İŞİD terrorçuları Suriyanın Türkiyə ilə sərhəddə yerləşən 5 kəndini ələ keçiriblər. APA-nın İhlas Xəbər Agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Suriya İnsan Haqlarını Müdafiə Təşkilatı məlumat yayıb. Kəndlərdən 3-ün Türkiyə sərhədinin 20 km cənubundakı Marea qəsəbəsi civarında, 2-nin isə daha şimaldakı Hələb şəhəri ilə sərhədə yerləşdiyi bildirilir.
Koalisiya qüvvələri isə İŞİD-in bölgədəki mövqelərinə aviazərbələr endirməkdə davam edir.
Onu da qeyd edək ki, Türkiyə ABŞ-ın da dəstəyilə sözügüdən ərazilərdə bufer zona yaratmağı planlaşdırır.