"Fələstin Dövlətinin Bakıdakı Səfirliyi Xarici İşlər Nazirliyinə nota ilə müraciət edərək Ermənistanın "Zhamanak Daily” xəbər agentliyinin Fələstinin Böyük Britaniyadakı erməni əsilli səfirinin "East Magazine”nə (Vostok) verdiyi müsahibəsinə istinadən yaxın gələcəkdə İrəvanda Fələstin səfirliyinin açılacağı barəsində yaydığı xəbərinin yalan olduğunu bildirib”.
Trend-in məlumatına görə, bunu XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.