Rusiya prezidenti Vladimir Putinin Ukrayna prezidenti Petro Poroşenko ilə Donbasdan çəkilmə və Krımın Rusiya torpağı kimi qəbul edilməsi qarşılığında Ukraynanın borcundan 100 milyard dollar silinəcəyilə bağlı razılaşdığı iddia edilir.
Baki-xeber.com xəbər verir ki, bu barədə "Moscow Times” qəzeti yazır. İddiaya görə, Moskva adı açıqlanmayan böyük dövlət neft şirkəti rəhbərinin də yer aldığı ticarət kanalları vasitəsilə Ukrayna prezidenti Petro Poroşenkonun Rusiya əsgərlərinin Donbasdan çəkilməsi və Rusiyanın Krım üzərində suverenliyinin Kiyev tərəfindən qəbul edilməsi qarşılığında Ukraynanın borcundan 100 milyard dollar silinməsi, təbii qaz qiymətində endirim və digər ticarət məsələlərində böyük anlaşma mövzusunda nəbzini yoxlayır.
O da bildirilir ki, Rusiya Krımda ATƏT-in nəzarəti altında ikinci referendum keçirilməsi imkanını araşdırır.
Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının sədri Aleksandr Turçinov isə Ukraynanın gələcəkdə Krımı Rusiyanın bir parçası kimi qəbul etmə imkanını qətiliklə rədd edir: "Biz öz torpaqlarımızı satmırıq. Buna görə həm Krımı geri alacağıq, həm də məhkəmə yolu 100 milyard dolları təzminat tələb edəcəyik".