Şimali Kipr Türk Cümhuriyyətində (ŞKTC) prezident seçkilərində səsvermə başa çatıb. Qeyri-rəsmi nəticələrə görə, Tufan Erhürman ölkənin yeni prezidenti olub.
ŞKTC prezidentinin seçilməsi üçün 9-cu dəfə keçirilən seçkidə vətəndaşlar ölkə üzrə 777 seçki məntəqəsində səs veriblər.
ŞKTC Yüksək Seçki Şurasının (YSK) sədri Bertan Özerdağın açıqladığı nəticələrə görə, 777 seçki məntəqəsindən 735-i açılıb, CTP sədri Tufan Erhürman 62,80 faiz, prezident Ersin Tatar isə 35,77 faiz səs toplayıb.
ŞKTC Ali Seçki Şurası, qeyri-rəsmi nəticələrə görə, Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Erhürmanın prezident seçkilərində qalib gəldiyini açıqlayıb.
Qeyri-rəsmi nəticələrə görə ŞKTC-də prezident seçkilərində qalib gələn Erhürman, "Xarici siyasət, əlbəttə ki, Türkiyə ilə yaxından məsləhətləşərək aparılacaq, buna heç kimin şübhəsi olmasın" deyib.
TAHİR