Tacikistan prezidenti Emoməli Rəhmon dünya iqtisadiyyatındakı vəziyyətlə əlaqədar respublika əhalisini iki illik ərzaq ehtiyatı görməyə çağırıb. Trend bu barədə RIA Novosti-yə istinadən məlumat verir.
Prezident bildirib ki, çətin geosiyasi vəziyyət, iqtisadi inkişaf artımının və Tacikistanın əsas ticarət tərəfdaşlarının milli valyutalarının məzənnəsinin aşağı düşməsi, dünya bazarlarında əsas ixrac-idxal məhsullarının qiymətlərinin dəyişməsi respublikanın sosial-iqtisadi inkişafına təsir göstərməkdə davam edir.