət direktoru məhkəmə qarşısına çıxarılır...

24.11.2026 / 18:27
Prezident sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ