Kremlin sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putin Sovet İttifaqını bərpa etməyə çalışmır, çünki bu, geosiyasi cəhətdən mümkün deyil.
NATO ölkələrinin hərbiləşdirilməsini Rusiya Prezidentinin guya SSRİ-ni dirçəltmək niyyəti ilə əlaqələndirən Almaniya kansleri Fridrix Mertsin açıqlamalarını şərh edən Peskov qeyd edib ki, bu cür iddialar həqiqətə uyğun deyil və Vladimir Putin Sovet İttifaqının bərpasının mümkün olmadığını dəfələrlə bildirib. Mətbuat katibinin sözlərinə görə, bu cür açıqlamalar Rusiyanın MDB və inteqrasiya birliklərindəki tərəfdaşlarına və müttəfiqlərinə qarşı hörmətsizlik nümayiş etdirir.
Kreml sözçüsü, həmçinin Mertsin Rusiyanın NATO-ya hücum hazırladığı tezislərini təkzib edərək, bu cür ittihamların əsassız olduğunu vurğulayıb.
ZÜMRÜD