Cümə günü, 27 noyabr 2026
     

Millət vəkilindən Avropa Parlamentinə etiraz…

Image


Azərbaycanın Avronest PA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin üzvü Elxan Süleymanov Avropa Parlamentinin Prezidenti Martin Şultsa, İnkişaf Komitəsinin sədri Linda MakAvana, Xarici Əlaqələr Komitəsinin sədri Elmar Broka məktub ünvanlayıb. Trend-in məlumatına görə, millət vəkili məktubunda qeyd edib ki, Avropa Parlamentində Demokratiyaya Dəstək və Seçki Koordinasiyası Qrupunun Avropa Parlamentinin Prezidentinə verdiyi tövsiyə barədə məktub nümayəndə heyətimizin diqqətinə çatdırılıb.

Məktubda bildirilir ki, Prezident Şultsa 2015-ci ilin noyabrında Azərbaycana hər hansı seçki müşahidə missiyası göndərməmək məsləhəti verilir və ölkəmiz haqqında olduqca mənfi qeydlər edilir: "Bu məktub Avropa Parlamentində ölkəmizə qarşı görünməmiş kampaniyanın nəticəsidir. Konfranslar və seminarlar, tədbirlər və müzakirələr, yüzlərlə məktub böhtanla dolu ittihamlar və sübut olunmamış iddialarla Azərbaycanın imicinə tamamilə xələl gətirmək məqsədi daşıyır. Bakıda I Avropa Oyunları Avropanın idman və müsbət əməkdaşlıq tədbiri olduğundan, görünür, bəzi AP deputatları onun imicinə kölgə salmağa çalışırdı. Biz şadıq ki, onlar buna müvəffəq olmadı və atletlərin nailiyyətləri qitə boyu qeyd edilə bildi. Lakin Parlamentiniz son həddə çatıb. Biz yalnız o nəticəyə gələ bilərik ki, siz tərəflərimiz arasındakı bütün müsbət əlaqələri məhv etmək üçün fəal cəhd göstərirsiniz və buna nail olmaq üzrəsiniz. Azərbaycanın beynəlxalq imicini məhv etmək istəyirsiniz və yeganə səbəb odur ki, sizi idarə etməyə və e-poçt ünvanınıza gələn bütün yalanlara inanmağa imkan verirsiniz. Əgər demokratiya, şəffaflıq və müsbət əlaqələr sizə həqiqətən maraqlıdırsa, xahiş edirəm suallarıma cavab verin. Sizi əmin edirəm ki, cavablarınızın, eyni zamanda bu məktubun ictimaiyyətə yayılmasını təmin edəcəyik”.

E.Süleymanov xahiş edib ki, nə üçün Seçki Qrupu Azərbaycana dair vəziyyət barədə məlumatlı olduğunu iddia etsə də, noyabr ayında ölkəmizdə prezident seçkilərinin deyil, qanunverici seçkilərin keçiriləcəyini qeyd etməsi faktına şərh verilsin: "Siz o qədər qəzəb, nifrət və laqeydliklə ölkəyə yanaşırsınız ki, hətta 2015-ci ilin 1 noyabrında keçirilən parlament seçkilərinin olmasını unutmuş və Azərbaycanda "1 noyabr 2015-ci ildə prezident seçkilərinə” müşahidə missiyasının göndərilməməsini qeyd etmisiniz. Bu, təsadüfi və texniki hesab etdiyiniz səhvlə Azərbaycanda da Ukraynada olduğu kimi iğtişaşlara start vermək və 2018-ci ildə Azərbaycanda hakimiyyətin zorakılıq yolu ilə dəyişdirilməsi barədə son niyyətinizi və hədəfinizi indidən ictimaiyyətə elan etmirsinizmi?!

Avropa Parlamentinin 2013-cü il seçkilərində Azərbaycana gəlmiş missiyası seçkiləri azad və ədalətli hesab etmişdi. Bəs nə üçün ölkəmizdə demokratik seçki keçirilməsi üçün şərait olmadığını iddia edirsiniz? Aydındır ki, göndərdiyiniz üzvlər komandasının gəldiyi nəticəyə etinasız yanaşırsınız. Siz həqiqətən şəxsi mövqeyiniz əsasında hökm çıxarırsınız? İstifadə edə biləcəyiniz hər bir müsbət dəlilə məhəl qoymamağa üstünlük verirsiniz!

Həqiqətən də həm AP missiyası, həm də ATƏT PA və AŞPA komandalarının 2013-cü il hesabatı müsbət idi. Onlar seçkiləri ədalətli və demokratik standartlara cavab verdiyini bildirmişdilər. Bəs siz dəlilinizə əsas gətirmədən, necə belə mənfi bəyanatlar verə bilərsiniz? Nə üçün qurumunuzun müsbət qiymətləndirdiyi keçmiş hadisələr barədə saxta ittihamlara əsaslanaraq, hələ baş verməmiş bir hadisə barədə artıq nəticə çıxarırsınız?!

Onda Avropa Parlamentində Azərbaycana qarşı qərəz olduğunu düşünməliyikmi? Aİ ilə Azərbaycanı müxtəlif istiqamətlərə yönəltmək üçün belə çox səy göstərən qüvvələrin qalib gəldiyi ilə barışmalıyıqmı? Maraqlıdır, bundan kim yararlana bilər?”

Keçmişdəki bu məsələlərə baxmayaraq, Avronest vasitəsilə AP ilə əməkdaşlığı davam etdirməyə cəhd göstərildiyini deyən millət vəkili Azərbaycan tərəfinin mövqeyinə, məktublarına və tələblərinə etinasız yanaşılmasına baxmayaraq, bu hücumlarla mübarizənin yollarını tapmağa çalışacağını qeyd edib: "Partiyasından və siyasi qruplardan asılı olmayaraq, noyabrda keçiriləcək demokratik və ədalətli seçkilərdən sonra deputatlarımızın hələ də Avronest ilə əməkdaşlıq etmək istəyəcəyinə əminik. Bəs siz?

Prezidentlər, Avropa İttifaqının nümayəndələri, siz xoş niyyətinizi və təsirinizi artıq Ukraynada demək olar ki, itirmisiniz! Siz Moldovanı antiavropa partiyalarına uduzmaq üzrəsiniz. Gürcüstan da özünü kənar tutur. Belarusda da heç kəs sizi dinləmir. Ermənistan da artıq müqavilələrinizə və dəyərlərinizə arxa çevirib. Belə görünür ki, Azərbaycanı da itələmək üçün əlinizdən gələni edirsiniz. Bunu necə başa düşək? Mədəniyyətimizə, dinimizə qarşı qərəz kimi? Avropa Parlamenti indi dözümsüzlük və nifrət evinə çevrilibmi?

Siz demokratiya və hüquqlara dəyər verdiyinizi iddia edirsiniz. Lakin demokratik standartlarımıza məhəl qoymursunuz. Siz hətta AP deputatlarınızın hesabatlarını rədd edirsiniz. Siz qətnamə və müzakirələrdə reallıqda əsası olmayan məqamları diktə edir, daha sonra özünüz gəlib reallığı görməkdən imtina edirsiniz. Belə təəssürat yaranır ki, ətrafınızda etinasızlıq divarı tikmək üçün əlinizdən gələni edirsiniz. Lakin icazənizlə sizə xəbərdarlıq edim ki, bütün qonşularınız sizi unudanda, bu kimi divarlar çox zaman həbsxanaya çevrilir!

Şərq Tərəfdaşlığı lüzumsuz bir quruma çevrilmək üzrədir. Atdığınız addımların köməyi olmur. Siz məktubunuzda deputatlara hədə-qorxu gələrək seçkiləri öz adından müşahidə etməyə qadağa qoyursunuz və onları Davranış Kodeksi ilə hədələyirsiniz. Siz AP deputatlarına öz fikirlərini müstəqil şəkildə ifadə etməyə qadağa qoyursunuzsa, digər ölkələri söz və ifadə azadlığını pozmaqda ittiham edərkən utanmırsınızmı?!”

Sonda millət vəkili prezidentləri suallarına cavab verməyə və əsassız ittihamlardan əl çəkməyə dəvət edib: "Sizi əmin edirəm ki, cavablarınız seçki dairələrimiz və seçicilərimizə tam şəffaf şəkildə çatdırılacaq. Bəlkə də nümayəndə heyətimizə məhəl qoymayacaqsınız, lakin əgər Azərbaycanda demokratik dəyərlərlə maraqlandığınızı iddia edirsinizsə, bəzi avropalı siyasətçilərin, xüsusilə AP deputatlarının ölkəmizə qarşı nümayiş etdirdiyi hörmətsizlikdən fərqli olaraq, Azərbaycan vətəndaşlarının və siyasətçilərinin hüquqları barədə düşünməyə başlamağın vaxtıdır!”



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

SON XƏBƏRLƏR

27.11.2026 / 14:11
Ukraynaya maliyyə dəstəyində MÖVQE ayrılığı – 45 milyard avronun taleyi...

27.11.2026 / 13:50
ATƏT-də sədr böhranı... Azərbaycana müraciət edildi – Bakıdan müsbət mesajlar verildi...

27.11.2026 / 13:36
İranlı narkotacirlə əlaqədə olan şəxs Şirvanda yaxalandı

27.11.2026 / 13:26
Xocavənddə daha 24 ailəyə evlərinin açarları təqdim olundu

27.11.2026 / 13:23
DAİM SEÇİCİNİN YANINDA OLAN MİLLƏT VƏKİLİ

27.11.2026 / 13:16
Avtoservisdə müştəri ustanın 5 min manatını oğurladı...

27.11.2026 / 13:14
"Azərbaycandan öyrənəcəyimiz çox şey var" - Estoniyalı nazir

27.11.2026 / 13:08
Türk-Azərbaycan mənşəli erməni soyadlarının tarixi və etimoloji təhlili

27.11.2026 / 13:02
Musiqinin dili, mahnının yaddaşı və sənətçinin özünəməxsus yolu - Anar Nəbiyevlə müsahibə

27.11.2026 / 12:51
Mətbuat Şurası jurnalistləri etik davranış qaydalarının tələblərinə ciddi əməl etməyə çağırdı

27.11.2026 / 12:25
Cəzaçəkmə müəssisəsinə heroin və metamfetamin keçirməyə cəhd etdi, yaxalandı...

27.11.2026 / 12:12
İki dəfə xəbərdarlıq alan QHT ləğv edilə bilər

27.11.2026 / 11:57
18 yaşdan sonra aliment kəsilməsin – YENİ TƏKLİF...

27.11.2026 / 11:34
Fira Cəlilovanın bağ evində baş verənlərlə bağlı YENİ TƏFƏRRÜATLAR

27.11.2026 / 11:18
Azərbaycan və Ermənistan alimləri əməkdaşlığa başlaya bilərlər...

27.11.2026 / 11:16
Prezidentin sosial şəbəkə hesablarında Estoniya xarici işlər nazirini qəbul etməsi ilə bağlı görüntülər paylaşılıb

27.11.2026 / 10:55
Prezident İlham Əliyev Estoniyanın xarici işlər nazirini qəbul edib - FOTO

27.11.2026 / 10:51
Bakıda 66 min manatlıq vakansiya - tələblər açıqlandı

27.11.2026 / 10:32
Körpə öldü, sənəddə isə başqa məlumat yazıldı – həkimlə bağlı iş yenidən açılır...

27.11.2026 / 09:57
Azərbaycana gələn Rusiya vətəndaşlarına müraciət edildi

27.11.2026 / 09:35
“Sülh körpüsü” çərçivəsində komitələr səviyyəsində müzakirələr keçirildi

27.11.2026 / 09:05
Axtarışda olan şəxs Fira Cəlilovanın bağ evində yaxalandı - FOTO

27.11.2026 / 07:09
Azərbaycanın İrəvan həqiqətlərini ABŞ Konqresinə daşıması ermənilərin “kürkünə birə saldı”

27.11.2026 / 00:30
“Beşiktaş” – İsrail klubu matçında qalmaqal - Gürcüstanda azarkeşlər polislə toqquşdu, oyun yarımçıq dayandırıldı...

26.11.2026 / 23:38
İtaliyadan Zelenskiyə xəbərdarlıq - Aralıq dənizini müharibə zonasına çevrilməyin…

26.11.2026 / 23:15
Azərbaycançılıq ideologiyasının canlı nümunəsi

26.11.2026 / 23:07
Türkiyə İrana da qoşun yeridə bilər (?) - PJAK-la müharibə...

26.11.2026 / 22:55
Doğmalıq duyduğum adam

26.11.2026 / 22:43
Almaniya XİN-in "sülh üçün Ermənistan Konstitusiyasını dəyişməlidir" açıqlaması Moskvanı niyə qıcıqlandırdı...

26.11.2026 / 22:34
Şuşa sevdalısı - Sadiq Hüseynov

26.11.2026 / 22:27
ABŞ-la İsrail İrana qarşı “Səddam Hüseyn oyunlarını” oynamağa başladılar...

26.11.2026 / 22:12
Paşinyandan Moskvaya daha bir zərbə - Rusiya sərhədçiləri Ermənistandan tamamilə çıxarılır…

26.11.2026 / 21:57
"LUKoil"un Azərbaycandakı biznesi ABŞ-ın nəzarətinə keçir

26.11.2026 / 21:41
Tramp dünya nəhəngləri ilə tarif vuruşunun yeni dalğasını başladır - 3 noyabr dərs olmadı...

26.11.2026 / 21:36
Mətbuat Şurasının İdarə Heyətinin üzvləri jurnalist etikası və dezinformasiya ilə mübarizə mövzusunda müzakirə keçiriblər - FOTO

26.11.2026 / 21:25
ABŞ İran iqtisadiyyatını "boğur": rejim yeni etirazlar və çökmə təhlükəsi ilə üzləşir

26.11.2026 / 21:12
Trampın Rutte ilə birgə bəyanatı iki versiyada yayımlandı - Müəmma…

26.11.2026 / 21:09
Litva AB ilə viza problemində Azərbaycana dəstək verəcək...

26.11.2026 / 20:53
Qatillər Köçəryanla Sarkisyan Bakıya təhvil verilir...(?)

26.11.2026 / 20:38
İrandakı ABŞ vətəndaşlarına "müharibə çağrısı" edildi...

26.11.2026 / 20:23
Zəngəzur dəmiryolu tikintisinin başlanacağı tarix bilindi...

26.11.2026 / 20:10
TRIPP Transxəzər qaz boru kəmərini yenidən dirçəldir...

26.11.2026 / 19:37
Avropa diplomatiyasında Azərbaycanla bağlı qeyri-adi canlanma var - nə baş verir...

26.11.2026 / 19:16
Zəfərin poetik manifesti: Nəzakət Məmmədovanın “Qarabağa bahar gəlir, İlahi” şeiri

26.11.2026 / 19:15
Bir qrup konqresmen Putinlə Trampın birliyini pozmaq üçün hərəkətə keçdi...

26.11.2026 / 19:02
Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

26.11.2026 / 18:49
Naxçıvanın ən böyük rayonuna ayrılmış illik büdcənin 7 milyon manatı hara "gedəcək"?..

26.11.2026 / 18:22
Şimali Kiprdə gəmi faciəsi ilə bağlı Azərbaycan vətəndaşı saxlanıldı

26.11.2026 / 18:05
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü...

26.11.2026 / 17:49
Paşinyandan TRIPP-lə bağlı İrana təminat - ABŞ hərbçiləri marşrutda yerləşdirilməyəcək…

26.11.2026 / 17:44
Şəhidin xatirəsinə ehtiram

26.11.2026 / 17:37
İmamoğlu “diplomsuzlaşdırıldı” - Seçkidə Ərdoğanın “yuxuqaçıran” rəqibi kim olacaq?

26.11.2026 / 17:19
Zəngəzur dəhlizinin yeni üstünlüyü açılır - Əliyevin Konqresə müraciəti...

26.11.2026 / 16:55
Dərsliklərdə plagiat iddialarına cavab - Zaur İsayev mətnlərin dəyişdirilməsinin səbəbini açıqladı...

26.11.2026 / 16:38
Professor Məhərrəm Zülfüqarlı 4-cü Beynəlxalq İqtisadiyyat, Dövlət Maliyyəsi, Biznes və Sosial Elmlər Konqresində iştirak edir

26.11.2026 / 16:32
Əli Əsədov Slovakiyanın Baş prokuroru ilə görüşüb

26.11.2026 / 16:24
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem aşkarlanıb

26.11.2026 / 16:11
“Tək şəxsiyyət vəsiqəsi ilə avtokredit” vədi ilə dələduzluq edən şəxs yaxalandı

26.11.2026 / 15:54
Rusiya ölən 250 hərbçinin cəsədini Ukraynaya qaytardı, 22-sini də geri aldı...

26.11.2026 / 15:42
Sahibə Qafarova Litvanın xarici işlər naziri ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib

26.11.2026 / 14:54
Nazir Vilayət Eyvazov Masallıda vətəndaş qəbulu və sıra baxışı keçirəcək

26.11.2026 / 14:40
“Lukoil”un beynəlxalq biznesi ABŞ-a keçir - 40 ölkəni əhatə edən milyardlıq razılaşmada Azərbaycanın da adı keçir...

26.11.2026 / 14:15
Təl-Əvivin İrana hücum planı gündəmdə – İsrail ordusu ABŞ-sız əməliyyat anonsu verdi...

26.11.2026 / 13:50
Şoyqudan sonra Rusiya ordusunda generalların həbsi səngimir –Aerokosmik Qüvvələrin generalı da saxlanıldı

26.11.2026 / 13:34
MDB-də yeni mərhələ başlayır – Tehran “MDB+” formatına qoşulan ilk ölkə ola bilər...

26.11.2026 / 13:20
İsveçrədə dondurulmuş Rusiya aktivləri 10 milyardı keçdi – sanksiyalardan yayınma halları artır...

26.11.2026 / 13:03
Tələbələr Məleykə Abbaszadədən yardım istədi - vəziyyət ürəkaçan deyil...

26.11.2026 / 12:50
ABŞ-dan Ukraynaya 621 milyon dollarlıq F-16 dəstəyi – pulu dörd Avropa ölkəsi ödəyəcək...

26.11.2026 / 12:34
Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü başlayıb

26.11.2026 / 12:12
Ermənistan TRIPP layihəsi üzrə ABŞ-la yeni saziş imzalayır – Vaşinqtonun şirkətdəki payı 74 faiz olacaq...

26.11.2026 / 12:00
Dövrün qlobal bəlasına çevrilən zərərli vərdişlərə qarşı tədbir

26.11.2026 / 11:55
Rusiya təhlükəsi Britaniyanı hərəkətə keçirdi – qırıcılar anqarlarda gizlədilir...

26.11.2026 / 11:33
Fransada məktəb etirazları nəzarətdən çıxır – 500 şagird, 290 təhsil işçisi yaralandı, 400-dən çox şagird məktəbdən qovulu...

26.11.2026 / 11:27
Bakıda tarixi binanın giriş qapısı bərpa edildi, sahibkara xəbərdarlıq edildi

26.11.2026 / 11:22
Müəllimlərin işə qəbulu üzrə vakant yer seçiminin nəticələri açıqlandı

26.11.2026 / 11:10
Bakıdakı ABŞ səfirliyi bağlanır - 2 günlük...

26.11.2026 / 10:35
Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Ermənistana getdilər...

26.11.2026 / 10:23
Misirdə avtomobil qəzası dəhşətli yanğınla nəticələndi – 30 nəfər öldü, 15 yaralı var...

26.11.2026 / 10:17
Azərbaycan əsilli iş adamı Kremlin 500 metrliyində hotel açdı...

26.11.2026 / 10:12
Su Ehtiyatları Agentliyinə ayrılan pullar yoxlanıldı – nöqsanlar aşkarlandı...

26.11.2026 / 10:03
Putinlə gizli təmasın SENSASİYALI DETALLARI – iki Avropa ölkəsi Kremli sakitləşdirməyə çalışdı...

Azərbaycan diaspor quruculuğunda yeni səhifəyə ehtiyac yaranır...

XƏBƏR ARXİVİ