Cümə axşamı günü, 26 noyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
Rusiya və NATO orduları üz-üzə cəmləşirlər...
Tarix: 22.08.2015 / 03:04
Bölmə: Siyasət
Rusiya və NATO ölkələrinin qarşılıqlı güc nümayişi getdikcə daha təhlükəli xarakter almaqdadır. Təhlilçilərin böyük əksəriyyəti artıq bu qənaətdədir ki, belə vəziyyət sonda tərəflər arasında münaqişənin başlanmasına rəvac vermək iqtidarındadır. Bu isə bütün dünya üçün böyük təhdid yaradır. Avropa Liderliyi Şəbəkəsi analitik mərkəzinin hazırladığı hesabata görə isə, Rusiya və NATO-nun iriqmiqyaslı təlimləri iki tərəfin mümkün münaqişəyə hazırlaşdığını göstərir.
Mərkəzin direktoru İan Kearns bildirib ki, tərəflər təlimlərin müdafiəyönlü olduğunu vurğulasalar da, risq faktoru qalır.
NATO birləşmiş qərargah rəisləri komitəsinin rəhbəri, general Martin Dempsi hesab edir ki, Rusiya NATO-nun öz funksiyalarını yerinə yetirə bilməməsi üçün mühit hazırlamağa çalışır. Onun sözlərinə görə, Rusiya bununla da Avropa üçün risqli situasiya yaratmaq niyyətindədir: "Rusiyanın əsas məqsədi NATO-nu etibarsız quruma çevirməkdir. Burada daha dəhşətli planlar da düşünülə bilər. Avropa artıq risqlərin çox yüksək olduğu dövrü yaşayır". ABŞ ordusu quru qoşunlarının qərargah rəisi, general Reymond Odierno isə vurğulayır ki, Rusiya ABŞ üçün başlıca təhlükələrdəndir: "Düşünürəm ki, Rusiya bir sıra səbəblər üzündən təhlükəlidir. İlk olaraq ona görə ki, o, bizim digər potensial rəqiblərimizdən fərqli olaraq, daha hazırlıqlıdır". General bildirib ki, Rusiyanın Ukraynada həqiqətən mürəkkəb əməliyyatlar keçirmək üçün ciddi imkanları var. Bununla əlaqədar Odierno hesab edir ki, NATO qoşunlarının hərbi potensialını Şərqi Avropada artırmaq lazımdır: "Biz NATO-nun hərbi imkanlar sahəsində istiqamətini dəyişməyə davam etməliyik".
Belə vəziyyətdə NATO, xüsusən də ABŞ intensiv şəkildə Rusiya sərhədlərinə hərbi texnika cəmləşdirməkdədir. Ağ Ev hökuməti Bolqarıstanın Novo Selo hərbi hava bazasında xidmət edən ABŞ-ın Hərbi Dəniz Piyadaları üçün "M1 Abrams" döyüş tankları və digər ağır hərbi texnikalar göndərib. Vaşinqtonda yerləşən "Military Times" hərbi portalı yazır ki, ABŞ hökumətinin Rusiyadan gözlənilən mümkün hərbi hücumların qarşısını almaq məqsədilə Bolqarıstana göndərdiyi hərbi texnika tezliklə Novo Selo bazasına çatdırılacaq. ABŞ-ın Hərbi Dəniz Piyadaları Qüvvələrinin Avropa Korpusunun komandiri Riçard Ulş isə bəyan edib ki, Bolqarıstana göndərilən hərbi texnika arasında 4 ədəd "M1 Abrams" döyüş tankı, 3 ədəd "Howitzer" topu və 6 ədəd zirehli kəşfiyyat maşını var. Onun sözlərinə görə, sözügedən hərbi texnikalar ABŞ-ın Şimali Karolina əyalətindən Almaniyaya, oradan isə qatarla Bolqarıstandakı 160-cı ABŞ Dəniz Piyadalarının yerləşdiyi Novo Selo bazasına çatdırılacaq. Qeyd edək ki, Bolqarıstanın Novo Selo hərbi hava bazası Şərqi Avropada Rusiya sərhədlərinə ən yaxın hərbi obyekt hesab olunur. Polşa və Baltikyanı ölkələr də əlavə hərbi texnika cəmləşdirir.
Eyni zamanda diqqət hədəfindən biri də Gürcüstandır və NATO bu ölkə ilə hərbi əməkdaşlığını intensivləşdirir. Yaxın günlərdə isə NATO-nun baş katibi Yens Stoltenberq Gürcüstana səfər edəcək. Gürcüstanın baş naziri İrakli Qaribaşvili bildirib: "NATO-nun baş katibi bir həftə sonra Gürcüstana səfər edəcək. Biz təlim mərkəzini istifadəyə veririk. NATO baş katibinin səfəri bizim üçün çox əhəmiyyətlidir. Guya təlim bazası açılır deyərək bu mərkəzlə bağlı bir çox spekulyasiyalara yol verilmişdi. Bu bizim hərbçilər üçün nəzərdə tutulmuş təlim-tədris mərkəzidir. Məqsəd hərbçilərimizin NATO standartlarına uyğun olacaq hazırlıq səviyyəsini artırmaqdır". "Rustavi-2" telekanalının məlumatına əsasən, təlim mərkəzinin açılışı Yens Stoltenberqin Gürcüstana səfəri çərçivəsində baş tutacaq. Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Vaxtanq Kapanadze də Tiflis yaxınlığındakı Vaziani hərbi bazasında yaradılacaq NATO-nun Gürcüstanla müştərək təlim mərkəzinin sentyabradək açılacağını bildirib. Bura gələn NATO hərbçilərinin və texnikasının sayının artması isə istisna olunmur. Lakin Rusiya da boş dayanmır. ABŞ ordusunun Xarici Hərbi Tədqiqatlar Agentliyinin 2015-ci ilin avqustu üçün yaydığı hesabatda qeyd olunur ki, Rusiya artıq bir neçə aydır ki, Arktikanın zəngin resursları olan rayonlarında öz hərbi potensialını gücləndirir. Hesabata görə, Moskva artıq müasir və özəl olaraq hazırlanmış raketdən müdafiə sistemlərini Arktikaya yerləşdirir. Yeni gətirilən raketlər 50 dərəcədən aşağı temperaturda hərəkət etmək qabiliyyətinə malikdir: "Rusiya Arktikada "Pantsir-C1" zenit raket komplekslərini Norveçin əsas şəhərlərinə yaxın məsafədə yerləşdirib.
Bundan başqa, Moskvanın eyni raketləri şərq ərazilərində ABŞ və Yaponiyaya yönəlmiş vəziyyətdədir. Rusiya Arktikada 16 sualtı liman, 10 axtarış stansiyası, 10 radiolokasiya stansiyası, 13 aerodrom yaratmaq fikrindədir. Bu ona özünün bu yeni bölgədə hərbi gücünü göstərməyə imkan verir".
Qeyd edək ki, "Pantsir-C1" zenit raket kompleksləri bütün mülki və hərbi obyektləri ən müasir hava hücumu vasitələrindən qorumaq gücünə malikdir. Bu qurğu, həmçinin, yerüstü və sudan gələn raketlərə qarşı da effektli cavab verir.
Nahid SALAYEV
DİGƏR XƏBƏRLƏR
Tarix: 25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır
– Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...
Tarix: 25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...
Tarix: 25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı
- İrəvan hər fürsətdə “vurulur”...
Tarix: 25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır -
ABŞ nə edəcək...
Tarix: 25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...
Tarix: 25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...
Tarix: 25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...
Tarix: 25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...
Tarix: 25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...
Tarix: 25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər
- “Düşmənlər” hərəkətə keçdi...
Tarix: 25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb
- Nazir narahat eyham vurdu...
Tarix: 25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi
VİDEO
Tarix: 17.10.2026 / 17:10
Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 19.11.2026 / 21:35
“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...
Tarix: 19.11.2026 / 20:33
Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...
Tarix: 19.11.2026 / 16:18
Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...
SON XƏBƏRLƏR
25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır
– Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...
25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi
– Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı
25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu
– “O, məndən nə etməyimi istəyir?”
25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...
25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı
- İrəvan hər fürsətdə “vurulur”...
25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır -
ABŞ nə edəcək...
25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...
25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...
25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...
25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...
25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...
25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər
- “Düşmənlər” hərəkətə keçdi...
25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb
- Nazir narahat eyham vurdu...
25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi
25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...
25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb -
qiymətlər əsas rol oynayır...
25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal
– Tonoyana ağır ittiham irəli sürüldü...
25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama
– ondan sonra Belarusu kim idarə edəcək...
25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu
- SİYAHI
25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...
25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin...
- VİDEO
25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu -
şok detallar...
25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər
– pensiyalar artırılır...
25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi
25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı
- VİDEO
25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir...
Kritik görüş...
25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...
25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...
25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan
25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi
25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”
25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi
25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi
25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq
25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib
25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil
– Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...
25.11.2026 / 13:57
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü
25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir?
– Səfirlikdən təcili xəbərdarlıq…
25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...
25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...
25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı
- FƏRMAN
25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini
– Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…
25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə
– “Rosneft”in iki nəhəng zavodu vuruldu…
25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi
– Putini də götür, Kiyevə gəl…
25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...
25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib
- FOTO
25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı
25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...
25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu
25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı
– pullar Özbəkistana qaytarılır...
25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı
25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı
25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi
25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı
– 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...
25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat
– Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...
25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu
25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur
25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı -
sanksiyalardan yayınmanın unikal yolu…
25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı
24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ...
Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...
24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL
– Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...
24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı
– müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...
24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır
- Trampın çağırışı ilə yox, başqa səbəbdən...
24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...
24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...
24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...
24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...
24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq
- Şübhəlidir...
24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?
24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...
24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)
24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj
- Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...
24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir"
- Maka Boçorişvili
24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...
24.11.2026 / 19:21
Rusiya erməni terrorçusuna həsr olunan filmin nümayişinə qadağa qoydu
24.11.2026 / 19:07
"Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir"
- Nazir
24.11.2026 / 19:04
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi
24.11.2026 / 18:57
Yeni Konstitusiya sayəsində Paşinyan müxalifəti siyasi səhnədən birdəfəlik silə bilər...
24.11.2026 / 18:42
Ermənistan Paşinyan konstitusiyasından nə vaxtsa imtina edə bilər (?)...
24.11.2026 / 18:32
Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq...
şirkət direktoru məhkəmə qarşısına çıxarılır...
24.11.2026 / 18:27
Prezident sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb
İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....
Populyar xəbərlər
Tarix: 04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...
Tarix: 16.11.2026 / 14:45
Azərbaycanda pensiya Ermənistandan 2 dəfə, Rusiyadan isə 40 dollar çoxdur
- RƏQƏMLƏR
Tarix: 23.11.2026 / 11:56
Ən çox boşanma bu rayonda qeydə alınıb
– SİYAHI
Tarix: 14.11.2026 / 18:21
Macarıstanda keçmiş nazirə qarşı əməliyyat
- ələ keçirilən pulları 12 nəfər beş aparatla səkkiz saata saydı...
Tarix: 23.11.2026 / 20:37
Ermənistanla müharibədə Azərbaycana dəstək vermiş daha bir dövlətin adı açıqlandı...
XƏBƏR ARXİVİ