Cümə günü, 27 noyabr 2026
     

Vahid Ələkbərov Qərb-Rusiya gərginliyinin qurbanına çevrilməkdədir

Image


Həmyerlimiz Vahid Ələkbərovun rəhbəri olduğu "LUKoil" şirkətinin Qərb ölkələrində fəaliyyəti heç də müsbət istiqamətdə getmir. 
Rusiya - Qərb münasibətlərinin kəskinləşməsi fonunda şirkətin Avropada müxtəlif problemlərlə üzləşməsi aydın müşahidə olunur. Son bir il ərzində isə "LUKoil" Rumıniyada ciddi problemlər yaşamaqdadır.
Xatırladaq ki, bir neçə ay əvvəl Rumıniyanın güc və gömrük qurumlarının nümayəndələri "LUKoil" şirkətinin ölkədəki ofislərinə baxış keçirib. Səbəb isə çirkli pulların yuyulmasına dair daxil olan informasiyalar olub. Şirkətin Rumıniya üzrə aktivlərinin cəmləşdiyi Ployeşti şəhərinin prokurorunun verdiyi məlumata əsasən, söhbət 290 milyon dollar məbləğində qanunsuz əməliyyatlardan gedir. İstintaqın ilk vaxtlarında şübhəlilərin vurduğu zərər bu həcmdə qiymətləndirilsə də, indi prokurorluqda ehtimal edirlər ki, dəyən zərər milyardlarla ölçülür. Prokurorluq hazırda yeni şübhəli halların ortaya çıxdığını bəyan edib. Şübhəlilər arasında "Petrotel Lukoil S.A" şirkətinin başçısı və daha 5 əməkdaşı da var.
Bundan əvvəl isə, səhmlərinin 97 faizi "LUKoil"a məxsus olan "Petrotel" zavodu da daxil olmaqla, ümumilikdə 23 reyd keçirilib. Bunlar fonunda şirkət həm də siyasi çəkişmə predmetinə çevrilmişdi. Bütün bunlardan sonra bəlli olmuşdu ki, "LUKoil" Rumıniyadakı neft emalı zavodunu bağlamaq niyyətindədir. Lakin şirkətin vitse-prezidenti Vladimir Nekrasov Rumıniyanın hökumət rəhbərliyi ilə danışıqlardan sonra məsələnin yoluna qoyulduğunu bildirdi. Lakin bu günlərdə bəlli olub ki, Rumıniyanın Ployeşti şəhərinin apelyasiya palatası "Lukoil Europe Holdings Bvatrium Olanda" şirkətinin əmlakına həbs qoyub. Prokurorluğun iddiası ilə gerçəkləşdirilən həbs 2 milyard avroluq əmlaka şamil edilib. Həmçinin "LUKoil" şirkətinin hesabları da dondurulub.
Məhkəmənin mətbuat xidmətindən bildiriblər ki, bu addım çirkli pulların yuyulması və vergidən yayınma işi üzrə istintaq çərçivəsində gerçəkləşdirilir. Baş verənlərə münasibət bildirən "LUKoil" çirkli pulların yuyulması, vergidən yayınmaqla bağlı "Petrotel-Lukoil" şirkəti və onun əməkdaşlarına qarşı irəli sürülən ittihamları qətiyyətlə rədd edir". Şirkət Rumıniyanın Ployeşti şəhər Prokurorluğunun "LUKoil"un törəmə "Petrotel-Lukoil" müəssisəsinə qarşı irəli sürdüyü çirkli pulların yuyulması və vergidən yayınma ittihamının obyektiv araşdırılacağına ümid etdiyini bildirib. O da vurğulanır ki, "LUKoil" şirkəti hazırda Rumıniyanın Ployeşti şəhərində fəaliyyətini davam etdirir və hələ əmlakına həbs qoyulmayıb. Lakin istənilən halda, "LUKoil"un Avropada sıxışdırılması aydın müşahidə olunur.
Xatırladaq ki, şirkət Qərbdən kredit cəlbində müəyyən problemlər yaşayır. Eyni zamanda, "LUKoil"un Ukraynada fəaliyyətini dayandırması da ona müəyyən maliyyə problemləri yaradıb. Belə vəziyyətdə proseslər göstərir ki, şirkətin fəaliyyət göstərmək istədiyi yeni məkanlar sırasında Xəzər dənizi xüsusi yer tutur. "LUKoil" bu sahədə hazırda Azərbaycan və Qazaxıstanla sıx əməkdaşlıq edir. Eyni zamanda, dənizin şimalında müəyyən işlər görür. Lakin üzləşdiyi maliyyə çətinlikləri əlavə problemlərə yol açır. Bu vəziyyət "Şahdəniz" yatağında "LUKoil"un fəaliyyətini ləngidə bilər. Qeyd edək ki, "LUKoil" "Şahdəniz"də 10 faizlik paya malikdir. Bu yataqdan çıxarılacaq qaz 5 ildən sonra TANAP və TAP boru kəmərləri ilə Avropaya nəql olunmalıdır. Yeri gəlmişkən onu da bildirək ki, şirkət bu payını maliyyələşdirmək üçün Avropa Yenidənqurma və İnkişaf Bankından 1 milyard dollar borc istəyib. Vahid Ələkbərova bu borc yataqdakı hasilat işlərinin ikinci fazası üçün lazımdır. Bankın kredit müraciətinə baxmağı uzatmasından sonra şirkət həmin vəsaiti başqa mənbələrdən axtarır. İndiyə kimi vəsaitin tapılmaması fonunda şirkət Xəzərdə digər layihələrinin müəyyən qismini təxirə salmalı olub. Xatırladaq ki, "LUKoil" Qərbin Rusiyaya qarşı bəzi sanksiyalarının təsiri altına düşür. Onun beynəlxalq reytinqi sıfır səviyyəsinə endirilib.
Bu reytinqlə Qərb maliyyə qurumlarından vəsait cəlb etmək praktiki olaraq mümkün deyil. Xatırladaq ki, "Moodys" beynəlxalq reytinq agentliyi Rusiyanın 14 şirkətinin, o cümlədən "LUKoil"un reytinqini "Ba1" səviyyəsinə endirib. "Ba1" səviyyəsi sıfır həddində olan reytinq sayılır. Bu səbəbdən yaxın perspektivdə şirkətin maliyyə çətinliklərinin öhdəsindən gələ biləcəyi inandırıcı görünmür.
Tahir TAĞIYEV
 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük...

26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ