Sənəddə Qonşuluq siyasətinin inkişafına başlıca maneə törədən həlli uzadılmış münaqişələrin (həm Şərq, həm də Cənub istiqamətində) həllində Aİ-nin daha fəal rol oynamalı olduğu qeyd olunur. Qətnamədə Avropa Qonşuluq Siyasəti ölkələri ilə münasibətlərdə dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə dəstək verilməsinin başlıca prinsip olduğu xüsusilə vurğulanır və bu xüsusda bir dövlət tərəfindən digərinin ərazisinin işğalının yolverilməz olduğu bəyan edilir. Qətnamənin sonunda bir daha tərəfdaş ölkələrin suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqilliyinə dəstək ifadə olunur, eləcə də Avropa Qonşuluq Siyasətinin bu prinsiplərə töhfə verməklə yanaşı, onların dəstəklənməsinin vacibliyi vurğulanır.