Natiq Cəfərli: “Yerli icra hakimiyyətləri institutları ləğv oluna, əvəzində…”
Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsi zamanı bir sıra maraqlı məsələlərə toxunub.
Prezident bildirib ki, Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli bir gün ölkənin müxtəlif yerlərinə, bəlkə də bütövlükdə ölkəyə tətbiq oluna bilər: “Çünki bu da operativ, çevik və daha az məmurun iştirakını tələb edən üsuli-idarə metodudur”.
Ekspertlər hesab edir ki, Prezident İlham Əliyevin bu fikri bu il müəyyən struktur islahatları ilə bağlı qərarların veriləcəyini göstərir.
Iqtisadçı Natiq Cəfərli baki-xeber.com-a bildirdi ki, Prezident İlham Əliyevin məlum çıxışından belə aydın olur ki, yaxın gələcəkdə struktur islahatları ilə bağlı müəyyən qərarlar qəbul oluna bilər: “Yerli icra hakimiyyətləri institutları ləğv oluna, əvəzində Prezidentin şəxsi nümayəndəlik institutunun səlahiyyətləri daha da genişləndirilə bilər. Məlumdur ki, iqtisadi-sosial məsələlərin bir qismi idarəetmə ilə bağlı olan problemlərlə bağlıdır”.
Günel CƏLİLOVA