Böyük Britaniyanın "Chatham House” Kral Beynəlxalq Münasibətlər İnstitutunun direktoru Robin Niblet özünü qondarma Dağlıq Qarabağ Respublikasının "prezidenti ” kimi təqdim edən Bako Saakyanın bu il iyulun əvvəlində sözügedən qurumun dəvəti ilə Londona səfər etməsi ilə əlaqədar Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sorğusunu cavablandırıb.
Cəmiyyətdən Trend-ə daxil olan məlumatda deyilir ki, R.Niblet sözügedən məktubda bəyan edib ki, "Chatham House” un qaydalarına əsasən institutun bu kiçik özəl görüşə ev sahibliyi etməsi əsla qondarma "Dağlıq Qarabağ Respublikasının" tanınması və ya dəstəklənməsi demək deyildir. "Chatham House” Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə hörmətlə yanaşır.