2025-ci ilin dekabr ayının ortalarından etibarən Ermənistana Azərbaycan istehsalı olan benzin idxal olunur və bu idxaldan sonra Ermənistan benzin bazarında nələrin baş verdiyini bilmək maraqlı idi. Bunu Ermənistanın baş nazir Paşinyan deyibbildirib.
"Azərbaycandan əsasən premium benzin idxal olunur və bu günə qədər Ermənistanda premium benzinin minimum qiyməti 15 faiz azalıb və əvvəlki 510 dram əvəzinə litri 430 dramdır.
Yeri gəlmişkən, 2 gün əvvəl Azərbaycandan Ermənistana dizel yanacağı da idxal edilib və bu dövrdə bazarda dizel yanacağının minimum qiyməti artıq 2 faiz azalıb”.
Paşinyan adi benzinin qiymətinin də dekabr ayı ilə müqayisədə təxminən 8 faiz azaldığını deyib: “Yəni, əgər dekabrın 11-də adi benzinin minimum qiyməti 500 dram idisə, indi 460 dramdır. Bütün bunlar sülh gündəliyinin və sülhün, sülhün faydalarının nəticələridir".
TAHİR