Fransız inqilabı, İkinci Dünya Müharibəsi və Hitlerin iqtidara gəlişini əsrlər əvvəl bildiyi deyilən kahin Nostradamusun İŞİD-in ortaya çıxmasını da bildiyi iddia edilir.
Baki-xeber.com xəbər verir ki, Nostradamusun kəhanətlərini araşdıran "Nostradamus 2242” saytının tədqiqatçıları kahinin İraq İslam Şam Dövləti (İŞİD) təşkilatının Yaxın Şərqdə ortaya çıxmasını da gördüyünü iddia edir. Araşdırmaçılara görə Nostradamus ən azı dörd şifrəli sətirlə İŞİD-dən bəhs edib.
Bu dördlüklərin birində bu ifadələrə yer verilib: "O alçaq, pis şöhrətilə, tiranlığı ilə Mesopotamiyaya girəcək; bütün dostlar zina edən o qadınla əlaqə quracaq; qorxunc və qapqara görünən torpaq”.
Nostradamusun bu kəhanəti daha əvvəl ABŞ-ın İraq işğalı, terror təşkilatı Əl-Qaidənin lideri Üsamə Bin Laden və İraqın keçmiş lideri Səddam Hüseynlə əlaqələndirilmişdi. İndi isə bu kəhanətin əslində İŞİD-ə dair olduğunu iddia edilir. İŞİD-in "Mesopotamiya” bölgəsində İraqla Suriyada torpaq ələ keçirməsi, bayrağının qara rəngli olması və burada şəriət tiranlığı qurmağı hədəfləməsi dördlükdəki İŞİD proqnozunu gücləndirən izlər kimi dəyərləndirilir.
"Nostradamus 2242” saytının araşdırmaçıları qeyd edir ki, Nostradamusa görə, insanlığın sonunu gətirəcək Üçüncü Dünya Müharibəsinin qığılcımı da İŞİD-lə mübarizədə ortaya çıkacaq.
1503-1566-cı illərdə yaşayan, əsl adı Mişel de Nostradamus olan məşhur kahin, astroloji kitablarında şifrəli şəkildə gələcəkdən bəhs edib. Kahinin kilsənin diqqətini çəkməmək üçün şifrəli yazdığı qeydlərində Fransız inqilabı, İkinci Dünya Müharibəsi, Adolf Hitlerin Almaniyada hakimiyyətə gəlişi və Con F.Kennedi sui-qəsdinə qədər bir çox hadisəni, əsrlərlə əvvəldən xəbər verdiyinə inanılır.