Cümə günü, 27 noyabr 2026
     

Böyük Britaniyaya layiqli cavab...

Image


"Azərbaycan və Ermənistan jurnalistləri arasında informasiya mübadiləsini təşkil etmək kimi "incə” maraqlar güdən Britanıyanın Sülh və Müharibənin İşıqlandırılması İnstitutunun həyata keçirdiyimiz layihəyə verdiyi reaksiyada təəccüblü heç nə yoxdur. Bu layihənin hədəfləri sözügedən institutun məqsəd və məramına ziddir. Biz bilirdik ki, gördüyümüz işin səsi çox-çox uzaqlara gedib çıxacaq və çıxdı da. Bu həm də hədəfə çatdığımıza işarədir”.

Bunu Jurnalist Ekspert Mərkəzinin (JEM) İdarə Heyətinin sədri Nicat Dağlar QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən "Diqqət, düşmən mətbuatıdır!” layihəsinin Sülh və Müharibənin İşıqlandırılması İnstitutu (SMİİ) tərəfindən "ifadə azadlığına qarşı fəaliyyət” kimi qiymətləndirilməsinə münasibət bildirərkən deyib.

O, qeyd edib ki, SMİİ öz işini əsasən münaqişələrin olduğu ölkələrdə qurur və bu ölkələrin jurnalistlərindən ibarət böyük bir şəbəkə şəklində fəaliyyət göstərir: "Layihəmizə belə bir rekasiya veriləcəyini gözləyirdik. Çünki gördüyümüz iş bu kimi institutların elan etdiyi prinsiplərə cavab vermir. Bunlar istəyirlər ki, hərbi sahəyə aid informasiyalar da açıq olsun və şəbəkə üzvləri bu informasiyaları rahat şəkildə ümumi bazaya ötürə bilsinlər. SMİİ-nin Ermənistanda da nümayəndəliyi var. Bu ölkənin jurnalistləri Cənubi Qafqaz Şəbəkəsinin işində fəal şəkildə iştirak edirlər. Bu institutun təmsilçiləri dəfələrlə Dağlıq Qarabağa səfər edib və oradakı separatçı rejimin rəhbərliyi ilə müxtəlif görüşlər keçiriblər. Hətta SMİİ-nin təcrübəsində Dağlıq Qarabağdakı erməni jurnalistlərin ayrıca ölkə təmsilçiləri kimi treninq və seminarara dəvət olunması kimi faktlar da var. Biz bu institutun fəaliyyətini diqqətlə izləyirik və ölkəmizə qarşı münasibətindən də xəbərsiz deyilik. Qayane Mkrtçyanın, Armen Karapetyanın Ermənistan haqqında yazdıqlarını da oxuyuruq, Nurgül Novruzovanın, Əfqan Muxtarlının Azərbaycan haqqında yazdıqlarını da. Ara Arutunyanın Dağlıq Qarabağdakı separatçı rejimin keçirdiyi qondarma parlament seçkisi barədə yazdıqlarını, "Qarabağ müxalifəti parlamentdə yer aldı” kimi başlıqlarını da nəzərdən qaçırmamışıq”.

N.Dağlar qeyd edib ki, həyata keçirdikləri "Diqqət, düşmən mətbuatıdır” layihəsinin əsas məqsədi ölkə mətbuatında dövlət və hərbi sirr təşkil edən, milli təhlükəsizliyə xələl yetirən, təxribat xarakterli informasiyaların yayılmasının qarşısını almaqdır: "SMİİ isə deyir ki, yox, bu ifadə azadlığına qarşı yənəlmiş fəaliyyətdir. Bunların istədiyi odur ki, müharibə şəraitində olan, torpaqları işğal olunmuş ölkədə hərbi sahəyə aid informasiyalar da əlçatan olsun və SMİİ-nin "hərtərəfli işıqlandırma” prinsiplərinə xələl yetirilməsin. Bizə maraqlıdır, bu adamların Böyük Britaniyanın qanunvericiliyindən xəbərləri varmı? Bilirlərmi ki, Britaniyada dövlət sirri necə mühafizə olunur və onun yayılmasına görə hansı sərt cəzalar nəzərdə tutulur? Xəbərləri yoxdursa, onda heç olmasa 1990-cı ildə qüvvəyə minmiş Böyük Britaniyanın Dövlət Sirri Haqqında Qanununu açıb 1-ci, 2-ci, 5-ci və 6-cı bölmələrini diqqətlə oxusunlar. Görəcəklər ki, bizim mətbuata çıxarlmasına qarşı olduğumuz informasiyalar onların təmsil etdikləri dövlətdə daha sərt qanunlarla qorunur. Biz deyirik ki, müharibə şəraitində olan ölkədə Ordu ilə bağlı mənşəyi bəlli olmayan informasiyalar yaymaq olmaz. Biz deyirik ki, müharibə şəraitində olan ölkədə hərbi əməliyyatlarla bağlı məlumatlar əsasən rəsmi mənbəyə söykənməli və torpaqlarımızı işğal etdiyinə görə düşmən tərəf hesab olunan Ermənistanın media qurumlarının yaydığı təxribat xarakterli informasiyalara istinad olunmamalıdır. Bunlar deyir yox, bu, ifadə azadlığına qəsddir. Dövlər sirrinin yayımasına görə 14-15 il müddətinə azadlıqdan məhrumetmə cəzası tətbiq edən bir dövləti – Böyük Britaniyanı təmsil edən institut məsələyə belə primitiv formada yanaşırsa, biz buna ancaq gülə bilərik. Həyata keçirdiyimiz layihə ilə bağlı hazırlanmış material qeyri-ciddiliyin çılpaq formalarından biridir. Onu hazırlayan jurnalist gördüyümüz işin yalnız bir elementini götürüb layihənin mahiyyətini qoyduğu sualdaca təhrif edirsə və layihənin mövzusu kontekstdən çıxarılaraq təqdim olunursa, bu artıq SMİİ-nin özünün "peşəkar jurnalistikanın imkanlarından yararlanmaq” kimi prinsipinin pozulması deməkdir. Bu tip materialları Azərbaycanda hələ 1997-1998-ci illərdə redaktorlar cırıb atırdılar. Sual düzgün qoyulmayıbsa, müsahiblər ancaq öz siyasi maraqlarından çıxış edirlərsə və layihəni icra edən təşkilatın, yəni JEM nümayəndələrinin mövqeyi yoxdursa, həmin materialı dərc edib belə gülünc vəziyyətə düşməkdənsə, onu ən yaxşı halda yenidən işlənilməsi üçün junalistin özünə qaytarmaq lazım idi”.

N.Dağlar sonda qeyd edib ki, aparılan monitorinqin nəticələrinə görə, sözügedən instituta, onun yaratdığı Cənubi Qafqaz Şəbəkəsinə lazım olan informasiyaların Azərbaycan mətbuatında yayılması halları nəzərəçarpacaq dərəcədə azalıb: "Onların əndişəsi də elə buradan qaynaqlanır. Azərbaycan jurnalistləri indi Ermənistan mətbuatının yazdılqarına yox, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatlara üstünlük verir. Bu, uzun müddətdir müxtəlif səviyyələrdə aparılan işin nəticəsidir. Bu nəticənin əldə olunmasında bizim də zərrə qədər əməyimiz olubsa, buna görə ancaq sevinə bilərik. Müharibə şəraitində olan ölkənin mətbuatı hansısa institutların deyil, dövlət maraqlarının keşiyində dayanmalı, hərbi sirr təşkil edən informasiyaların işğalçı ökə jurnalistlərinə ötürülməsinə imkan yaratmamalıdır. İnanırıq ki, Böyük Britaniyanın Sülh və Müharibələrin İşıqlandırılması İnstitutu axtardığı informasiyaları bundan sonra da Azərbaycan mətbuatında tapa bilməyəcək. Belə bir layihəni maliyyələşdirdiyinə görə QHT Şurasına və bu layihəyə dəstək vermiş Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürümüzü bildiririk”.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük...

26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ