Cümə axşamı günü, 26 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Azərbaycanın geosiyasətini elmə təqdim edən ilk fundamental əsər
Tarix: 25.08.2015 / 03:27
Bölmə: Siyasət
"...Azərbaycan dövlətinin mükafatına layiq görülə bilər"
Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqov Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının İctimai-siyasi əlaqələr şöbəsinin müdiri Əli Həsənovun "Azərbaycanın geosiyasəti" kitabı haqqında məqalə yazıb. Maraqlı və orijinal analitik üslubunu, habelə kitabın özünün praktik elmi tədris əhəmiyyətini nəzərə alaraq, məqaləni oxuculara təqdim edirik.
Geosiyasət daha çox regionları əhatə edir, eləcə də geosiyasi regionlar arasında "geosiyasi zolaqlar" da formalaşa bilir. Məsələn, Azərbaycan həm Qafqaz geosiyasi regionunun elementidir (mərkəzləşdirici subyekt kimi), həm də Avropa ilə Asiya arasındakı "geosiyasi zolağın" komponentidir (birləşdirici subyekt kimi). Digər dövlətlərlə əlaqələr geosiyasətin formalaşması proseslərini təbii olaraq şərtləndirir. Qarşılıqlı təsirlər fonunda dövlətlərin geosiyasi gücləri yaranır. Dövlətin ümumən geosiyasi gücü onun daxili və beynəlxalq gücünə söykənir. Daxili gücü onun geosiyasi nüvəsini təşkil edir. Geosiyasi məkanı mərkəzdən ətraflara doğru genişləndirir. Böyük dövlətlərin başqa regionlarda geosiyasi maraqlarının genişlənməsi də həmin dövlətlərin geosiyasi (beynəlxalq münasibətlər üzrə) nüvələrini meydana gətirir. Buradan da xarici siyasətin şəbəkələşmiş mərkəzləri formalaşmış olur. Burada dövlətin daxili siyasəti xarici siyasətini, xarici siyasəti də öz növbəsində daxili siyasətini tamamlayır. Tamamlama sayəsində dövlətin daxildən xaricinə doğru və əksinə istiqamətdə geosiyasi maraqları meydana gəlir və geosiyasi maraqların sferası onu təşkil edən elementlərin hərəkət sferasının formalaşmasına səbəb olur.
Dövlət digər dövlətin geosiyasi məkanına (burada geosiyasi məkan həm dövlətdaxili məkan, həm də dövlət sərhədlərinin kənarındakı dövlət maraqlarının əks olunduğu məkanlar aid oluna bilər) daxil olur. Bu istiqmat baza olaraq iki hissədən ibarət olur: birincisi, dövlət özünün milli vasitələri ilə başqa dövlətin geosiyasi məkanına -ölkədaxili məkanına daxil olur, təsir edir (hətta bir çox hallarda geosiyasi "eksterritoriallıq" yaranır, yəni başqa ərazilərdə imtiyaz və immunitetlər daha çox olur); ikincisi, öz ərazisində digər dövlətin mövcud olduğu məkan (xarici ölkələrin resurslarının yaratdığı məkan nəzərdə tutulur) üzrə təsir edir. Öz məkanında yerləşən digər dövlətin geosiyasi maraqları üzərində təsirlər etməyə çalışır. Dövlətlər, həmçinin, üçüncü və ya dördüncü dövlətlərin ərazilərində də təsirlər etməyə çalışırlar. Bu baxımdan da geosiyasətin təsir şəbəkəsi meydana gəlir. Bu təsir şəbəkəsi dövlətləri beynəlxalq münasibətlərin fərqli fəal üzvlərinə çevirir və eləcə də yaylı formalı münasibətləri meydana gətirir. Yaylı (tarazlı) münasibətlər və əlaqələr inkişafa və təhlükəsizliyə, sülh və sabitliyə xidmət edir. Fərqli güclərə görə geosiyasət amili dünyanın piramidal idarəetməsi formasını meydana gətirir.
Azərbaycan da dünyanın digər dövlətləri kimi geosiyasətin aktiv üzvlərindən biridir. Azərbaycanın geosiyasəti özünün təkamül və inkişaf mərhələsini yaşayıb və bu gün də həmin proseslər davam etməkdədir. Ölkənin XX əsrin sonlarını əhatə edən geosiyasətinin formalaşmasının başlanğıcı müstəqillik qazandıqdan sonra qoyulub. Xarici siyasətin ilkin aktları, bu baxımdan ölkə müstəqilliyinin de-facto və de-yure (SSRİ-dən ayrıldığı faktiki əraziləri üzrə hüquqi baxımdan ) tanınması və dövlətlərarası diplomatik münasibətlər, sahələr üzrə əlaqələrin qurulması geosiyasətin başlanğıcı üçün əsasları meydana gətirmiş oldu. Sonrakı mərhələlərdə (1994-cü ildən başlayaraq) isə xarici sərmayələrin ölkə iqtisadiyyatına cəlb olunması və çoxsahəli əlaqələr, o cümlədən geosiyasət elementlərinin sayının çoxalması məhz geosiyasi mühitin inkişafında növbəti mərhələni meydana gətirdi. Ölkənin yerləşdiyi məkan və məkan üzərindəki strukturlar və elementlər geosiyasi mühitin əsaslarını təşkil etməyə başladı. Dövlətin daxilən güclənməsi, onun iqtisadi və siyasi strukturlarının inkişafı geosiyasi nüvənin əsaslarını zənginləşdirdi. Azərbaycan regionda radiuslu dalğalar üzrə öz geosiyasi məkanını böyütməyə başladı. Bu proseslər artıq XXI əsrin başlanğıcından bu yana baş verməkdədir.
Bu baxımdan dəyərli tədqiqatçı, professor Əli Həsənovun 2015-ci ildə işıq üzü görmüş "Azərbaycanın geosiyasəti" adlı əsəri də xüsusi elmi-fundamental əhəmiyyətə malikdir.
Əsərin "Azərbaycanın geosiyasi inkişaf tarixi və xarakteristikası, müasir milli inkişaf siyasətinin əsasları" adlanan I bölməsində Azərbaycanın ayrı-ayrı mərhələlər və dövrlər üzrə geosiyasi inkişaf tarixi, həmçinin müasir inkişaf siyasəti, onun xarakteristikası, parametrləri, xarici siyasətin əsas vəzifələri və tələbləri, eləcə də ölkəmizin müasir geosiyasi statusu ilə bağlı məsələlər elmi araşdırmalar predmetinə çevrilmişdir.
Əsər Azərbaycanın qədim zamanlarda geosiyasi statusunun formalaşmasının elmi əsaslarının yığcam təhlili ilə başlayır. Birinci Dünya Müharibəsinə qədərki geosiyasi vəziyyəti konkret faktlar, bu baxımdan cərəyan edən siyasi hadisələr əsasında elmi təhlillər süzgəcindən keçirilmişdir. Belə qənaətə gəlinir ki, qədim Azərbaycan dövlətlərinin xarici siyasətlərinin formalaşması əsasları onların artıq subyektlər kimi mövcudluqlarından irəli gəlmişdir. Burada artıq tarixi ardıcıllıq əsasında Azərbaycanın dəyişən və artan geosiyasi vəziyyətləri təhlil obyektinə çevrilir. Orta əsrlərin geosiyasi xarakteristikası verilir və ölkənin regionun əsas oyunçularının ÜRusiya, İran, Türkiyə (Osmanlı imperiyası)nin rəqabət obyektinə çevrilməsinin əsasları şərh olunur. Burada professor Əli Həsənov Azərbaycanı regional strateji subyekt kimi təhlil obyektinə cəlb edir və ölkənin böyük dövlətlərin maraqlarını cəzb edən obyekt kimi parametrlərini əks etdirir. Bununla da tarixi aspektdən geosiyasi bütövlüyü ortaya qoya bilir. Tədqiqatçı siyasi prosesləri Birinci Dünya Müharibəsinə qədər zaman kriteriyası ilə bağlayır, həmçinin siyasi nəticələr ardıcıllığını da kompleksləşdirir. Bununla da tarixi dövrlərin birləşmiş geosiyasətini elmi baxımdan açır.
XX əsrin əvvəllərində Cənubi Qafqazın geosiyasi mühitinin formalaşması cəhətləri elmin predmetinə çevrilir. Burada Azərbaycanın müstəqillik qazanması və müstəqil geosiyasət subyektinə çevrilməsinin tarixi-siyasi əsasları şərh olunur. ADR-in xarici siyasəti, diplomatik manevrləri və uğursuzluqları elmin tələbləri ilə analiz edilir.
Əsərin Azərbaycanın beynəlxalq aləmlə geosiyasi münasibətlərinə həsr edilmiş ikinci bölməsi daha çox Avrasiyanın ümumi geosiyasi xarakteristikası və müasir vəziyyətinin təhlili ilə səciyyələnir. Avrasiyanın planetar və regional geosiyasi vəziyyətinə təsir göstərən fərqli maraqlar sistemi, transmilli, regional və milli hədəflər göstərilir. ABŞ-ın, Türkiyənin, Rusiyanın, Avropa İttifaqının və digər aparıcı dünya dövlətlərinin və birliklərinin Avrasiya siyasəti və Azərbaycanla geosiyasi münasibətlərinin xarakteristikası verilir. Bu bölmədə Avrasiyanın ümumi geosiyasi müstəvisinin formalaşması komponentləri və onların qarşılıqlı strukturunun əsasları elmin obyektinə çevrilir.
Ümumiyyətlə, professor Əli Həsənovun əsərlərində bu kimi məsələlər, geosiyasi aspektlər tədqiqat üçün obyekt və predmet mövzusunu təşkil edir:
- SSRİ-nin dağılmasından sonrakı dövrdə Avrasiyada baş verən geosiyasi prosesləri, MDB-nin yaradılması və bu qurum daxilində baş verən iqtisadi, siyasi, mədəni inteqrasiya prosesləri;
- Böyük dövlətlərin XX sərdə Avrasiyada formalaşan yeni maraqlarının əsasları;
- Avrasiyanın yeni geosiyasi mühitinin meydana gəlməsi və yeni iqtisadi, siyasi subyektlərin maraqlarının formalaşması istiqamətləri;
- Avrasiya geosiyasətinin yeni parametrləri və materikin regionları, xüsusilə, Xəzər, Qara dəniz və Cənubi Qafqaz üzrə yeni geosiyasi mühitin formalaşması;
- Avrasiyanın geosiyasi müstəvisinin yeni kompleks tərkibi;
- Avrasiyanın geosiyasi mühtini formalaşdıran komponentlərin yeni axarı;
- Avrasiyanın geosiyasi mühitində ABŞ kimi nəhəng dövlətin maraqlarının formalaşması əsasları və yeni müstəqil siyasi regionlarla bu dövlətin yeni maraqlarının formalaşması istiqamətləri;
- Avrasiyada meydana gələn yeni bloklaşmalar və yeni regionların hərbi-siyasi və iqtisadi parametlər üzrə geosiyasi statuslarının formalaşması;
- Avrasiyanın təhlükəsizlik sistemi;
- Avro-Atlantika təhlükəsizlik sistemi və Avrasiya subyektləri ilə əlaqələrin, əməkdaşlığın, inteqrasiyanın əsasları;
- Avro-Asiya qovşağında yeni təhlükəsizliyin meydana gəlməsi əsasları;
- Avrasiyada münaqişələr, o cümlədən Ukrayna böhranının səbəbləri və böyük dövlətlərin maraqları kontekstindən izah olunması;
- Xəzər və Qara dəniz regionlarının yeni enerji potensialı mərkəzləri kimi əhəmiyyət kəsb etməsi və bu regionların ABŞ kimi böyük dövlətin diqqətini cəlb etməsi;
- Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən müstəqilliyin ilk illərində ölkənin praqmatik və milli təhlükəsizliyə xidmət edən xarici siyasətinin formalaşması istiqamətləri;
- Azərbaycanın Avro-Asiya qovşağında yeni bir birləşdirici qovşaq rolunu oynamasının əsasları;
- Azərbaycanın Avropanın enerji məhsulu ilə təmin olunmasında mühüm potensiala malik olması və eləcə də tranzit mövqeyinin əsasları;
- Cənubi Qafqazın və Xəzərin enerji ehtiyatlarının Cənubi Qafqaz boru kəmərləri vasitəsilə dünya bazarına çıxarılmasının əsasları;
- Ölkənin neft diplomatiyasının müasir tarixi mərhələlərinin əsas istiqamətləri;
- Xəzərin enerji ehtiyatlarının təhlükəsiz şəraitdə tranziti üçün Azərbaycanın əlverişli coğrafi-siyasi və tranzit mövqeyi;
- Azərbaycanın dünyanın aparıcı dövlətlərinin geosiyasi oyunlarında özünün milli təhlükəsizliyini təmin etməsinin əsasları;
- Azərbaycanın regionda beynəlxalq tarazlaşdırma siyasətinin parametrləri və ölkənin geosiyasi təhlükəsizliyi üçün ölkə rəhbəri cənab İlham Əliyev tərəfindən praqmatik xarici siyasətin müəyyən olunması və xarici siyasətin əsas istiqamətləri;
- Ölkənin xarici siyasətinin onun daxili siyasətlə tamamlanmasının əsas tələbləri və kriteriyalari;
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin baş verməsinin geosiyasi səbəbləri və münaqişənin həlli diplomatiyasının əsasları;
- Münaqişədən böyük dövlətlərin öz maraqları üçün istifadə etməsi və beynəlxalq ədalətin heçə enməsi;
- Münaqişənin həllində beynəlxalq hüququn nəzəri əsasları və praktik olaraq qeyri-tətbiqi və güc diplomatiyasının əsas istiqamətləri və digər siyasi proseslər
Əsər bu kriteriyalara görə fundamental elmi əhəmiyyətə malikdir:
- əsərin yüksək səviyyədə ortaya çıxmasında müəllif tərəfindən fəlsəfi-elmi-məntiqi metodlardan yüksək səviyyədə istifadə olunması;
- tarixdə baş vermiş siyasi proseslərin analizi zamanı müəllif tərəfindən deduktiv və induktiv metodlardan peşəkarlıqla istifadə olunması və nəticə etibarilə əsərin sistemli və geniş strukturlu bitkin bir nəticəyə çevrilməsi;
- əsərin ümumməzmun və nəticə etibarilə Azərbaycanın geosiyasət fəlsəfəsini yaratması;
- tarixdə baş verən siyasi hadisələrin geosiyasət elminin tələbləri əsasında təhlil obyektinə çevrilməsi və yüksək elmi qənaətlərin əldə olunması;
- regionda qədim zamanlardan bu yana Azərbaycan dövlətinin formalaşmasının tarixi-siyasi zərurətlərinin regionun beynəlxalq münasibətlər müstəvisində elmi-nəzəri baxımdan üzərə çıxarılması;
- Azərbaycan dövlətinin tarixi ardıcıllıq zamanı ilə təşəkkülünün elmi əsasları və onun digər region dövlətləri ilə əlaqələrinin coğrafi və siyasi parametrlər baxımından təhlli;
- Azərbaycan dövlətinin regionda tarixin müxtəlif vaxtlarında geosiyasət subyektinə çevrilməsinin əsaslarının elmi-sistemli qaydada nəzəri baxımından təhlil obyektinə çevrilməsi və analizlər sayəsində müvafiq elmi nəticələrin əldə edilməsi;
- Azərbaycanın geosiyasi vəziyyətinin tarixi dövrlər üzrə müqayisəli əsasda təhlil obyektinə çevrilməsi-geosiyasətin tarixi mərhələlərlə formalaşmasının əsaslarının elmi parametrlərlə analiz olunması;
- Azərbaycanın regionun geosiyasət subyektinə çevrilməsinin tarixi-siyasi və iqtisadi kriteriyalarının sistemli olaraq sintez olunması və müvafiq nəticələrin əldə edilməsi;
- Azərbaycanın regionun böyük (Rusiya, Türkiyə, İran, Ərəb xilafəti) dövlətlərinin tarixi maraq mübarizəsi obyektinə çevrilməsinin elmi Ünəzəri əsaslarının predmetli qaydada izah olunması;
- Azərbaycanın müstəqillik qazandıqdan sonra özünün geoiqtisadi və geosiyasi potensialını daxilən gücləndirməsi və bu potensialın dünyanın digər dövlətləri ilə maraq mübarizəsində səmərəli istifadəsinin əsaslarının yüksək elmi təhlili;
- Dünyanın aparıcı beynəlxalq təşkilatları ilə qarşılıqlı əməkdaşlıq və tərəfdaşlıq şəraitində ölkənin özünün geosiyasətinin getdikcə gücləndirilməsinin elmi əsasları;
- tarixi hadisələrin geosiyasi parametrlər üzrə zamana müvafiq qaydada geosiyasəti formalaşdırmasının geniş əsasalarla elmi obyektə cəlb olunması və digər amillər
Sadalanan elmi mülahizələri nəzərə alaraq belə qənaətə gəlmək olar ki, professor Əli Həsənovun "Azərbaycanın geosiyasəti" adlanan fundamental elmi əsəri öz bitkin fəlsəfi və ümumiləşdirilmiş elmi əsaslarına görə eyni zamanda Azərbaycanın geosiyasət tarixini özündə əks etdirən dəyərli elmi əsər olduğundan, Azərbaycan dövlətinin mükafatına layiq görülə bilər.
DİGƏR XƏBƏRLƏR
Tarix: 25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır
– Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...
Tarix: 25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...
Tarix: 25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı
- İrəvan hər fürsətdə “vurulur”...
Tarix: 25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır -
ABŞ nə edəcək...
Tarix: 25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...
Tarix: 25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...
Tarix: 25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...
Tarix: 25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...
Tarix: 25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...
Tarix: 25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər
- “Düşmənlər” hərəkətə keçdi...
Tarix: 25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb
- Nazir narahat eyham vurdu...
Tarix: 25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır
– Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...
25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi
– Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı
25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu
– “O, məndən nə etməyimi istəyir?”
25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...
25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı
- İrəvan hər fürsətdə “vurulur”...
25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır -
ABŞ nə edəcək...
25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...
25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...
25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...
25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...
25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...
25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər
- “Düşmənlər” hərəkətə keçdi...
25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb
- Nazir narahat eyham vurdu...
25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi
25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...
25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb -
qiymətlər əsas rol oynayır...
25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal
– Tonoyana ağır ittiham irəli sürüldü...
25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama
– ondan sonra Belarusu kim idarə edəcək...
25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu
- SİYAHI
25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...
25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin...
- VİDEO
25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu -
şok detallar...
25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər
– pensiyalar artırılır...
25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi
25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı
- VİDEO
25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir...
Kritik görüş...
25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...
25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...
25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan
25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”
25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi
25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi
25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq
25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib
25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil
– Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...
25.11.2026 / 13:57
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü
25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir?
– Səfirlikdən təcili xəbərdarlıq…
25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...
25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...
25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı
- FƏRMAN
25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini
– Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…
25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə
– “Rosneft”in iki nəhəng zavodu vuruldu…
25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi
– Putini də götür, Kiyevə gəl…
25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...
25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib
- FOTO
25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı
25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...
25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu
25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı
– pullar Özbəkistana qaytarılır...
25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı
25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı
25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi
25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı
– 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...
25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat
– Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...
25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu
25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur
25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı -
sanksiyalardan yayınmanın unikal yolu…
25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı
24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ...
Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...
24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL
– Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...
24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı
– müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...
24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır
- Trampın çağırışı ilə yox, başqa səbəbdən...
24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...
24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...
24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...
24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...
24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq
- Şübhəlidir...
24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?
24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...
24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)
24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj
- Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...
24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir"
- Maka Boçorişvili
24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...
24.11.2026 / 19:21
Rusiya erməni terrorçusuna həsr olunan filmin nümayişinə qadağa qoydu
24.11.2026 / 19:07
"Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir"
- Nazir
24.11.2026 / 19:04
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi
24.11.2026 / 18:57
Yeni Konstitusiya sayəsində Paşinyan müxalifəti siyasi səhnədən birdəfəlik silə bilər...
24.11.2026 / 18:42
Ermənistan Paşinyan konstitusiyasından nə vaxtsa imtina edə bilər (?)...
24.11.2026 / 18:32
Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq...
şirkət direktoru məhkəmə qarşısına çıxarılır...
24.11.2026 / 18:27
Prezident sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 23.11.2026 / 20:37
Ermənistanla müharibədə Azərbaycana dəstək vermiş daha bir dövlətin adı açıqlandı...
XƏBƏR ARXİVİ