Cümə axşamı günü, 05 noyabr 2026
     

Qərb mane olmasa, Azərbaycanla Ermənistan sülh içində yaşaya biləcək...

Image


"Cənubi Qafqazda ayırıcı xətləri çəkmək üçün bəzi cəhdlər göstərilir. Məhz bu səbəbdən Avropa Komissiyasının sədri, ABŞ-ın Dövlət katibi və Ermənistanın baş nazirinin tarixdə görünməmiş Brüssel görüşündən narahatlığımızı bildirdik". Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda deyib.

Dövlət başçısı əlavə edib ki, bu təsisatın tarixində heç zaman keçmiş SSRİ respublikası ilə bu cür görüş olmayıb. Hətta Ukrayna, Gürcüstan və Moldova ilə bu cür görüş keçirilməyib. Həqiqətən də aprelin 5-də keçirilən Brüssel görüşünü dəyərləndirən ekspertlər bunu hər şeydən əvvəl Ermənistanın yeni dayaq axtarışı kimi qiymətləndirir. Lakin Qərbin də Ermənistanın yanında olmaq istəyi aşkardır. Belə ki, hazırda Fransanın Ermənistana verdiyi hərbi və iqtisadi dəstək həm onu cəsarətləndirməyə, həm bölgədə separatçılığı dirçəltməyə, həm də regional gərginliyi artırmağa xidmət edir. Təbii ki, bütün bunların fonunda bölgədəki sülhün, sabitliyin pozulması risqi də yaranır. Bu sülhün pozulması isə, ilk növbədə, Ermənistanın ziyanınadır. Təbii ki, hadisələrin belə gedişi Azərbaycan-Ermənistan münasibətləri ilə yanaşı, Türkiyə-Ermənistan əlaqələrinə də mənfi təsir göstərəcək. Halbuki, ekspertlərə görə, Ermənistanın yalnız bir təhlükəsizlik zəmanəti ola bilər - Azərbaycan və Türkiyə ilə münasibətlər qurmaq. Sülh müqaviləsi, sərhədlərin müəyyən edilməsi və regional layihələrə qoşulması Ermənistanın yeganə xilas yoludur. Buna rəğmən, Qərb dairələri Ermənistan vasitəsilə Cənubi Qafqaz regionuna daxil olmağa və burada möhkəmlənməyə çalışır. Bu fonda Qərbin əli ilə rəsmi İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT), Avropa İqtisadi İttifaqından (Aİİ) uzaqlaşdırılması üçün müxtəlif layihələr həyata keçirilir. Avropa İttifaqının Müşahidə Missiyası adı altında Qərbin kəşfiyyat qrupunun Ermənistanda yerləşdirilməsi bu layihələrdən sadəcə biridir. ABŞ və Avropa İttifaqının hədəfləri sırasında Ermənistanı Rusiyadan uzaqlaşdırmaq da dayanırsa, digər hədəf Cənubi Qafqazda müharibəni yenidən alovlandırmaqdır. Onlar Ermənistanı Azərbaycanla sülh sazişi imzalamamağa təşviq edir. Fransanın addımları bunun göstəricisidir. Eyni zamanda, aprelin 5-də Brüsseldə keçirilən ABŞ-Ermənistan-Avropa İttifaqı üçlü görüşü Cənubi Qafqazda İrəvanın vasitəsilə yeni məkrli planların reallaşdırılması cəhdidir. Rəsmi açıqlamalarda görüşün Ermənistan iqtisadiyyatına və demokratiyanın inkişafına dəstək məqsədi daşıdığı bildirilsə də, əslində bu "platformanın" Qərbin geosiyasi məqsədlərinə xidmət etməsi şübhə doğurmur. Təsadüfi deyil ki, Azərbaycanla yanaşı, Türkiyə və Rusiya rəsmi bəyanat verərək Brüssel görüşü fonunda Qərbin planlarına kəskin etiraz ediblər. Qərbin planlarının bölgədə sülhə və əməkdaşlığa xidmət etmədiyi, daha çox pozuculuq məqsədi daşıdığı bəyan olunub. O da aydın məsələdir ki, Qərb Azərbaycan və Türkiyə kimi dövlətlərlə sərhədləri bağlı olan Ermənistanı iqtisadi böhrandan xilas edə bilməz. İlk növbədə o baxımdan ki, Ermənistan iqtisadiyyatı bu gün İran və Rusiyadan çox asılıdır. Yəni Ermənistanın yaşaması Qərbdən deyil, Azərbaycan, Türkiyə, Rusiya və İrandan asılıdır. Bu mənada, Brüssel görüşünün əsas hədəflərindən biri Ermənistanın Rusiyadan uzaqlaşdırılması, bunun qarşılığında İrəvanın anti-Azərbaycan, anti-Türkiyə siyasətini dəstəkləməkdən ibarətdir. 

Şübhəsiz ki, Azərbaycanla sərhədyanı ərazilərdə hərbi infrastrukturun yaradılması, Avropa İttifaqının Avropa sülh mexanizmi xətti ilə və ABŞ büdcəsi hesabına Ermənistanın silahlandırılması kimi məsələlər regionda sülhə xidmət etmir.  Heç şübhəsiz, məhz bu yardımlar hesabına Qərb Ermənistanı Cənubi Qafqazda bir silahlı forpost kimi yaratmaq niyyətindədir.  Halbuki, bu gün Qazax rayonunun 4 kəndinin Azərbaycana qaytarılması və sərhədlərin delimitasiyası prosesinin başlanması Bakı ilə İrəvan arasında sülh prosesinin daha da irəliləməsinə yol açır. İsrailli ekspert Ariel Koqan bu fonda qeyd edir ki, delimitasiya danışıqları 30 ildən artıqdır, heç bir nəticə əldə edə bilməyən vasitəçilər olmadan aparılıb:  "Məsələn, Fransa, Rusiya və ABŞ-dən olan həmsədrlərin rəhbərlik etdiyi ATƏT-in Minsk qrupu Rusiya ilə Qərbin geosiyasi qarşıdurması səbəbindən həll yolundan kənarda qalıb. Hər iki tərəf uğursuzluğa görə bir-birini günahlandırıb, baxmayaraq ki, reallıqda Rusiya və Fransa Ermənistan üzərində nəzarət uğrunda mübarizə aparırdılar. Fransa Ermənistandan Türkiyə ilə regional rəqabətdə istifadə edir, bu zaman isə Azərbaycanı öz rəqibinin bir "qolu" kimi görür. Ermənistan tərəfi Almatı Bəyannaməsinə uyğun olaraq sərhədin demarkasiyasına qayıtmağa rəsmi razılıq verməklə, dolayısı ilə etiraf edib ki, Azərbaycanın hərbi addımları "ədalətli müharibə" prinsiplərinə uyğun olaraq haqlı idi". Koqan Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması məsələsinə də toxunub və vurğulayıb ki, ABŞ və Fransa istisna olmaqla, Avropa İttifaqı dərhal rəsmi və nümayişkaranə surətdə delimitasiya sazişini alqışlayıb: "Cənubi Qafqazda münaqişənin sülh yolu ilə həlli Fransanın regiondakı mövqeyinə zərər verir. Paris münaqişənin yenidən gərginləşməsindən fayda əldə edə bilərdi, çünki bununla İrəvanı yeni silahlarla təmin edərdi. Mövcud razılaşma isə Azərbaycanın mövqeyini gücləndirəcək sülh sazişinə doğru bir addım ola bilər...Görünən odur ki, hazırda sülh vasitəsilə həll yolu açılır. İndi hər şey Ermənistanın hazırkı rəhbərliyinin keçmiş və indiki müttəfiqlərinin xarici təzyiqlərinə nə dərəcədə tab gətirə biləcəyindən asılıdır".

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ