Bazar ertəsi günü, 12 oktyabr 2026
     

ABŞ İrana qarşı aylarla müharibə üçün hazırlaşır - 2 təyyarə gəmisi, 15 esmines...

Image


Azad İsazadə: “Bu miqyas artıq regional səviyyədə tammiqyaslı hərbi əməliyyat aparmaq gücü deməkdir və kiçik ölkənin donanmasından qat-qat üstündür”

ABŞ-ın Yaxın Şərqə hərbi qüvvə yerləşdirməsi davam edir. Məlumata görə, USS Gerald R.Ford təyyarədaşıyan gəmisinin daxil olduğu zərbə qrupu Atlantik okeanını keçdikdən sonra bölgəyə istiqamətlənib.

Beləliklə, ABŞ-ın İrana yaxın sularda iki təyyarədaşıyan gəmisi, 15 esminesi və bir neçə nüvə hücum sualtı qayığı olacaq. Bu yerləşdirmə Vaşinqtonun regiondakı hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə artırır.

Rəsmi açıqlamalarda bu addımın məqsədinin bölgədə sabitliyi qorumaq və müttəfiqlərin təhlükəsizliyini təmin etmək olduğu bildirilsə də, hərbi aktivliyin artması ABŞ-İran münasibətlərində gərginliyin yüksəldiyi vaxta təsadüf edir.

Regionda cəmləşən qüvvələr kifayət qədər böyük hərbi qruplaşma təsiri bağışlayır. Son günlər yayılan məlumatlarda ABŞ-ın İranla uzunmüddətli müharibəyə hazırlaşdığı iddia olunur. Yəni Vaşinqtonun ildırımsürətli və qısamüddətli əməliyyata deyil, daha uzunmüddətli qarşıdurma ssenarisinə hesablandığı bildirilir. ABŞ prezidenti Donald Trump da müxtəlif çıxışlarında İranın “asan hədəf” olmadığını vurğulamışdı.

Bu qədər hərbi qüvvə ilə ABŞ-ın İranla nə qədər müddətə müharibə aparmaq imkanına malik olduğunu necə qiymətləndirmək olar?

Hərbi ekspert Azad İsazadə “Bakı-Xəbər” qəzetinə açıqlamasında bildirdi ki, ABŞ regionda hərbi varlığını həddən ziyadə artırmaqdadır, xüsusilə iki təyyarədaşıyan gəminin regiona gətirilməsi diqqəti cəlb edir. Onun sözlərinə görə, iki gəmidə ümumilikdə 120-yə yaxın hərbi uçuş aparatı var – hər bir gəmidə tipik olaraq 65-dən 75-ə qədər təyyarə və helikopter yerləşir, bu da donanmanın lazımi döyüş və dəstək qabiliyyətini təşkil edir: “Amerika Birləşmiş Ştatları son dövrlərdə Yaxın Şərq regionuna adətən ən azı bir strateji və ya çoxməqsədli nüvə sualtı qayığı cəlb edir. Bu, əsasən qanadlı raketlərlə silahlanmış və ya ballistik raket daşıyan nüvə sualtı qayıqları olur.

Qanadlı raket daşıyan nüvə sualtı qayıqları onlarla “Tomahawk” tipli uzaqmənzilli raket buraxa bilir və həm quru, həm də dəniz hədəflərinə qarşı istifadə olunur. Ballistik raket daşıyan strateji sualtı qayıqlar isə minlərlə kilometr mənzilli nüvə başlıqlı raketlərə malik olur və əsasən strateji çəkindirmə məqsədi daşıyır. Onların dəqiq sayı və yerləşməsi adətən rəsmi şəkildə açıqlanmır, lakin döyüş qabiliyyəti regionda ciddi hərbi balans yarada biləcək səviyyədə hesab olunur”.

Ekspertin sözlərinə görə, 15 esmines çox böyük və ciddi dəniz hərbi qüvvəsi sayılır. Müqayisə üçün qeyd edək ki, bir çox ölkələrin ümumi hərbi donanmasında bundan az sayda iri döyüş gəmisi olur: “Məsələn, Amerika Birləşmiş Ştatları Hərbi Dəniz Qüvvələrinin (United States Navy) tərkibində olan müasir "Arleigh Burke-class destroyer" tipli esmineslər güclü hava hücumundan müdafiə sistemi, qanadlı raketlər, zenit-raket kompleksləri və sualtı qayıqlara qarşı silahlarla təchiz edilir. Bir esmines onlarla uzaqmənzilli raket daşıya bilir.

15 esmines birlikdə fəaliyyət göstərdikdə yüzlərlə raket buraxmaq, geniş ərazidə hava hücumundan müdafiə zonası yaratmaq, eyni zamanda dəniz və quru hədəflərinə zərbə endirmək imkanına malik olur. Bu miqyas artıq regional səviyyədə tammiqyaslı hərbi əməliyyat aparmaq gücü deməkdir və kiçik ölkənin donanmasından qat-qat üstündür.

İnandırıcı deyil ki, bu miqyasda hərbi armada müttəfiqlərin müdafiəsi və regionda təhlükəsizliyi təmin etmək üçün toplanır. Belə qruplaşmanı yerləşdirmək çox baha başa gəlir, böyük ehtimalla zərbə endirmək məqsədi ilə regiona toplanır. Bir qruplaşma çoxdan regiondadır. Amma düşünürlər ki, həmin qüvvələr dərhal İranın müdafiə səddini yara bilməyəcək. Ona görə də əlavə qüvvələr cəlb edilir. Yəqin ki, bu müharibə bir neçə günlük hava zərbələrindən ibarət olacaq, quru qoşunları ilə hücum nəzərdə tutulmayıb. İlk növbədə hava hücumundan müdafiə sistemi yarılacaq, hərbi-sənaye və nüvə obyektləri, eləcə də hərbi qüvvələrin qərargahları məhv ediləcək. İstisna edilmir ki, neft və qaz yataqlarına da zərbələr endirilə bilər. Amma bu son qərar ola bilər - İran ABŞ-ın tələblərini yenə də yerinə yetirmək istəməsə, bu addım atıla bilər”.

İsazadə vurğulayır ki, ilk zərbə kimi təxminən 700-ə qədər “Tomahawk” raketi eyni anda İran üzərinə buraxıla bilər: “İkinci buraxılış da bir o qədər gözlənilir ki, bununla İran ərazisində bütün mühüm obyektlər zərərsizləşdirilə bilər. Buna paralel olaraq təyyarələrdən hava-yer raketləri ilə qalan obyektləri vuracaqlar.

Ekspertin fikrincə, mütləq deyil ki, bu zərbə vurulacaq. İran danışıqlar masasına əyləşsə və Vaşinqtonun tələblərini yerinə yetirsə, bu müharibə olmaya da bilər. Tələblər də yalnız elan edilənlər deyil, gizli tələblər də var. Məsələn, mediaya sızan məlumatlara görə, İsrail tələb qoyub ki, ayətullahlar ümumiyyətlə İranda hakimiyyətdən getsinlər, xalqın səsi ilə seçilən prezident hakimiyyətə gəlsin. İsrail bu məlumatı nə təsdiq, nə də təkzib edib. İstisna edilmir ki, ABŞ da bu tələbi dəstəkləsin. Hələlik müharibə mövzusunda İsraillə ABŞ arasında vahid mövqe yoxdur, amma Amerikanın bölgədə cəmləşmiş hərbi kontingenti iki gün ərzində zərbə endirə bilər”.

Akif NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Erməni təcavüzündən hələlik 32 kütləvi məzarlıq qalıb - Xarici dipkorpusun mövqeyi...

Prezident Əliyevin məntiqi - “Belə nankor qonşusu olanlar daim öz hərbi gücünü artırmalıdır...”

1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

SON XƏBƏRLƏR

11.10.2026 / 20:09
Bessent dizel razılaşmasına qarşı çıxan Avropanı ifşa etdi - Rusiyaya Ukraynaya köçürdüklərindən daha çox pul ödəyirlər…

11.10.2026 / 19:20
Tramp Rusiya və Ukraynanın "enerji atəşkəsi" barədə razılığa gəldiyini iddia edir…

11.10.2026 / 17:34
Namus hicabdan, ya qeyri-hicab geyimdən gəlmir…

11.10.2026 / 17:10
Milli QHT Forumu Azərbaycan cəmiyyətini xarici təsirlərə qarşı ayıq-sayıq olmağa çağırdı

11.10.2026 / 15:38
Səlhab Məmmədov:"Bir müəllim kimi, bu qərarı dəstəkləyirəm"

11.10.2026 / 15:04
Orta məktəb müəllimləri "məktəbli forması, ya hicab" mövzusundan danışmağa başladısa…

11.10.2026 / 14:23
Baba Vəziroğu: "Hərtərəfli düşünülmüş və düzgün verilmiş qərardır"

11.10.2026 / 13:24
Makron Fransada nüfuzunu tam itirdi - reytinqi 15 faizə düşdü…

11.10.2026 / 12:55
Gülyanaq Məmmədova:"Şagird şagird kimi geyinməlidir"

11.10.2026 / 12:32
ABŞ qırıcısı İran limanından çıxan ticarət gəmisini Oman körfəzində vurdu…

11.10.2026 / 12:13
Tramp Zelenskinin onu zəif adlandırmasından qəzəbləndi – o artıq getməlidir…

11.10.2026 / 12:08
Beynəlxalq Qızlar Günü münasibətilə tədbir keçirilib

11.10.2026 / 10:51
Estoniya Tramp-Putin razılaşmasına üsyan etdi - Ukraynanın Rusiyanın neft zavodlarını xarabalığa çevirməsinə dəstək verəcəyik…

11.10.2026 / 10:33
ABŞ Konqresi Rusiya neftinin bütün alışlarını qadağan edən qanun layihəsi hazırlayır

11.10.2026 / 09:28
Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial mediadan istifadəsinə qadağa qoyulur…

11.10.2026 / 09:10
Səudiyyəyə qanlı hücum… Ər-Riyad hava limanı bombalandı - 12 ölü, yüzlərlə yaralı var...

10.10.2026 / 21:44
Tramp Putinlə danışdıqdan sonra Zelenski ilə bağlı qəti qərar verdi – o fürsəti əldən verdi, Ukraynanın yeni prezidentə ehtiyacı var…

10.10.2026 / 21:18
Berlin ABŞ-Rusiya dizel razılaşmasını rədd etdi - yeni sanksiyalardan imtina etməyəcəyik...

10.10.2026 / 20:30
Zelenski Trampın Rusiya dizelinə sanksiyaları ləğv etməsini "Putinə ad günü hədiyyəsi" adlandırdı - nəyə nail oldunuz…

10.10.2026 / 20:27
Yazıq uşaqlar... Heç dərk etmirlər ki, nə boyda bəlanın içinə düşüblər... - VİDEO

10.10.2026 / 19:48
Rusiyada bir sıra gürcü şərablarının və pivələrinin satışına qadağan qoyuldu…

10.10.2026 / 19:22
Finlandiya ruslara Avropaya turist vizalarının verilməsinin dayandırılmasına çağırdı...

10.10.2026 / 19:04
Tramp Zelenskinin ABŞ-ın tələblərini qulaqardına vurmasından sonra Rusiya ilə razılığa gəldi - Kiyevə kəşfiyyat dəstəyi də dayandırıla bilər…

10.10.2026 / 18:47
Trampdan İrana yeni mesaj - ya hər şeyi bizə verəcəksiniz, ya da yox olacaqsınız…

10.10.2026 / 17:53
Rusiya Kiyevdə Azərbaycan restoranını vurdu...

10.10.2026 / 17:17
Mollanəsrəddin lətifələrində memarlıq cizgiləri...

10.10.2026 / 16:33
Prezident İlham Əliyev və Ramzan Kadırov birgə nahar ediblər - FOTO

10.10.2026 / 16:04
Prezident İlham Əliyev və Kadırov “Bakı Ağ Şəhər”də olublar - FOTO

10.10.2026 / 15:47
Ramzan Kadırov Bakı-Qroznı təyyarəsinin qəzası ilə əlaqədar bir daha başsağlığı verib

10.10.2026 / 15:44
Prezident İlham Əliyev Ramzan Kadırovu qəbul etdi - FOTO

10.10.2026 / 14:40
Dünya səyyahları Cəbrayılda minaların zərərsizləşdirilməsi prosesini izlədi

10.10.2026 / 14:16
Pensiya kapitalında azalma ilə bağlı RƏSMİ açıqlama...

10.10.2026 / 13:55
Şahbaz Şərif Prezident İlham Əliyevə zəng edib

10.10.2026 / 12:16
Gündəlik kreditlərin gecikdirilməsi ilə bağlı yeni qayda qüvvəyə mindi

10.10.2026 / 11:50
MM deputatları, bir sıra QHT rəhbərləri ABŞ Konqresinin senator və Nümayəndələr Palatasının üzvlərinə müraciət etdi...

10.10.2026 / 11:38
Dünya səyyahları Horadiz-Ağbənd avtomobil və dəmir yolunda görülən işlərlə tanış olub

10.10.2026 / 11:07
Yazıçılar Birliyi üzvlük haqqını ödəməyənlərə növbəti dəfə xəbərdarlıq etdi - məsuliyyətli davransınlar...

10.10.2026 / 10:54
Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edildi - SƏRƏNCAM

10.10.2026 / 10:50
Azərbaycan-Gürcüstan dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının yeni tərkibi təsdiqlənib

10.10.2026 / 10:15
907-ci düzəliş birdəfəlik ləğv olunmalıdır - ABŞ administrasiyasına çağırış edildi...

10.10.2026 / 09:08
"Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi" - ABŞ Prezidenti

10.10.2026 / 08:10
İsrail Suriya-Livan sərhədini bombaladı - terrorçu Hassuna görə

10.10.2026 / 07:52
Tramp Putinlə yüz minlərlə ton dizel barədə sövdələşdi - Ukrayna şokda…

10.10.2026 / 06:38
“Flydubai” canisi təyyarəni sərnişin terminalına çırpmağı planlayıbmış - 11 sentyabr örnəyi…

09.10.2026 / 23:44
Məktəbin yolu nə məscid yoludur, nə də kilsə yoludur... Hicab yalnız məsciddə və məişətdə uyğundur...

09.10.2026 / 23:27
Türkiyə Azərbaycanla münasibətləri hədəf alan paylaşımları dezinformasiya adlandırdı

09.10.2026 / 22:31
Rusiya Ukrayna ilə "enerji atəşkəsi" müqabilində ABŞ-dan sanksiyaların qaldırılmasını istədi…

09.10.2026 / 22:08
Almaniya kansleri Şröderi Putinin ad gününə getdiyinə görə sərt tənqid etdi – bu əxlaqsızlıqdır…

09.10.2026 / 21:42
Gürcüstanda Avropa Parlamentinə qarşı “üsyan” başladı...

09.10.2026 / 21:25
Rubio Avropadan ABŞ-ın təbəəsi olmağı tələb etdi... "əks halda məhvə gedirsiniz"...

09.10.2026 / 21:09
“Ali təhsil qanunu” rektorlarla Təhsil Nazirliyinin əlində əsir-yesir qalıb - Deputat əla dedi...

09.10.2026 / 20:52
Zəngəzur dəhlizində elektrik xəttinin çəkilişi “başladı”...

09.10.2026 / 20:35
Müqaviləsiz işləyənlər pensiyadan məhrum olacaq...

09.10.2026 / 20:26
Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair videoçarx paylaşılıb

09.10.2026 / 20:17
MDB dövlət başçılarının zirvəsində İran prezidenti ilk dəfə...

09.10.2026 / 19:55
Azərbaycanın 3 türk dövləti ilə 100 milyonlarla dollarlıq investisiya fondları...

09.10.2026 / 19:36
Avroparlament özünün korrupsiya ayıbına kor olmur, Azərbaycanı ittiham edir...

09.10.2026 / 19:21
Ermənistan dəmir yoluna görə ABŞ və Rusiya arasında əzilir...

09.10.2026 / 19:14
Əliyev Orta Dəhlizin 20 faiz güclənməsinin səbəblərini Zirvədə belə izah etdi...

09.10.2026 / 18:56
Sənayemizdə geriləmə davam edir...

09.10.2026 / 18:24
Pambıq əkənlərlə emal edənlərin davası qalxıb - Kənd Təsərrüfatı Nazirliyi isə “biz ancaq tövsiyyə veririk” deyir...

09.10.2026 / 18:18
MƏKKƏ SAZİŞİ, TÜRK DÜNYASININ YENİ XƏTTİ VƏ AZƏRBAYCANIN QOVŞAQ DÖVLƏT KONSEPSİYASI

09.10.2026 / 18:07
Türkiyə Rusiya və Ukraynaya Qara dənizdə gəmilərin təhlükəsizliyi üçün iki dəhlizi təklif edir

09.10.2026 / 17:44
Hakan Fidanla Mirzoyan arasında telefon danışığı olub

09.10.2026 / 17:29
Avroparlamentdə 492 deputatı Azərbaycanın üstünə qızışdıran kim(lər)dir?...

09.10.2026 / 17:10
Məktəblərdə geyim formalarına dair monitorinqlər keçiriləcək

09.10.2026 / 16:55
Dünya səyyahları Gəncəsər monastırını ziyarət ediblər

09.10.2026 / 16:46
101 ABŞ qanunvericisi Azərbaycana qarşı erməni lobbiçiliyinin yeni dalğasını başlatdı...

09.10.2026 / 16:33
Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatıb

09.10.2026 / 15:48
Tokioda Azərbaycanla bağlı kitabın təqdimatı və imzalama mərasimi keçirilib

09.10.2026 / 15:43
Tramp Putini “tumarlaya-tumarlaya” qulağının dibində daimi hərbi baza qurdu...

09.10.2026 / 15:30
Pezeşkian "MDB+1" formatının yaradılmasını təklif etdi…

09.10.2026 / 15:17
Xəzərin səviyyəsinin enməsi ilə bağlı beştərəfli Komissiya yaradılır, ilk iclas Azərbaycanda keçiriləcək

09.10.2026 / 15:05
Vüqar Rəhimzadə: Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır

09.10.2026 / 14:33
Azərbaycan tibb elminə həsr olunan ömür-Əməkdar Elm Xadimi, professor Qalib Qarayev…

09.10.2026 / 14:27
Suriyanı da Husilərə və İrana qarşı müharibəyə qoşurlar...

09.10.2026 / 14:22
Prezident İlham Əliyevin Pezeşkianla görüşü keçirilib - FOTO/YENİLƏNDİ

09.10.2026 / 14:19
"Baş verən dəyişikliklərin uzunmüddətli mümkün nəticələrini qiymətləndirmək vacibdir" - Prezident

09.10.2026 / 14:15
Prezident: "Xəzərə dair qərarların yerinə yetirilməsi üzrə daimi əməkdaşlıq və nəzarət mexanizminin yaradılması zəruridir"

09.10.2026 / 14:09
CHP-nin səsi ilə qazandığı bələdiyyə başqanlığını AKP-yə “hədiyyə” etdi...

09.10.2026 / 14:06
"Mövcud tendensiya davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər" Prezidentdən xəbərdarlıq...

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ