Cümə axşamı günü, 26 noyabr 2026
     

Obamanın Konqresə "İran məktubu"nun məzmunu hələ uzun zaman təhlil olunacaq

Image


Müharibə ritorikası yenidən gündəmdə...

ABŞ və İran arasında münasibətlərin Vyanada məlum nüvə razılışmasından sonra düzələcəyi gözlənilsə də, son məlumatlar tərəflərin müharibə variantından da imtina etmədəyini göstərir. Bunu ABŞ prezidenti Barak Obamanın Konqresə göndərdiyi məktub da bir daha təsdiq edib. Prezident açıq şəkildə vurğulayır ki, ABŞ İranın nüvə proqramı ilə bağlı müqavilə təsdiq olunduqdan sonra belə Tehrana iqtisadi təzyiqlərini davam etdirəcək.
Məktubda Obama İrana qarşı hərbi gücdən istifadənin istisna olunmadığını bildirib":İran nüvə silahını əldə etməyə cəhd etsə, o zaman ABŞ-ın əlində hərbi müdaxilə üçün imkan olacaq. Biz İsrailin raketdən müdafiə sisteminə maliyyəni artıracağıq. Bundan başqa, ABŞ İsrail və Fars körfəzi ölkələrindəki müttəfiqləri ilə də əməkdaşlığını İranın Yəməndəki situasiyanı destablizasiya etməsinə imkan verməmək üçün gücləndirəcək".
Beləliklə, ABŞ İrana qarşı mümkün hərbi müdaxiləni istisna etmir. Digər tərəfdən, İranla razılaşmanın Konqresdə təsdiq olunması da getdikcə daha böyük sual altına düşür. Belə bir vaxtda daha bir tanınmış demokrat senator İranla nüvə razılığının əleyhinə səs verəcəyini açıqlamaqla Konqresin bu razılığı qəbul edəcəyini bir qədər də qeyri-müəyyən edib. Nyu-Cersidən olan senator Robert Menendez deyib ki, prezident Barak Obama razılıq İranın nüvə istehsalı proqramını həmişəlik dayandıracaq deməklə səhvə yol verir. Menendez həmçinin bildirib ki, İran rejimi keçmişdə nüvə ambisiyalarından əl çəkəcəyi barədə verdiyi vədlərə əməl etməyib. Nyu-Yorklu senator Çak Şumer də bundan əvvəl nüvə razılığının əleyhinə səs verəcəyini demişdi. Düzdür, Obama Konqres nüvə razılığının əleyhinə səs verdiyi təqdirdə veto qoyacağını deyib. Vetonu qarşılamaq üçün Konqresin kifayət qədər səs toplaya biləcəyi məlum deyil.
İranın ali dini rəhbəri, ayətullah Seyid Əli Xamneyi isə İranın fəaliyyətində müstəqil olduğunu bildirib: "Onlar hesab edirdi ki, bu razılaşma ilə ölkəmiz təsir altına düşmək üçün qapılarını açacaq. Biz qapıları bağladıq, ola bilsin gələcəkdə də açmayaq". Ali dini rəhbər deyib ki, ABŞ-ın İrana iqtisadi, siyasi, yaxud mədəni təsir göstərməsinə imkan verməyəcəklər. Xamneyi hesab edir ki, imzalanmış sənədi İran və ya ABŞ təsdiqləməyə də bilər. O, belə bir ehtimalın olduğunu vurğulayıb. Belə bir vaxtda isə olduqca maraqlı məlumat yayılıb. Beynəlxalq Atom Enerjisi Agentliyindən sızan məlumata görə, İrana nüvə obyektlərində təftişi özünün aparmasına icazə veriləcək. ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi agentliyin bu məlumatına münasibət bildirməyəcəyini deyib. "Associated Press" xəbər agentliyi İran və agentlik arasında gizli sözləşmə olduğunu bildirib. Bildirilir ki, sözləşmə Britaniya, Çin, Fransa, Almaniya, Rusiya və ABŞ-ın İranla əldə etdiyi nüvə razılığına əsasən hazırlanıb. Bu məlumat Konqresdə İranla razılaşmanı bir qədər də əngəlləyəcək.
Daha bir ziddiyyət isə İranın "S-300" tipli zenit-raket kompleksi almasıdır ki, Vaşinqton birmənalı şəkildə buna qarşı çıxır. Rusiyanın "S-300" tipli zenit-raket kompleksinin İrana verilməsi ilə bağlı yeni müqavilədən danışarkən İslam respublikasının müdafiə naziri Hüseyn Dehqan ABŞ-ın narazılığının onlar üçün əhəmiyyətli olmadığını bildirib: "Yeni müqavilə əvvəlki qiymətinə və tədarük şərtlərinə görə fərqlənəcək. Söhbət daha müasir zenit-raket sistemindən gedir". Onun sözlərinə görə, Rusiya ilə müqaviləni imzalamaq üçün İran nümayəndə heyəti Moskvaya səfər edəcək: "Sənədin imzalanması üçün aşa bilməyəcəyimiz maneə yoxdur". Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov da bildirib ki, Moskva və Tehran İrana "S-300"lərin ötürülməsi məsələsini artıq həll ediblər. Onun sözlərinə görə, tərəflər arasında yalnız xırda texniki detalların müzakirəsi qalıb.
Qeyd edək ki, bu il iyulun 14-də nüvə proqramına dair "altılıq" ölkələri olan ABŞ, Almaniya, Britaniya, Fransa, Rusiya və Çinlə İran arasında razılaşma əldə olunub. İran, ABŞ və digər beş dünya qüdrəti arasında əldə edilən razılığa İranın nüvə silahı istehsal edə bilməməsi üçün uran zənginləşdirməsinin azaldılması və vədə əməl edəcəyini yoxlamaq üçün beynəlxalq müfəttişllərin hərbi obyektlərə buraxılması daxildir.
Bunun qarışılığında altı dünya qüdrəti İran iqtisadiyyatını zəiflədən sanksiyaları yüngülləşdirəcək. Amma razılığa əməl edilməsi getdikcə daha çox dalana dirənir.
Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

“Günəş fəallığı” Xəzər suyuna təsir edən sonuncu amıldir - Rusiyadan gələn izaha cavab...

Putin “nüvə çantası”nı özü ilə Çinə niyə aparmışdı...

Ermənilər Qarabağda Amaras udin-alban abidəsinə kor iddialardan əl çəkmirlər...

SON XƏBƏRLƏR

25.11.2026 / 23:19
NATO ilə Rusiya arasında birbaşa toqquşma riski artır – Polşanın təklifi qızğın müzakirələrə səbəb oldu...

25.11.2026 / 22:41
Yaxın Şərqdə yeni müharibə təhlükəsi – Vaşinqton amerikalıları İrandan təcili çıxmağa çağırdı

25.11.2026 / 22:23
Zelenski sülh üçün tarix açıqladı, Trampın reaksiyası gündəm oldu – “O, məndən nə etməyimi istəyir?”

25.11.2026 / 21:58
AB Şaraanı Suriyada Putinə daha bir zərbə vurmağa yönəldir...

25.11.2026 / 21:41
Rusiyada erməni terrorçu barədə filmin yayımı dayandırıldı - İrəvan hər fürsətdə “vurulur”...

25.11.2026 / 21:24
PJAK kürd təşkilatı İran rejimini dəyişməyə çalışır, işə Türkiyə də qarışır - ABŞ nə edəcək...

25.11.2026 / 21:07
Tramp Ukraynaya 60 “Patriot”u vermədi, birgə istehsal razılığına da əməl etmədi...

25.11.2026 / 20:50
TRIPP-ə görə İranla Ermənistan üz-üzə gəlir, Rusiya da İrəvana qəzəblidir...

25.11.2026 / 20:33
Paşinyan parlament müxalifətinə qarşı "B" planına əl atır, bu da nəticə verməsə yeni fikir var...

25.11.2026 / 20:15
İranda qaz qıtlığı ümidləri Azərbaycana yönəltdi...

25.11.2026 / 19:59
Tehran Trampı inanılmaz şərtlərin icrasına məcbur edir...

25.11.2026 / 19:43
Azərbaycan 2027-də ATƏT sədri ola bilər - “Düşmənlər” hərəkətə keçdi...

25.11.2026 / 19:26
Azərbaycan - Gürcüstan sərhəd delimitasiyasında durğunluq yaranıb - Nazir narahat eyham vurdu...

25.11.2026 / 19:21
Xalq artisti Elmira Şabanova vəfat etdi

25.11.2026 / 19:10
Mask Nvidia liderini vurdurdu, Tramp Maskdan qisas aldı...

25.11.2026 / 18:40
Körfəzdən Azərbaycana, Azərbaycandan İrana gedənlər kəskin azalıb - qiymətlər əsas rol oynayır...

25.11.2026 / 18:26
Ermənistanda sabiq müdafiə naziri ilə bağlı yeni qalmaqal – Tonoyana ağır ittiham irəli sürüldü...

25.11.2026 / 18:11
Lukaşenkodan sensasiyalı açıqlama – ondan sonra Belarusu kim idarə edəcək...

25.11.2026 / 17:56
Keçmiş icra başçısının əmlaklarına həbs qoyuldu - SİYAHI

25.11.2026 / 17:43
Zelenski Krım körpüsünü ən kritik yerdən vurdu, Rusiyanın alternativ yolu qalmadı...

25.11.2026 / 17:25
COP31 prezidenti Murat Kurum konfransda işləri korladı, Afrika ölkələrindən üzr istədi, lakin... - VİDEO

25.11.2026 / 17:10
Rusiyanın "Merkuri" gəmisi inanılmaz əməliyyatla vuruldu - şok detallar...

25.11.2026 / 16:57
Milyondan çox pensiyaçının gözlədiyi xəbər – pensiyalar artırılır...

25.11.2026 / 16:43
Ceyhun Bayramov litvalı həmkarı ilə ikitərəfli əlaqələri və regional məsələləri müzakirə etdi

25.11.2026 / 16:37
Sumqayıtda marketdə ahıl qadının pul kisəsi belə oğurlandı - VİDEO

25.11.2026 / 16:29
Paşinyan Putinlə mürəkkəb "dəmiryolu danışıqlarına" gedir... Kritik görüş...

25.11.2026 / 16:02
İran liderlərinə qarşı ABŞ-İsrail cəza terrorunun yeni dalğası müzakirə olunur...

25.11.2026 / 15:46
Azərbaycanın bu şəhəri erməniləri əvvəl “sevindirmişdi”, sonra bellərini qırdı...

25.11.2026 / 15:33
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan

25.11.2026 / 15:05
Prezident İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

25.11.2026 / 14:35
Lukaşenko: “Avropa təhlükəsizliyinin gələcək arxitekturası avropalıların özlərinin iştirakı olmadan müzakirə edilə bilməz və Kreml bunu başa düşür”

25.11.2026 / 14:29
Peskov ABŞ-ın Rusiya ilə danışıqlara yanaşmasındakı dəyişikliyə münasibət bildirməkdən imtina etdi

25.11.2026 / 14:17
Lukaşenko Rusiyanın nüvə silahlarının Belarusdan çıxarılmasına icazə verdi

25.11.2026 / 14:12
Xarici ölkələrə malların ixracı ilə bağlı hesablaşmaların aparılma qaydaları hazırlanacaq

25.11.2026 / 14:10
MSK-nın nümayəndə heyəti beynəlxalq seçki forumunda iştirak edib

25.11.2026 / 14:05
ABŞ generalından dəhşətli xəbərdarlıq... NATO Rusiyanın zərbələrinə hazır deyil – Avropa şəhərləri Ukrayna kimi bombalana bilər...

25.11.2026 / 13:57
Əli Əsədov Gürcüstanın Baş nazirinin müavini ilə görüşdü

25.11.2026 / 13:50
ABŞ Ukraynada böyük təhlükə gözləyir? – Səfirlikdən təcili xəbərdarlıq…

25.11.2026 / 13:33
Zəngəzurda dəmiryolunun çəkiləcəyi dəqiq vaxt deyildi...

25.11.2026 / 13:24
Gələn il 61 dövlətin lideri Bakıya gələ bilər...

25.11.2026 / 13:17
Beynəlxalq Meşə Təlim və Tingçilik Mərkəzi yaradıldı - FƏRMAN

25.11.2026 / 13:10
Əvvəl sabiq nazir, indi sədr müavini – Fond qalmaqalı AK Partidə istefa dalğası yaratdı…

25.11.2026 / 12:55
Ukraynadan Rusiyanın neft sənayesinə növbəti ağır zərbə – “Rosneft”in iki nəhəng zavodu vuruldu…

25.11.2026 / 12:42
Zelenski onu Moskvaya dəvət edən Lukaşenkoya cavab verdi – Putini də götür, Kiyevə gəl…

25.11.2026 / 12:39
Naxçıvanda fəxri adlara görə aylıq təqaüdlə bağlı dəyişiklik...

25.11.2026 / 12:25
Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib - FOTO

25.11.2026 / 12:03
Azərbaycan və Litva Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzaladı

25.11.2026 / 11:49
Hörmüz boğazında minaya düşən iki tanker alov aldı...

25.11.2026 / 11:36
Vasif Talıbovun imzaladığı 47 fərman ləğv olundu

25.11.2026 / 11:27
İslam Kərimovun qızı Gülnarənin 252,5 milyon dollarlıq sərvəti aşkarlandı – pullar Özbəkistana qaytarılır...

25.11.2026 / 11:06
Xətainin heykəlinin lövhəsindəki yazı ilə bağlı ekspert qrupu yaradıldı

25.11.2026 / 10:42
Azərbaycanda qədim yaşayış məskəni tapıldı

25.11.2026 / 10:38
Naxçıvan Qaz İstismar Xidməti ləğv edildi

25.11.2026 / 10:25
“Giləzi-Quşçuluq”da dəhşətli faktlar üzə çıxdı – 400 tondan çox təhlükəli toyuq əti aşkarlandı... Şirkətdə həbslər aparıldı...

25.11.2026 / 09:48
Türkiyədə məşhurlara qarşı genişmiqyaslı əməliyyat – Özcan Deniz və digər tanınmış simalar saxlanıldı...

25.11.2026 / 09:12
Cared Kuşnerin babasının partizanlıq qeydləri Belarusda dərc olundu

25.11.2026 / 09:05
Kəlbəcər Şəhəri Günü qeyd olunur

25.11.2026 / 08:58
Kadırovun oğlu soyadını dəyişib Serbiya vətəndaşlığı aldı - sanksiyalardan yayınmanın unikal yolu…

25.11.2026 / 08:51
Konqres üzvləri Trampı Putinin G20-yə dəvətini ləğv etməyə çağırdı

24.11.2026 / 23:25
Vaşinqtondan ŞOK SSENARİ... Trampın gizli planı üzə çıxdı – İranın rəhbər şəxslərinə sui-qəsd hazırlanır...

24.11.2026 / 22:49
Britaniyanı qarışdıran ŞOK QALMAQAL – Ukraynaya ABŞ-dan alınmış tonlarla saxta partlayıcı göndərildi...

24.11.2026 / 22:23
İrandan dünyaya neft şoku xəbərdarlığı – müharibə başlasa, neft bazarında fəlakət yaşanacaq...

24.11.2026 / 22:05
Dövlətlər BCM-dən çıxır - Trampın çağırışı ilə yox, başqa səbəbdən...

24.11.2026 / 21:49
Paşinyan erməni tarixindən “4 çarlığı” silib atdı...

24.11.2026 / 21:35
Respublikaçı konqresmenlər indidən Trampın üzünə durmağa başlayıblar...

24.11.2026 / 21:21
Ermənistanın yeni Konstitusiya layihəsi məhkəmə sistemində ajiotaj yaratdı...

24.11.2026 / 21:10
Ali Şura Zəngəzur dəhlizini Hörmüzə bənzədib hədələdi...

24.11.2026 / 20:53
Ermənistan Konstitusiyasının müzakirəsi 6 ay uzanacaq - Şübhəlidir...

24.11.2026 / 20:38
TRİPP - bu sayaq açılışı məqbul saymaq olar?

24.11.2026 / 20:25
COP 31-ci addımında Türkiyədə iflasa uğradı...

24.11.2026 / 20:17
Trampın İran uğursuzluğunun səbəbi Demokratlar Partiyasının seçki qələbəsi imiş...(?)

24.11.2026 / 19:54
Bakıdan TRIPP-lə bağlı İrəvan və Vaşinqtona mühüm mesaj - Azərbaycanın mövqeyi nəzərə alınmalıdır...

24.11.2026 / 19:33
"Gürcüstan-Azərbaycan dövlət sərhədinin delimitasiyası üzrə komissiya fəaliyyətini davam etdirir" - Maka Boçorişvili

24.11.2026 / 19:27
COP31 iqlim sammiti 192 ölkəni birləşdirmək əvəzinə parçaladı...

24.11.2026 / 19:21
Rusiya erməni terrorçusuna həsr olunan filmin nümayişinə qadağa qoydu

24.11.2026 / 19:07
"Gürcüstan vasitəsilə Ermənistana neft ixracı regional əməkdaşlığa mühüm töhfə verir" - Nazir

24.11.2026 / 19:04
Azərbaycan və Gürcüstan XİN rəhbərlərinin geniştərkibli görüşü keçirildi

24.11.2026 / 18:57
Yeni Konstitusiya sayəsində Paşinyan müxalifəti siyasi səhnədən birdəfəlik silə bilər...

24.11.2026 / 18:42
Ermənistan Paşinyan konstitusiyasından nə vaxtsa imtina edə bilər (?)...

24.11.2026 / 18:32
Mənzil satışı adı altında 172 nəfərə qarşı dələduzluq... şirkət direktoru məhkəmə qarşısına çıxarılır...

24.11.2026 / 18:27
Prezident sosial media hesablarında Gürcüstanın Baş nazirinin müavinini qəbulu ilə bağlı videoçarx paylaşılıb

İnformasiya texnologiyaları Azərbaycanın inkişafında yeni güclü mənbə kimi özünü daha çox təsdiqləyir....

XƏBƏR ARXİVİ