Fevralın 26-da Cenevrədə ABŞ və İran nümayəndə heyətlərinin Tehranın nüvə proqramı ilə bağlı danışıqlarının növbəti mərhələsi keçirilib. Tərəflər arasında vasitəçilik edən Omanın xarici işlər naziri növbəti görüşün tarixini də açıqlayıb.
Nazir deyib ki, danışıqların yeni mərhələsi gələn həftə Vyanada "texniki səviyyədə" keçiriləcək.
Cenevrədə son görüşün detalları da ortaya çıxıb. Diplomatik mənbələrə görə, başa çatan danışıqlarda ABŞ-la İran müəyyən nəticələrə gəlməsələr də, ortada konkret məsələlər var. Məsələn İran özünün nüvə sazişi layihəsini hazırlayıb və artıq müzakirəyə təqdim edib. Lyihədə nələrin olduğunu tam şəkildə demək mümkün deyil, ancaq diplomatik mənbələr dörd məsələdə İranın güzəştə getdiyini deyir.
Birincisi, İran uranın zənginləşdirilməsini müvəqqəti olaraq dayandırır.
İkincisi, mövcud nüvə obyektlərini sökməkdən, demontaj etməkdən imtina edir. Üçüncüsü, özünün uran ehtiyatlarını azaldır, minimuma endirir. Yəni zənginləşdirilmiş uranın bir hisəsini hansısa üçüncü ölkələrə verə bilir.
Dördüncüsü, özünə nüvə obyektlərini MAQATE mütəxəssislərinin üzünə açacaq.
Deyilənə görə, İran sözügedən sazişdə bu dörd güzəştə getməyə hazırdır. Bunlar nə dərəcədə real güzəştdir və ABŞ-ı nə qədər təmin edəcək, bunu zaman göstərəcək…
Tahir TAĞIYEV