Cümə axşamı günü, 05 noyabr 2026
     

Ermənilər Bakıya qarşı "irqçilik ittihamına" yeni saxta "əsas" gətirdilər...

Image


Xəyal Bəşirov: "Azərbaycanı "etnik təmizləmə", "irqi ayrıseçkilik"də və sairdə ittiham edib bu barədə "araşdırma" aparmaları görüntü xarakteri daşıyır"

İrqi ayrıseçkilik, başqa millətlərə və dinlərə qarşı ögey münasibət formasının təzahürlərü özünü Ermənistanın siyasətində hər zaman göstərib. Bu birmənalı olaraq belədir. Amma təəssüflər olsun ki, Ermənistan və onun ideoloqları bu yoldan çəkinmək əvəzinə Azərbaycanı şərləməkdə davam edir.    

Bildiyiniz kimi, aprelin 15-də Beynəlxalq Ədalət Məhkəməsində İrqi Ayrıseçkiliyin Aradan Qaldırılması üzrə Komitənin (CERD) Ermənistanın Azərbaycana qarşı müraciəti ilə bağlı iş üzrə Azərbaycan tərəfindən qaldırılan ilkin etirazlar üzrə ictimai dinləmələr keçirilib. Azərbaycanın rəsmi təmsilçiləri də Ermənistanın bu əsassız iddiaları ilə bağlı məhkəmə qarşısında tutarlı arqumentlərlə çıxış edib. 

Lakin Ermənistan yenə də dayanmaq, durmaq bilmir.   

Belə ki, "Armenpress"in mətbuat zalında keçirilən mətbuat konfransında qondarma Erməni Soyqırımı Muzey-İnstitutunun direktoru Edita Qzoyan bir sıra əsassız ittihamlar səsləndirib. Azərbaycanı irqi ayrı-seçkilikdə itiham edən institut rəhbəri deyib ki, guya Azərbaycan son illərdə  "Qarabağın dinc sakinlərinə qarşı düşmənçilik ritorikası" yürüdüb, Qarabağda "etnik təmizləmə" aparıb, erməniləri "məcburi köçkünə" çevirib, onları tam şəkildə  deportasiya edib, institut da bu "məsələləri" tədqiq edəcək (?).

Qondarma Erməni Soyqırımı Muzeyinin elmi işçilərinin diqqətinin "Azərbaycan tərəfindən həyata keçirilən mədəni soyqırıma və erməni mədəni sərvətlərinin məhv edilməsi məsələlərinə" yönəldiyini deyən E.Qzoyan bildirib ki, institut əməkdaşları 2023-cü ildə Qarabağdan guya "məcburi köçkün" düşmüş ermənilər arasında "faktların" toplanması missiyasına cəlb olunublar. Ermənilərin guya "deportasiyası", onlara qarşı "zorakılıq, nifrətin qızışdırılması və digər təzahürlər" barədə  materialların toplanması və  arxivləşdirilməsi işləri aparılır. Guya Azərbaycanda "ermənifobiya" var. 

Ermənistanın saxta genosid İnstitutunun direktorunun  "Qarabağ əhalisinə qarşı Azərbaycanın irqi ayrıseçkilik, etnik təmizləmə siyasəti" ilə bağlı tədqiqatlar aparıldığını deməsinin özü gülünc bir haldır. Bunların bu cür "müzakirələrinin" ,  "təhlillərinin", "tədqiqatlarlarının" əslində bir məqsədi var. Guya Avropa məhkəməsində Ermənistanın Azərbaycana qarşı qaldırdığı irqi ayrıseçkiliyin nəticələrinin aradan qaldırılması konvensiyasına uyğun iddianı gücləndirmək istəyirlər. Axı hələ orada proses gedir, Azərbaycan XİN rəhbərinin müavini Elnur Məmmədov bu iddialara   qarşı əsaslı arqumentlər gətirib, dünyanın diqqətinə çatdırıb ki, irqi ayrıseçkiliklə biz yox, Ermənistan məşğul olub. Ermənilər isə vəziyyəti öz xeyirlərinə dəyişmək üçün içəridə belə "təhlillər" aparmağa başlayıblar. Bəlkə sabah Ermənistan Milli Elmlər Akademiyasını da bu şərləmə kampaniyasına qoşacaqlar, onlar da hansısa uydurma "tədiqiqatlar" aparacaqlar. Dünyada erməni yalanı, erməni saxtakarlığı heç zaman bitməz. 

Təbii, məqsədləri Qarabağda həqiqəti ortaya çıxarmaq yox, Avropa məhkəməsində öz vəziyyətlərini yüngülləşdirmək, iddialarını gücləndirməkdir. 

"Bu, beynəlxalq ictimaiyyətin aldadılmasına, Azərbaycanı qabaqlamağa xidmət edir" 

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov "Bakı-Xəbər"ə "Ermənistanın bu addımı növbəti dəfə "oğru elə bağırdı ki, doğrunun bağrı çatladı" məsəlinə bənzəyir. Qeyd etdiyiniz kimi, bu onların Azərbaycanı bu prosesdə qabaqlamaq məqsədinə xidmət edir. Ermənistan onilliklər boyudur ki, saxta erməni "soyqırımı" uydurmasını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa, qəbul olunmasına, Türkiyəyə qarşı ərazi və kompensasiya iddiaları irəli sürməyə cəhd göstərir. Amma bugünə qədər bununla bağlı uğur əldə etməyib. Təbii ki, bəzi dövlətlər Türkiyəyə qarşı təzyiq siyasətini ortaya qoyarkən bu "soyqırım" faktorundan istifadə etməyə cəhd göstərir. Bu da əslində ermənilər və onların havadarları tərəfindən uydurulan "soyqırım" məsələsinə inamdan irəli gəlmir, bundan öz niyyətlərini gerçəkləşdirmək üçün istifadə edirlər.

Ermənistan indi də Azərbaycana qarşı bu əsassız ittihamları ortaya qoyub. Halbuki, Ermənistan daim Azərbaycana qarşı bu cinayətləri törədib, ötən əsrdə dəfələrlə azərbaycanlıları deportasiya edib, soydaşlarımızı etnik təmizləməyə məruz qoyub. 1905, 1918, 1948-ci illərdə, ondan əvvəl və sonra bu cinayətləri törədib. İndiki Ermənistan ərazisində öz tarixi dədə-baba yurdlarında yaşayan azərbaycanlılara qarşı soyqırım cinayətləri, etnik təmizləmə, təcavüz cinayətləri törədib. Bu proses keçən əsrin 80-ci illərinin sonlarından Ermənistan tərəfindən artıq real müstəviyə və konkret olaraq mütəşəkkil səvəiyyəyə keçirildi. Bu da Azərbaycan ərazisinin işğal edilməsi ilə nəticələnib. Söhbət 1987-1988-ci illərdə başlayan və Azərbaycanın 20 faiz ərazisinin işğalı ilə bitən prosesdən gedir ki, Azərbaycan xalqına qarşı bu cinayətləri törədən tərəf Ermənistan, Ermənistanın rəhbərliyində təmsil olunan  cinayətkar ünsürlər olub. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, işğaldan   azad edilən ərazilərimizdə mötəbər sübutlara və dəlillərə əsasən deyə bilərik ki, onlar Azərbaycan dövlətinə və xalqına qarşı genosid, ekologiyamıza qarşı ekosid, mədəniyyətimizə, tarixi abidələrimizə qarşı kultsid, şəhərlərmizə və kəndlərimizə qarşı urbasid cinayətləri törədiblər. Bütün bu cinayətləri törədən tərəfin 19-20 sentyabr tarixində terrorçuların zərərsizləşdirilməsi ilə bağlı antiterror tədbirlərinin keçirilməsi prosesinə münasibətdə hay-küy qaldırmaları, Azərbaycanı "etnik təmizləmə", "irqi ayrıseçkilik"də və sairdə ittiham edib bu barədə "araşdırma" aparmaları görüntü xarakteri daşıyır. Bu, beynəlxalq ictimaiyyətin aldadılmasına, Azərbaycanı qabaqlamağa xidmət edir. Bu, Ermənistan təmsilçilərinin beynəlxalq hüquqi müstəvilərdə Azərbaycanın Ermənistana qarşı qaldırdığı və bundan sonra qaldıracağı iddialarla bağlı prosesdə çaşqınlıq yaratmaq, eyni zamanda özlərini "zərərçəkmiş" tərəf kimi qələmə vermək məqsədlərini ortaya qoymaqdan ibarətdir.    Bunlar hamısı əsassız və absurddur"-deyə X.Bəşirov vurğuladı. 

Ermənistanın heç cür bununla beynəlxalq məhkəməyə təsir etmək etmək gücündə olmadığını deyən X.Bəşirov qeyd etdi ki, əvvəlcə Ermənistan Türkiyənin tələbinə uyğun olaraq arxivləri açsın və qondarma 24 aprel iddiaları ilə bağlı arxiv materiallarını ortaya qoysun. O hesab edir ki, o arxivlərdə qondarma erməni "soyqırımı" haqda heç bir məlumat yoxdur, burada onların azərbaycanlılara, türk xalqına qarşı törətdikləri soyqırım cinayətlərinin izləri ortaya çıxacaq. Müsahibimiz vurğuladı ki, N.Paşinyan bu barədə araşdırma aparılcağını bəyan etsə də, ona bununla bağlı imkan veriləcəyi inandırıcı görsənmir. "Bu aradırmaların aparılması Ermənistanın bir cinayətkar dövlət kimi məsuliyyətə cəlb edilməsinə gətirib çıxaraq. Ona görə də inanmıram ki, erməni diasporu, lobbi təşkilatları, Ermənistan dövlətinə təsir edən dövlətlər buna imkan versinlər. Bu, gözdən pərdə asmaq üçün növbəti dəfə Ermənistanın ortaya atdığı bir oyundur. Bilirik ki, Azərbaycan Ermənistana qarşı irqi ayrıseçkiliyin bütün nəticələrinin aradan qaldırılması konvensiyasına uyğun olaraq proses başladıb, həmin o proseslə bağlı Ermənistan öz xeyrinə "sübutlar" toplamaq yönündə addımlar atır. Yaxud da ən azı həmin proseslərin getdiyi dövrdə yeni "proseslərin" baş verdiyindən dəm vura bilərlər ki, bu da hər bir halda, onların düşüncəsinə görə, prosesdə xeyirlərinə dönüş yarada bilər.  Amma düşünürəm ki, bu absurddur. Əskinə, Ermənistan hər bir cəhdində uğursuzluğa düçardır. Bu uğursuzluğa düçar olma əksinə, gələcəkdə bizim Ermənistana qarşı  arqumntlərimizin güclənməsinə gətirib çıxaracaq. Ona görə də biz, Siyasi və Hüquqi Araşdırmalar Mərkəzi olaraq, Ermənistanın Azərbaycana qarşı əsassız ittihamlarını, eyni zamanda Azərbaycanın Ermənistana qarşı beynəlxalq hüquq müstəvilərində - Beynəlxalq Ədalət Məhkəməsində, Beynəlxalq Cinayət Məhkəməsində, İnsan Haqları Məhkəməsində qaldırdığı iddilarla bağlı araşdırmalar aparırıq. Həmin araşdırmaları aparan mərkəzin rəhbəri kimi sizin diqqətinizə çatdıra bilərəm ki, artıq Ermənistan tərəf hüquqi müstəvidə də Azərbaycana məğlub olacaqlarını çox gözəl anlayır. Böyük hesabla, Ermənistan Azərbaycanın ona qarşı qaldıracağı böyük miqyaslı, yüz milyardlarla dollar həcmində təzminatın qarşısını almaq deyil, prosesi uzatmaq üçün bu addımı atır. Onlar çox gözəl anlayırlar ki, bu prosesin qarşsısını ala bilməzlər. Çünki Azərbaycan Prezidenti İlham Əliyevin də dəfələrlə qeyd etdiyi kimi, biz prosesi də yarımçıq qoymayacağıq. Azərbaycan dövlətinə qarşı törədilmiş bütün addımların məsuliyyəti olmalıdır, biz döyüş meydanında onların məsuliyyət məsələsini həll etdik, onları kapitulyasiyaya uğratdıq və 6 milyard dollar həcmində Ermənistandan hərbi qənimətlər əldə etdik, orduları darmadağın edildi, işğala son qoyuldu, Azərbaycan ərazi bütövlüyünü təmin etdi, suverenliyimiz bərpa olundu. Daha sonra siyasi və diplomatik müstəvidə də biz həm Ermənistana, həm də onun havadarlarına böyük hesabla qalib gəlmişik. Bu proses bu gün də davam edir. Düşünürəm ki, bu prosesin davamı kimi, hüquqi müstəvidə də Azərbaycan Ermənistana qarşı uğurlu addımlarını atacaq, Ermənistanın Azərbaycan dövlətinə ilk gündən bugünə qədər vurduğu bütün zərər təzminatlaşdırılacaq və bu ölkə tərəfindən ödənilməsinə nail olunacaq"-deyə X.Bəşirov əlavə etdi.

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

04.11.2026 / 09:27
Hörmüz boğazının cənubunda dörd tanker minaya düşdü...

04.11.2026 / 09:14
Tramp Konqres seçkilərində uduzdu... Demokrat böyük fərqlə qalib gəlir - YENİLƏNDİ

04.11.2026 / 08:50
Bakıda ən yüksək orta mənzil qiyməti Səbaildə qeydə alınıb

04.11.2026 / 08:33
Türkiyə Heydər Əliyev parkı ilə bağlı iddiaları təkzib etdi

03.11.2026 / 21:58
“İlk nüvə zərbəsini Tramp başlayır, Putinlə Si davam etdirir” - dünyanı hədələyən təhlükə...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ