Bazar günü günü, 11 oktyabr 2026
     

Avropa İttifaqının Ermənistandakı yeni missiyası Azərbaycanın narahatlıqlarını aradan qaldıracaq...(?)

Image


Avropa İttifaqı iyunda keçiriləcək parlament seçkilərində Rusiyanın müdaxiləsinin qarşısını almaq məqsədilə Ermənistana yardım etməyə hazırlaşması bu ölkədə müxalifətin sərt etirazına səbəb olub. Moskva da məsələyə müsbət yanaşmır. İndilikdə müxalifət Avropa İttifaqının Ermənistanda hibrid təhdidlərə qarşı çevik reaksiya qrupu yerləşdirmək niyyətini Ermənistanın daxili siyasi həyatına müdaxilə, hökumət isə bunu təhlükələrə qarşı mübarizəyə dəstək kimi qiymətləndirir.

Qeyd edək ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Brüsselə göndərdiyi məktubda ölkəsinin Avropa İttifaqından belə bir dəstək istədiyini ifadə edib. Bu, Moldovaya verilən dəstəklə analogiya təşkil edir. Ötən il parlament seçkiləri zamanı Aİ Rusiyanın dezinformasiyalarını dərhal aşkar etmək və qarşısını almaqda Moldova hakimiyyətinə kömək edən 20 nəfərlik qrupu Kişinyova göndərmişdi. Həm Kişinyov, həm Brüssel bu layihəni uğurlu hesab edirlər. Aİ eyni dəstəyi Ermənistana verməyə hazırlaşır. Ermənistan parlamentinin Xarici Əlaqələr Komitəsinin üzvü Hasmik Hakobyan bildirib: “Əvvəllər Avropa İttifaqı hətta dezinformasiya və hibrid hücumlara qarşı Ermənistanı dəstəkləmək üçün maliyyə ayırmaq barədə danışırdı. İndi baş verənlər, əsasən mövzunun davamıdır. Avropa İttifaqı Ermənistanda təkcə hakimiyyətdə olduğumuz illərdə deyil, həm də ondan əvvəl müxtəlif dəstək proqramları həyata keçirib. Əgər dəstək hər hansı bir fenomenlə mübarizə aparmaq üçün siyasi müdaxilə kimi qəbul edilirsə, onda bu, əvvəlki dövrə də aid edilməlidir”. Qeyd edək ki, ötən ilin dekabr ayında Brüssel ilk dəfə İrəvana seçkilərdən əvvəl Rusiya dezinformasiyasının qarşısını almağa kömək etmək üçün 12 milyon avro dəstək verməyə hazırlaşdığını açıqladı. Həmin vaxt Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirmişdi ki, Ermənistan parlament seçkilərindən əvvəl onun təmsil etdiyi qurumdan kömək istəyib. O, hətta məsələnin qurumun xarici işlər nazirlərinin görüşündə müzakirə olunduğunu da bildirib: “...Ermənistanda seçkilər olacaq və biz onlara necə kömək edə biləcəyimizi bilməliyik. Ermənilər bizə müraciət edərək, Moldovaya göstərdiyimiz xarici müdaxiləyə qarşı mübarizədə eyni dəstəyi istəyirlər”. “Azatutyun” radiosu bildirir ki, Brüssel İrəvana sürətli reaksiya qrupu göndərməyi planlaşdırır. Parlamentin “Hayastan” fraksiyasından olan deputat Geqam Manukyan bildirib: “Bu, əslində böyük bir rüsvayçılıqdır. Ermənistandakı daxili siyasi vəziyyətə edilən müdaxilədən daha açıq bir nümunə tapa bilmədim”. İrəvanda hansı mütəxəssislərə ehtiyac duyduqları, gəldikləri təqdirdə hansı strukturlarla əməkdaşlıq edəcəkləri və hansı konkret funksiyaları yerinə yetirəcəkləri məlum deyil. Xarici İşlər Nazirliyi sadəcə, qeyd edib ki, Avropa ilə seçki prosesinin düzgün təşkili barəsində müzakirələr aparılır və qərarlar qəbul edilərsə, məlumat verəcəklər. Lakin indiyə qədər rəsmi olaraq heç bir konkret qərar açıqlanmayıb. Brüsseldəki müzakirələrdən əldə edilən diplomatik qeydlərə görə, Ermənistana təklif olunan dəstək açıq şəkildə Rusiyanın sabitliyi pozan fəaliyyətlərini azaltmağa və yumşaltmağa yönəlməlidir.

Bundan əvvəl isə Moskvada parlamentin spikeri Alen Simonyanla görüşündə Rusiya xarici işlər naziri Sergey Lavrov Ermənistana qarşı hibrid hücumlar iddialarını qəribə adlandırmışdı: “Şimaldan Ermənistana qarşı mifik hücumların hazırlanması ilə bağlı vaxtaşırı açıqlamaları eşitmək qəribədir. Ölkənizdə parlament seçkiləri kampaniyası artıq başlayır. Sizi əmin edə bilərəm ki, xaricdən, açıq şəkildə Rusiyaya istinad edən siqnallar eşidiləndə, kiminsə seçkilərə müdaxilə etməyə hazırlaşdığı, İrəvandan Avropa ittifaqına bu müdaxiləyə yol verməmək üçün çağırışlar ediləndə bütün bunlar bizim üçün qəribə görünür. İnanırıq ki, İrəvandakı məsuliyyətli siyasətçilər bu cür addımların açıq-aşkar təxribat məqsədləri ilə atıldığını başa düşürlər”. Rusiya xarici işlər naziri bir daha Moskvanın son zamanlar müntəzəm olaraq səsləndirdiyi iddianı da təkrarlayıb. Qeyd edib ki, İrəvan Avropa İttifaqı ilə münasibətlərini dərinləşdirməklə bunun nəticələrini aydın şəkildə anlamaldır: “Avrasiya İqtisadi Birliyinə üzvlük Aİ ilə əməkdaşlığın, xüsusən də üzvlüyün əsasını təşkil edən prinsiplərlə bir araya sığmır. Seçim sizindir və biz buna tam hörmətlə yanaşacağıq. Lakin biz gözləyirik ki, bu proses zamanı Ermənistan AİB-in tamhüquqlu üzvü olduqdan sonra son on ildə əldə etdiyi nəticələr nəzərə alınacaq. 2015-ci ildə Ermənistanın ÜDM-i 10,5 milyard dollar idisə, bu gün 26 milyard dollardır. Göstərici iki yarım dəfə artıb. Bu, şərhə belə ehtiyac olmayan bir faktdır”. Lakin bütün bu xəbərdarlıqlara baxmayaraq, İrəvan Avropa İttifaqından parlament seçkiləri prosesinə Rusiyanın mümkün müdaxiləsindən və dezinformasiyadan qorunmaqda kömək etməsi üçün ölkəyə çevik hibrid reaksiya qrupunun göndərilməsini xahiş edib. Müxalifətçi millət vəkili Geqam Manukyan iddia edir ki, hibrid müharibə hökumət tərəfindən seçkilərdəki qanun pozuntularını ört-basdır etmək üçün uydurulub. Amma Hasmik Hakobyanın sözlərinə görə, müxalifət bu dəstəyi tənqid etmək əvəzinə minnətdar olmalıdır: “Bu hibrid hücumların bu gün cəmiyyətlər üçün birbaşa fiziki hücumlardan heç də az təhlükəli olmaması təhlükəli fenomenə qarşı birbaşa mübarizədir”. Geqam Manukyan isə qeyd edib: “Hökumət daha da təkəbbürlü olacaq, daha ehtiyatsız qanunlar qəbul edəcək, heç bir beynəlxalq təşkilat tərəfindən qınanmayacağına və ya tənqid olunmayacağına əmin olacaq və qanunsuz fəaliyyətini daha da təkəbbürlü şəkildə davam etdirəcək”. Məsələ ilə bağlı “Azatutyun” radiosuna açıqlama verən bir neçə Aİ diplomatının sözlərinə görə, tərəflər missiyanı mayın 4-də İrəvanda keçiriləcək Aİ-Ermənistan sammitinə qədər başlatmağı hədəfləyirlər. Ona da diqqət çəkilir ki, Aİ üzv dövlətləri iki qərar qəbul etməlidirlər: biri məsələni texniki olaraq təsdiqləmək, digəri isə faktiki olaraq həyata keçirmək. Eyni zamanda Brüsseldəki diplomatik dəhlizlərdə ümid var ki, bu dəfə Azərbaycan Ermənistandakı yeni Aİ missiyasına daha müsbət yanaşa bilər, çünki bu, ABŞ-ın rəhbərlik etdiyi sülh prosesi və Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına dəstək ilə əlaqələndiriləcək. Lakin Azərbaycan üçün əsas məsələ “binokl diplomatiyası” ilə məşğul olan Aİ Monitorinq Missiyasının fəaliyyətinin dayandırlmasıdır. Gözlənilir ki, Ermənistandakı yeni Aİ missiyasının heyət tərkibi kiçik olacaq və əsas komanda bir neçə mütəxəssisdən təşkil ediləcək. Heyətin əksəriyyəti isə sərhəd əraziləri izləyən Aİ missiyasından köçürülmüş və həmin mütəxəssislərə dəstək verəcək işçilər olacaq.

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

09.10.2026 / 13:54
Bayramov, Lavrov və Əraqçi MDB sammitindən əvvəl görüşüblər…

09.10.2026 / 13:53
"Xəzərin nadir ekosisteminin qorunması bütün Xəzəryanı dövlətlərin ortaq vəzifəsidir" - Prezident

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ