Türkiyənin Avropa İttifaqı ilə əlaqələr naziri, Xalqların Demokratik Partiyasının (HDP) üzvü Əli Heydər Qonca türkləri qəzəbləndirəcək sözlər deyib. Anspress xəbər verir ki, o, vəzifəsini icra etdiyi ilk gündə mətbuat konfransı keçirərək jurnalistlərin suallarını cavablandırıb. Suallardan biri isə əsl qalmaqala səbəb olub.
Belə ki, jurnalistlərdən biri nazirə qondarma erməni soyqırımı haqqında sual verib. O, "qondarma erməni sıyqırımı mövzusu Avropa İttifaqının toplantısında gündəmə gələrsə, buna necə reaksiya verəcəksiniz?" soruşub.