Rusiyanın İrana S-300 raket sistemləri satmaq niyyəti ABŞ-da sərt reaksiya ilə qarşılanıb.
Baki-xeber.com xəbər verir ki, Rusiyanın İrana verəcəyi S-300 uzaqmənzilli havadan müdafiə sistemlərini yaxın vaxtlarda təslim edəcəyinə dair xəbərlərə münasibət bildirən ABŞ Müdafiə Nazirliyi (Pentaqon) sözçüsü Peter Cuk İrana qarşı hərb variantının gündəmə gətiriləcəyinə işarə edib. O, Rusiyanın İrana S-300 raket sistemləri satacağı halda ABŞ prezidenti Barak Obamanın əlində bütün hərbi variantların olduğunu bildirib.
Bu mövzuya dair uzun müddətdir qayğılarını dilə gətirdiklərini deyən Cuk, bölgədəki müttəfiqlərinin təhlükəsizliyini ciddi aldıqlarını qeyd edib: "Hadisələri təqib edirik. Bu sistemlər İrana satılsa belə biz öz imkan və qabiliyyətimizə əminik. ABŞ prezidentinin ehtiyacı olan bütün variantları əlindədir".
"Variantlardan nəyi nəzərdə tutduğu" barədə suala cavab verən Cuk bunların hərbi variantlar olduğunu açıq bildirib. Cuk bu sistemlər İrana yerləşdiriləcəyi halda ABŞ prezidentinin əlində bütün variantların olacağını təkrarlayıb.
Rusiyanın S-300 uzaqmənzilli havadan müdafiə sistemlərini bu il İrana təslim edəcəyi iddia edilir.