şənbə günü, 26 sentyabr 2026
     

AŞPA Paşinyana sərbəstlik verdi -“kilsəni istədiyin kimi əzə bilərsən”...

Image


Qasım Hacıyev: “Hesab edirəm ki, bundan sonra Paşinyanın kilsəyə hücumları daha da şiddətlənəcək”

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndə heyəti İrəvana səfərindən sonra Rusiyanın iyun ayında keçiriləcək parlament seçkilərindən əvvəl Ermənistanda ictimai rəyi formalaşdırmaq və geosiyasi təsirini qorumaq üçün istifadə etdiyi hibrid metodlardan danışıb. Avropa Şurası xəbərdarlıq edib ki, Ermənistanda iyun ayına planlaşdırılan parlament seçkilərinin azadlığı təhlükə altındadır. Seçki kampaniyasına xarici müdaxilə "getdikcə daha mürəkkəb və sistemli" hala gəlir və Ermənistanın siyasi və informasiya mühitinə təsir göstərir. Nümayəndə heyətinin sözlərinə görə, qarşıdan gələn seçkilərə müdaxilə yalnız dezinformasiya ilə məhdudlaşmır və qanunsuz siyasi maliyyələşdirmə, kiberhücumlar, iqtisadi məcburiyyət və seçki prosesini birbaşa manipulyasiya etmək cəhdlərini əhatə edir. AŞPA-nın hesabatında diqqət çəkən məqamlardan biri də orada erməni kilsəsinin anti-Paşinyan mövqeyi ilə bağlıdır. AŞPA həmçinin İrəvan hökumətinin siyasətinə qarşı çıxan və Rusiya ilə yaxınlaşmanı müdafiə edən Erməni Qriqoryan Kilsəsinin "misli görünməmiş müdaxiləsini" qeyd ediblər.

AŞPA açıq şəkildə bəyan edir ki, erməni kilsəsi artıq aşırı dərəcədə şəkildə siyasətə qarışır, müdaxilə edir.

Bu seçki ərəfəsində Paşinyanın kilsəsinin üzərinə daha ciddi hücumları üçün bir əsas ola bilərmi? Paşinyan bundan ruhlanıb kilsəyə qarşı hücumlarını daha da gücləndirə bilərmi və erməni cəmiyyətində bunun effekti olacaqmı?

Tarix elmləri doktoru, professor Qasım Hacıyev baki-xeber.com-a bildirdi ki, erməni kilsəsi bütün dövrlərdə mövcud olduğu regionlarda qarışıqlıq yaradıb, erməni xalqını faciələrə sürükləyib. Q.Hacıyevin sözlərinə görə, erməni kilsəsi zaman-zaman erməniləri öz ətrafında birləşdirsə də, amma onlarda normal dövlətçilik təfəkkürünün formalaşmasına mane olub. “Erməni kilsəsi Nikol Paşinyan hakimiyyətindən əvvəlki hökumətlərin siyasətinə yön verir, onları demək olar ki, müəyyən qədər idarə edirdi. Erməni kilsəsinin əsasən Rusiyanın maraqlarını müdafiə etdiyi məlumdur. Kilsənin siyasətə böyük müdaxiləsinə də o vaxt hakimiyyətdə olan Rusiyapərəstlər şərait yaradırdı. Amma 2018-ci ildə Paşinyan hakimiyyətə gələndən sonra kilsənin hakimiyyətin daxilinə qədər gedib çıxan əl-ayağı yığışdırılmağa başladı və bundan narazı qalan kilsə Paşinyana qarşı məlum addımları atdı. Kilsə ilə baş nazir arasında böyük bir gərginlik narazılıq var. Bu məsələnin bir tərəfi. Digər tərəfdən, iyunda Ermənistanda parlament seçkiləri keçiriləcək və kilsə də bu prosesdə aktiv iştirak etmək, Rusiyanın, onun daxildəki qüvvələrinin mövqeyinə dəstək olmaq istəyir. Amma kilsənin siyasətə, siyasi proseslərə müdaxiləsinin doğuracağı acı nəticəni erməni xalqı görməyə bilməz. Çünki uzun illər kilsə erməni xalqını işğala, separatizmə, revanşizmə səsləyib, dövlət quruculuğuna mane olub.

Ermənistanda keçiriləcək seçki prosesi həm Rusiyanın, həm də Avropanın, Qərbin maraq dairəsindədir və hər biri prosesə yaxından müdaxilə etmək niyyətini gizlətmir.

O ki, qaldı AŞPA-nın hesabatında kilsə ilə bağlı yer alan məsələlərə, bu reallığı əks etdirir. Avropa təşkilatlarının erməni kilsəsinin siyasətə, seçki prosesinə ciddi müdaxiləsindən narahat olması yaxşı haldır. Biz illərlə deyirdik, yazırdıq, amma erməni kilsəsi haqda bir tədbir görülmürdü, onun ziyanlı fəaliyyəti beynəlxalq təşkilatların hesabatlarında qeyd olunmurdu. Bu gün kilsəsinin addımları Avropa İttifaqının, ona üzv ölkələrin də maraqlarına toxunduğu üçün artıq qurum özü kilsəni ifşa edib”.

Q.Hacıyevin sözlərinə görə, son illər bir neçə keşişin həbs olunması, erməni kilsəsinə qarşı açıq hücumlar edilməsi məsələsində Paşinyan elə Avropa təşkilatlarından və dövlətlərindən güc alır. “Kilsənin siyasi proseslərə açıq müdaxiləsini Paşinyan özü bir neçə dəfə bəyan edib, din xadimlərini bu işdən çəkindirməyə çalışıb, amma nəticə olmayıb. AŞPA-nın bu hesabatı erməni kilsəsinə vurulan ağır bir zərbədir, çünki indiyə qədər beynəlxalq qurumlar bu kilsə barədə tənqiddən qaçırdı. İndi isə AŞPA-nın nümayəndələri gəlib hər şeyi gözləri ilə görüblər. Bu baxımdan hesab edirəm ki, bundan sonra Paşinyanın kilsəyə hücumları daha da şiddətlənəcək. Çünki əlində artıq sənəd var və bu sənəd erməni kilsəsinin siyasətdə müdaxiləsi də əks olunub. Paşinyan kilsənin üstünə daha sərt şəkildə gedərsə erməni xalqının mütləq əksəriyyəti ona dəstək verəcək. Kilsənin revanşist addımlarından insanlar da bezib”-deyə Q.Hacıyev qeyd etdi.

Q.Hacıyevin fikrincə, Paşinyan seçkidə qalib gələrsə qarşıda onun erməni kilsəsi ilə daha böyük mübarizəsi gözlənilir və Avropa qurumlarının da, xalqın da ona dəstək verəcəyi ehtimal olunur.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

1500 il alban patriarxlığının iqamətgahı olmuş yerləri ermənilər necə mənimsəyə bilər?!...

Azərbaycan mədən sənayesini yenidən qurur - qızıl, mis, dəmir...

İrəvana gedən azərbaycanlı ekspertlər düşmən hesab edildi.... Fakt...

SON XƏBƏRLƏR

25.09.2026 / 23:11
Türkiyə Səudiyyə-Husi savaşına qoşulacaq? – Ərdoğan “məcbur deyilik” dedi, ancaq…

25.09.2026 / 22:43
Rusiya Azərbaycandan Ermənistana mümkün qaz nəqlinə münasibət bildirdi - çətindir…

25.09.2026 / 22:07
Paşinyan Qaregini katolikosluqdan qovmaq fikrini dəyişmədi...

25.09.2026 / 21:49
Albaniya dövrünün qədim Azərbaycan pulları...

25.09.2026 / 21:32
Avropa Birliyinin rus oliqarxlara sanksiya siyahısı yavaş-yavaş seyrəlir...

25.09.2026 / 21:14
“Şəhid anası”, “Şəhid qızı”, “Şəhid xanımı” yazılmış maşınlar görsəniz...

25.09.2026 / 20:56
Ermənistanın üstündə 2 illik Rusiya-Avropa davası başlayır...

25.09.2026 / 20:40
İlham Əliyev xarici investorlara “gəlin, ancaq sizsiz də edərik” mesajı verdi...

25.09.2026 / 20:23
Pezeşkian 17 iyun sazişinə yenidən qayıtdı, Tramp 3 noyabr seçkidən sonra "yeni saziş "deyir...

25.09.2026 / 20:08
İlham Əliyev Yuri Lujkov haqda “Azərbaycanın dostu” ifadəsini işlətdi...

25.09.2026 / 20:03
XALÇA VƏ SANDIQ: YADDAŞIN İKİ MƏDƏNİ FORMASI

25.09.2026 / 19:51
Milanın əsas hava limanına Berluskoninin adı verildi

25.09.2026 / 19:42
Nyu-Yorkda Azərbaycanın sədrliyi ilə TDT XİN Şurasının qeyri-rəsmi iclası keçirildi - FOTO

25.09.2026 / 19:38
“Əfv sərəncamı humanizm siyasətinin göstəricisidir” - Əhliman Əmiraslanov

25.09.2026 / 19:30
Bir milyon dollarlıq qoyun: ölkədə səs-küy salan yeni cins

25.09.2026 / 19:24
Nazir Vilayət Eyvazov Türkiyənin emniyet genel müdiri ilə görüşüb - FOTO

25.09.2026 / 19:17
Rusiya Ermənistana xəbərdarlıq etdi – rus qazından imtina etsəniz…

25.09.2026 / 19:04
Əhliman Əmiraslanov Milli Məclisdə vətəndaşları qəbul edib

25.09.2026 / 18:50
Zakir Həsənov "Birliyin Gücü - 2026" birgə hərbi təlimini izlədi - FOTO/VİDEO

25.09.2026 / 18:37
Büdcəmizin 8 faizi Qarabağın bərpasına ayrılacaq...

25.09.2026 / 18:22
Prezident İlham Əliyev Tokayevə başsağlığı verdi

25.09.2026 / 18:10
Azərbaycanın ümumi strateji valyuta ehtiyatları 90,8 milyarda çatdı...

25.09.2026 / 17:51
TRİPP Hörmüz boğazının ən güclü alternativinə çevrilə bilər...

25.09.2026 / 17:27
Formula 1 - Corc Rassel sıralama turunu birinci sırada bitirdi

25.09.2026 / 17:22
Ermənistan Azərbaycana görə xarici siyasətini tamam dəyişir...

25.09.2026 / 17:16
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzura yatırdığı investisiyanın həcmi açıqlandı - 6 ildə 25 milyard dollar...

25.09.2026 / 17:05
Tarix və Etnologiya İnstitutunun əməkdaşları Qəbəldə ekspedisiyada olublar...

25.09.2026 / 16:59
Paşinyan Zəngəzurdan qabaq Türkiyə ilə keçidin açılmasına inamını hələ itirməyib...

25.09.2026 / 16:45
Azərbaycan-Ermənistan sərhəd delimitasiyası ilyarımdır dayanıb...

25.09.2026 / 16:30
Erməni həyasızlığının son həddi - QAİ revanşistərin saxta iddialarını alt-üst etdi...

25.09.2026 / 16:12
Naxçıvana yeni təhsil naziri təyin edildi

25.09.2026 / 15:57
Gürcüstan Patriarxlığı da erməni kilsəsinin yolunu tutdu - Azərbaycan XİN-dən sərt açıqlama gəldi...

25.09.2026 / 15:48
Lənkəranda keçmiş məhkum 14 kq narkotiklə tutuldu

25.09.2026 / 15:36
Prezident İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi

25.09.2026 / 15:33
Trampın Körfəz ölkələri ilə anti-İran toplantısına Ərdoğan niyə qatılıb?..

25.09.2026 / 15:32
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçuları təltif edildi - SİYAHI

25.09.2026 / 15:31
Allahverən İsmayılova “general-leytenant” ali hərbi rütbəsi verildi

25.09.2026 / 15:16
Hörmüz boğazı 7 gündən sonra açılacaq - İrandan Vaşinqtona yeni təklif...

25.09.2026 / 15:07
Zaqatalada əməliyyat - iranlıdan aldığı narkotiki satarkən yaxalandı...

25.09.2026 / 14:55
Bakıda Azərbaycan və Tacikistan Baş nazirlərinin görüşü olub

25.09.2026 / 14:46
"Azərbaycan Orta Dəhlizin inkişafında mühüm mövqeyə malikdir" - ABŞ səfirliyinin müvəqqəti işlər vəkili

25.09.2026 / 14:30
İkinci Beynəlxalq İnvestisiya Forumunda ölkəmizin regionlar arasında strateji keçid kimi rolu müzakirə olundu

25.09.2026 / 14:25
Rusiya Kiyevdə Ali Ədliyyə Şurasının binasını vurdu… - FOTO

25.09.2026 / 14:12
Dövlət qulluğuna qəbul elə çətinləşdirildi ki, tək-tək adamlara qismət olacaq...

25.09.2026 / 14:02
Zəngəzurun açılması üçün sürətləndirici mexanizmlər işə salınır...

25.09.2026 / 13:59
Xüsusi şərtlərlə pensiyaya çıxan dövlət qulluqçularının pensiyaları dəyişildi

25.09.2026 / 13:45
Ukraynanın dron zərbələri Rusiyanın daha bir neft zavodunu iflic etdi…

25.09.2026 / 13:42
Suriya-Azərbaycan Birgə Biznes Şurası yaradıldı

25.09.2026 / 13:32
Vaşinqton Ukrayna-ABŞ-Rusiya danışıqlarının BƏƏ-də keçirilməsini təklif etdi…

25.09.2026 / 12:58
Bu şəxslərə dövlət qulluğu vəzifəsini tutmaq qadağan edilir...

25.09.2026 / 12:43
Suraxanıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

25.09.2026 / 12:38
"İnvestisiyalara yanaşmamız yalnız kapital cəlb etməklə məhdudlaşmır" - Prezident İlham Əliyev

25.09.2026 / 12:29
Prezident: "TRIPP Azərbaycanın regional mərkəz rolunu daha da gücləndirəcək"

25.09.2026 / 12:26
"Azərbaycan getdikcə daha çox ölkə üçün etibarlı enerji tərəfdaşıdır" - Prezident

25.09.2026 / 12:21
Mikayıl Cabbarov Azərbaycanın iqtisadi inkişafında rol oynayan əsas amilləri açıqladı

25.09.2026 / 12:19
Prezident “Global Infrastructure Partners” şirkətinin rəhbərini qəbul edib - FOTO

25.09.2026 / 12:05
Prezident İlham Əliyev İrakli Kobaxidzeyə zəng etdi

25.09.2026 / 12:03
Prezident 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət etdi

25.09.2026 / 12:02
Prezident İlham Əliyev “Brookfield Asset Management” şirkətinin baş icraçı direktorunu qəbul edib - FOTO

25.09.2026 / 11:47
Prezident “Neuberger Berman” şirkətinin sədri və baş icraçı direktorunu qəbul edib - FOTO

25.09.2026 / 11:34
“Birliyin Gücü – 2026” təlimində aviasiya vasitələri şərti hədəflərə zərbələr endirdi - FOTO/VİDEO

25.09.2026 / 11:21
Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul etdi - FOTO

25.09.2026 / 11:05
Məhkəmə Trampı jurnalistləri Ağ Evə buraxmağa vadar etdi

25.09.2026 / 10:59
Azərbaycanın Mərkəzi Asiyada hərbi təsir gücü də sürətlə artır

25.09.2026 / 10:38
Xəzərdə itkin düşən daha iki qazax hərbçinin meyiti tapıldı...

25.09.2026 / 10:15
Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir

25.09.2026 / 10:02
Formula 2 - Sprint yarışında zəncirvari qəza baş verib

25.09.2026 / 09:10
Azərbaycan və Ermənistan birbaşa dialoqu davam etdirmək barədə razılığa gəldi - FOTO

25.09.2026 / 07:25
Bu dəfə Netanyahunun “radar”ında Nyu-York meridir - qarşılıqlı ittihamlar baş alıb getdi

25.09.2026 / 07:10
Qazaxıstanda hərbi təlimdə faciə - 12 hərbçi Xəzərdə batdı…

25.09.2026 / 06:52
Çin lideri Trampla görüş öncəsi “şərti şumda kəsdi” - həm də 4 şərti…

24.09.2026 / 23:37
İran qonşu ölkələrdəki hava limanlarını bağlamaqla hədələdi - ABŞ-a qoşulsalar...

24.09.2026 / 23:18
“Üç dövlətin taleyi: İngiltərənin Azərbaycan siyasəti (1918–1920)”

24.09.2026 / 22:14
“Azərbaycandan da qaz alacağıq” - Ermənistan TŞ katibi

24.09.2026 / 21:55
Paşinyan hakimiyyəti ilə diaspor arasında ölüm-dirim savaşı başladı

24.09.2026 / 21:32
BMT-də Tramp-Pezeşkian görüşü baş tutmadı...

24.09.2026 / 21:16
İran səfiri Azərbaycanla Ermənistan arasında “real güc balansı” deyilən ziyanlı narrativ verdi...

24.09.2026 / 20:50
Türk dünyasında hərbi təlimə - hələlik 3 dövlət qatıldı - İlham Əliyev tarixi təşəbbüs qaldırdı...

24.09.2026 / 20:33
Milyarder Əlişir Usmanova görə Zelenski Makronu bağışlamayacaq...

24.09.2026 / 20:31
Nazirlər Kabinetində geniş iclas keçirilib

24.09.2026 / 20:16
Naxçıvanın Qızıldağ massivində sovet dövründəki “erməni qəsdi” açılır... Prezident ipucu verdi...

Azərbaycanın regional və beynəlxalq əməkdaşlığında hərbi tərəfdaşlığın rolu sürətlə artır

XƏBƏR ARXİVİ