Moskva Ukraynanın Sankt-Peterburqdakı Baş Konsulluğunun diplomatı İqor Fedikeviçi ölkədən qovub. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, rəsmi Moskva bu addımı Kiyevin rusiyalı diplomatı ölkədən qovmasına cavab olaraq atıb.