Cümə axşamı günü, 26 noyabr 2026
     

Avropa Xəzərdə diqqəti, Rusiya hərbi artırmaqda...

Image


Moskvanın Avropaya qaz nəqli ilə bağlı daha bir maraqlı məsələ ortaya çıxıb. Belə məlum olur ki, Avropanın Rusiyanın yeni layihələri əleyhinə çıxması Kremlin istədiyi layihələrin həyata keçməsini mümkünsüz edəcək. "Fitch Ratings" beynəlxalq reytinq agentliyi açıqladığı hesabatda vurğulayır ki, Avropa İttifaqının (Aİ) atdığı addımlar "Türk axını" və "Şimal axını" layihələrini təxirə sala bilər.
Alternativ mənbələrdən enerji almaq üçün Avropanın əsas diqqətini Xəzərdə cəmləşdirdiyi bir vaxtda Rusiya dənizdə hərbi gücünü artırmaqda davam edir. Xəzər donanmasını daim yeni hərbi texnika ilə yeniləyən şimal qonşumuz burada hərbi gücünü təlimlər vasitəsilə də nümayiş etdirməyə xüsusi diqqət ayırır. Ümumiyyətlə, son aylarda Rusiyanın Xəzərdə hərbi təlimləri kifayət qədər intensivləşib.
Yeri gəlmişkən qeyd edək ki, Rusiya Xəzər donanmasının gəmi birləşmələri Xəzər dənizində növbəti hərbi təlimlərə başlayıb. Rusiya Cənub Hərbi Dairəsi bildirir ki, 20 döyüş gəmisi və katerlərdən ibarət donanma Xəzər dənizi zonasında su nəqliyyatı və iqtisadi obyektlərin qorunması istiqamətində təlim-döyüş tapşırıqlarını yerinə yetirir. Yekun mərhələdə gəmilər hava hücumundan müdafiə əməliyyatlarını yerinə yetirəcək və şərti düşmənin hava hədəflərini məhv edəcək. Təlimlərdə bu günlərdə Bakıda olan Xəzər Dəniz Donanmasının "Mahaçqala" və "Volqodonsk" artilleriya gəmiləri, həmçinin "Anatoliy Qujvin" hidroqrafiya gəmisi də iştirak edir. Xatırladaq ki, BUYAN-21630 tipli "Mahaçqala" və "Volqodonsk" artilleriya gəmiləri dənizdə, çaylarda və sahildə döyüş aparılması üçün nəzərdə tutulub. Eyni anda radarlarda onlarla hədəfi qeydə alan və hər biri 58 nəfərlik ekipajdan ibarət gəmilərin 30 kilometrədək məsafədə hədəfləri vura bilən MS-73 tipli reaktiv raket qurğusu var. 80 raket ehtiyatına malik gəmi hədəflərə doğru hər 30 saniyədən bir atəş aça bilir. Bundan əlavə, gəmilərdə yerləşən A-190 tipli artilleriya qurğusu ehtiyatındakı 200 mərmi ilə 27 kilometrədək məsafədə hədəfləri məhv edə bilir. Gəmilər, həmçinin, hava hücumundan müdafiə, radioelektron mübarizə və sualtı obyektləri məhvetmə vasitələri ilə təchiz olunub. Gəmilərdəki GİBKO tipli silah 8 kilometrədək məsafədə hədəfi vura bilir. Ümumilikdə gəmilərdə 5 pulemyot yerləşdirilib. Onlardakı 6 lüləli AK-306 silahı 9 km məsafədəki hədəflərə doğru dəqiqədə 1500 güllə ata bilir. "Anatoliy Qujvin" hidroqrafiya gəmisi isə əraziyə dair müxtəlif tipli məlumatları toplamaq üçün nəzərdə tutulub. Rusiyanın buradakı digər gəmiləri Moskvaya Xəzərdə böyük hərbi üstünlük qazandırır. Hazırda Rusiyanın Xəzərdə 14 müasir hərbi gəmisi var. Bu hərbi gəmilər düşmən hədəflərini asanlıqla məhv etməyə qadir olan və böyük dağıdıcı güc hesab edilən "Bastion" raket kompleksləri və "Yaxont" qanadlı raketləri ilə təchiz edilib. 2020-ci ilə kimi Rusiya Xəzər hərbi dəniz donanmasının istifadəsinə daha 20 hərbi gəmi verməyi planlaşdırıb.
Xəzərə belə hərbi texnikanın cəmləşdirilməsi onun sürətlə hərbiləşdirilməsi deməkdir ki, bu hal onun hüquqi statusunun müəyyən olunmasında ciddi maneə yaradır. Digər tərəfdən, belə hal dənizdə yeni layihələrin həyata keçməsinin də qarşısını alır. Bu sırada ilk olaraq "Transxəzər" layihəsinin adı çəkilir. Avropanın "Transxəzər"lə bağlı yenidən fəallığı isə Rusiya, eləcə də İranın Xəzərdə maraqları ilə ziddiyyət təşkil edir. İndi dənizdə güc nümayiş etdirməklə həmin ölkələr burada gərgin vəziyyət formalaşmasında maraqlı tərəf kimi çıxış edir və bu, "Transxəzər"in çəkilməsinə maneə kimi qiymətləndirilir. Ekspertlər hesab edir ki, "Transxəzər"in çəkilməsini istəyən Qərb bu məsələni mütləq həll etməlidir.
Digər tərəfdən o da yaddan çıxmamalıdır ki, Moskva Xəzərdən gedən enerji marşrutları üzərində nəzarət üçün aktiv fəaliyyət göstərir. Xatırladaq ki, Rusiya hərbçilərinin Gürcüstanın separatçı Cənubi Osetiya bölgəsində irəliləyərək Bakı-Supsa ixrac neft kəmərinin 1600 metrlik hissəsini nəzarət altına alması, buradan keçən strateji əhəmiyyətli tranzit şossenin bir neçə yüz metrliyində mövqe tutması ciddi narahatlıqlara yol açıb. Rusiyanın Gürcüstan ərazilərinin içərilərinə doğru irəlilməsi nəticəsində Azərbaycanın ixrac neft kəmərləri və strateji təyinatlı regional avtomobil yolu Rusiyanın faktiki nəzarətinə keçmiş olur. Aydındır ki, Rusiyanın əsas məqsədi də Qərbə Cənubi Qafqazın enerji və nəqliyyat dəhlizi üzərində daha çox nəzarət imkanına malik olduğunu nümayiş etdirməkdir.
Qeyd edək ki, hələ ötən ay Rusiyanın separatçı Cənubi Osetiyadakı qüvvələri mövqelərini dəyişərək sərhəd nişanlarını gürcü kəndləri Tsitelubani və Orçosani kəndlərinə yaxın yerləşdiriblər. Nəticədə bu iki kənd Cənubi Osetiyanın nəzarətinə keçib, Bakı-Supsa ixrac neft kəmərinin bir hissəsi rusların nəzarətinə keçən ərazidə qalıb. Bundan əlavə, yeni sərhəd nişanları Azərbaycanı Gürcüstanın Poti limanı və Türkiyə ilə birləşdirən strateji əhəmiyyətli Tiflis-Poti tranzit avtomobil yolunun bir neçə yüz metrliyindədir. Bu isə həmin avtomobil yolunun da rusların faktiki nəzarətinə keçdiyini göstərir. Çünki iki ixrac kəməri, yəni - Bakı-Supsa və Bakı-Tiflis-Ceyhan bu şossenin yaxınlığından keçir. Bununla da Rusiya Qərbə aydın siqnal göndərir ki, enerji, Xəzər və Avropa ticarət yolları üzərində böyük nəzarətə malikdir. Hər halda, Moskva son hərəkətləri ilə getdikcə daha təhlükəli oyunlar oynayır.
Nahid SALAYEV
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib

25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil – Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...

25.11.2026 / 13:57
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir? – Səfirlikdən təcili xəbərdarlıq…

25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...

25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...

25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı - FƏRMAN

25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini – Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…

25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə – “Rosneft”in iki nəhəng zavodu vuruldu…

25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi – Putini də götür, Kiyevə gəl…

25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...

25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - FOTO

25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı

25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...

25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu

25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı – pullar Özbəkistana qaytarılır...

25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı

25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi

25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı – 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...

25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat – Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...

25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu

25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur

25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı - sanksiyalardan yayınmanın unikal yolu…

25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı

24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ... Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...

24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL – Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...

24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı – müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...

24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır - Trampın çağırışı ilə yox, başqa səbəbdən...

24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...

24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...

24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...

24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...

24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq - Şübhəlidir...

24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?

24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...

24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)

24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj - Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...

24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir" - Maka Boçorişvili

24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...

24.11.2026 / 19:21
Rusiya erməni terrorçusuna həsr olunan filmin nümayişinə qadağa qoydu

24.11.2026 / 19:07
"Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir" - Nazir

24.11.2026 / 19:04
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi

24.11.2026 / 18:57
Yeni Konstitusiya sayəsində Paşinyan müxalifəti siyasi səhnədən birdəfəlik silə bilər...

24.11.2026 / 18:42
Ermənistan Paşinyan konstitusiyasından nə vaxtsa imtina edə bilər (?)...

24.11.2026 / 18:32
Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq... şirkət direktoru məhkəmə qarşısına çıxarılır...

24.11.2026 / 18:27
Prezident sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ