"Azərbaycanın dini səpkidə ittiham etmək tamamilə yersizdir və tarix göstərir ki, bu, əks təsirə bərabərdir”.
APA-nın məlumatına görə, bu barədə amerikalı jurnalist Maayan Jaffe "The Washington Times” qəzetindəki yazısında bildirib. O, dini tolerantlığın təmin olunması səviyyəsinə görə yüksək qiymətləndirilən Azərbaycan Respublikasının Birləşmiş Ştatların Beynəlxalq Dini Azadlıq Komissiyasının tənqid hədəfinə çevrildiyini deyib. Müəllif qeyd edib ki, komissiya mandatına zidd şəkildə din və dini azadlıqla heç bir əlaqəsi olmayan siyasi məsələlərlə bağlı bəyanatlar verir.