Cümə axşamı günü, 26 noyabr 2026
     

Bir azdan "Türk axını" TANAP-ın "tozuna da çata bilməyəcək"...

Image


Avropanın sərt müqavimətinə baxmayaraq, Moskva bu qitədə yerləşən ölkələri özünün enerji nəzarətində saxlamaq üçün hələ də iddialı mövqedən çıxış edir. Onu da xatırladaq ki, bu məsələdə Rusiyanın əsas diqqət mərkəzində olan məsələ reallaşdırılması hələ də mümkün olmayan "Türk axını" qaz kəməri layihəsidir. Bu vaxta qədər Moskva və Ankara arasında anlaşılmazlıq üzündən "Türk axını"nın həyata keçirilməsi müşkülə çevrilib.
Lakin son məlumatlar bu anlaşılmazlıqların qismən aradan qalxdığını göstərir. Bununla belə, məsələnin tam həll olunduğunu da söyləmək mümkün deyil.
Düzdür, Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız bildirib ki, Ankara "Türk axını" layihəsinə dair razılaşma layihəsini təsdiqlənmək üçün Rusiya tərəfinə göndərib: "Biz layihəni göndərmişik və cavab gözləyirik". Bundan əvvəl Moskva "Türk axını" qaz kəməri layihəsinə dair Türkiyəyə iki hökumətlərarası saziş layihəsi göndərib. Onlardan biri qaz kəmərinin bir bağının, digəri isə dörd bağının tikintisini nəzərdə tutur. Türkiyə tərəfi qaz kəmərinin bir bağının çəkilməsində maraqlı tərəf kimi çıxış edir. Amma Moskva əks mövqedən çıxış edir. Elə Türkiyənin Moskvaya göndərdiyi cavabda da qaz kəmərinin bir bağının çəkilməsi əsas kimi irəli sürülür. Kreml isə hələlik bununla razılaşmaq istəmir. Məhz bu səbəbdən tərəflər arasında yekun razılığın əldə olunması ciddi sual altındadır. Hökumətlərarası razılaşmanın əldə edilməməsinə görə "Qazprom" kəmərin tikintisinə başlaya bilməyib. Xatırladaq ki, "Türk axını" kəməri Türkiyənin Yunanıstanla sərhədinə çıxmalıdır, oradan isə kəmərin Avropaya istiqamət alması planlaşdırılıb. Hazırda bu, Azərbaycan qazının Avropaya çıxan yeni marşrutunun təkrarı kimi də qiymətləndirilir. Amma "Türk axını"ndan fərqli olaraq, Azərbaycan qaz kəmərlərinin çəkilməsi sürətlə həyata keçirilir. Belə ki, 10 milyard dollar dəyərində olan "Transanadolu" qaz boru kəməri (TANAP) layihəsi üzrə tikinti işləri fasiləsiz davam etdirilir. Türkiyənin Qars vilayətinin Səlim Bələdiyyəsinin sədri Coşkun Altun bildirib ki, təməli Qarsda qoyulan və Azərbaycanın təbii qazını Türkiyədən keçməklə Avropaya çatdıracaq TANAP-ın Səlim mahalındakı tikinti sahələrində işlər sürətlə aparılır. TANAP-ın dünya layihəsi olduğunu deyən C.Altun bildirib ki, bu, Azərbaycan-Gürcüstan-Türkiyədən keçən koridorla Yunanıstan və Avropa ölkələrinə nəql ediləcək təbii qaz boru kəməridir. O qeyd edib ki, TANAP həm iqtisadi, həm də geosiyasi baxımdan Türkiyə üçün çox mühüm layihədir. Bu layihə Ardahan vilayətinin Posof mahalından başlayır, əsas tikinti sahələri isə Səlimdə qurulub. TANAP hazırda uğurla və problemsiz həyata keçirilir.
Xatırladaq ki, TANAP Türkiyənin Gürcüstanla sərhədindəki Ardahan vilayətinin Posof mahalından başlayaraq 21 vilayətdən keçməklə qardaş ölkənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanacaq. "Şahdəniz-2" yatağından hasil olunacaq qazın Türkiyəyə və qardaş ölkədən də Avropaya nəqlini nəzərdə tutan TANAP-ın 2018-ci ildə istismara verilməsi planlaşdırılır. TANAP-la Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur. İlkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr olacaq kəmərin ötürücülük qabiliyyətinin 2023-cü ildə 23 milyard kubmetrə və 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur. Cənub Qaz Dəhlizinin ən uzun hissəsini təşkil edən TANAP Cənubi Qafqaz Boru Kəmərindən (CQBK) alacağı təbii qazı 2020-ci ilin əvvəlindən etibarən "Transadriatik" (TAP) boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və İtaliyadan keçməklə Avropaya çatdıracaq.
Hazırda qazın Yunanıstan üzərindən Avropaya etibarlı nəqlinə nail olmaq üçün Azərbaycanın marağında olan əsas məqamlardan biri də bu ölkənin qaz kəmərləri sisteminin operatoru olan DESFA şirkətinin səhmlərinin alınmasıdır. Xatırladaq ki, Azərbaycanın Dövlət Neft Şirkəti müvafiq tenderdə qalib gələrək DESFA şirkətinin səhmlərinin 66 faizini 400 milyon avroya hələ 2013-cü ildə alıb. Dövlət Neft Şirkətinin maliyyə durumu bərbad olan yunan qaz kəmərləri operatorunun səhmlərinin üçdə ikisini almaqda məqsəd Cənub Qaz Dəhlizi ilə Yunanıstan üzərindən qaz nəqlində əlverişli mövqelərə malik olmaqdır. Lakin Avropa Komissiyası hələ sövdələşməni təsdiqləməyib.
Üstəlik, Yunanıstanda hökumət dəyişəndən sonra Afina şirkətin üçdə ikisinin Dövlət Neft Şirkətinə satışına qarşı çıxmağa başlayıb. Yunanıstan hökuməti bildirir ki, DESFA-nın səhmlərinin ancaq 49 faizini Dövlət Neft Şirkətinə satmağa hazırdır. Bu isə Dövlət Neft Şirkəti üçün sərfəli deyil. Belə bir vaxtda bəlli olub ki, Hollandiya, Belçika və İtaliya şirkətləri DESFA şirkətinin səhmlərinin 17 faizinə iddia edir. "Te Nea" adlı yunan qəzeti yazır ki, söhbət SOCAR-ın bu şirkətdən aldığı səhm paketinin 17 faizindən gedir. İddiaçılar arasında Belçikanın "Fluxys", Hollandiyanın "Gasunie", İtaliyanın "İnfrastrutture Trasporto Gas" və "Snam Rete Gas" şirkətləri var. Əslində Dövlət Neft Şirkətinin səhmlərini bu qurumlara satması inandırıcı deyil. Amma istənilən halda, Azərbaycan qazının Avropaya Yunanıstan üzərindən keçib getməsi Rusiya layihəsi ilə müqayisədə daha tez reallaşacaq.
Tahir TAĞIYEV

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib

25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil – Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...

25.11.2026 / 13:57
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir? – Səfirlikdən təcili xəbərdarlıq…

25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...

25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...

25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı - FƏRMAN

25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini – Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…

25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə – “Rosneft”in iki nəhəng zavodu vuruldu…

25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi – Putini də götür, Kiyevə gəl…

25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...

25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - FOTO

25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı

25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...

25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu

25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı – pullar Özbəkistana qaytarılır...

25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı

25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi

25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı – 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...

25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat – Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...

25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu

25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur

25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı - sanksiyalardan yayınmanın unikal yolu…

25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı

24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ... Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...

24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL – Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...

24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı – müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...

24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır - Trampın çağırışı ilə yox, başqa səbəbdən...

24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...

24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...

24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...

24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...

24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq - Şübhəlidir...

24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?

24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...

24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)

24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj - Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...

24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir" - Maka Boçorişvili

24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...

24.11.2026 / 19:21
Rusiya erməni terrorçusuna həsr olunan filmin nümayişinə qadağa qoydu

24.11.2026 / 19:07
"Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir" - Nazir

24.11.2026 / 19:04
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi

24.11.2026 / 18:57
Yeni Konstitusiya sayəsində Paşinyan müxalifəti siyasi səhnədən birdəfəlik silə bilər...

24.11.2026 / 18:42
Ermənistan Paşinyan konstitusiyasından nə vaxtsa imtina edə bilər (?)...

24.11.2026 / 18:32
Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq... şirkət direktoru məhkəmə qarşısına çıxarılır...

24.11.2026 / 18:27
Prezident sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ