Cümə axşamı günü, 05 noyabr 2026
     

Azərbaycanın kəndləri mövzusu Ermənistan siyasətini qaynadır...

Image


Ermənistan hakimiyyətinin davranışlarından belə bəlli olur ki, İrəvan işğal altında qalan Azərbaycan kəndlərini yaxın tezlikdə ölkəmizin nəzarətinə qaytarmaqda maraqlıdır. 

Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinin Kirants kəndinin sakinləri ilə görüşündə bunun səbəbini onunla izah edib ki, İrəvanın Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyasından imtina etməsi Cənubi Qafqazda yeni eskalasiyaya səbəb olacaq: "Əgər biz delimitasiya və demarkasiya ilə bağlı addımlar atmasaq, mən zəmanət verirəm ki, bölgəmizdə daha bir partlayış baş verəcək".

Bununla yanaşı, o qeyd edib ki, Tavuş vilayətinin icma nümayəndələri delimitasiya və demarkasiya məsələləri üzrə işçi qrupa cəlb olunacaq. Onun sözlərinə görə, icma liderləri öz arqumentlərini yerindəcə delimitasiya və demarkasiya komissiyasına təqdim edə və prosesin gedişi barədə yerli sakinləri məlumatlandıra biləcəklər. Daha sonra Paşinyan Tavuş vilayətinin Əskipara (Voskepar) kəndinə də gəlib. Qeyd edək ki, bu, Nikol Paşinyanın Əskiparaya bu il ərzində ikinci gəlişidir. Paşinyanın Əskipara sakinləri ilə görüşü bir saata yaxın davam edib. Burada baş nazir yerli sakinlərə Azərbaycanla sülh, o cümlədən sərhədin demarkasiyası prosesində mövcud vəziyyəti təqdim edib. Paşinyanla yanaşı, görüşdə Ermənistan baş nazirinin müavini Mher Qriqoryan, Ermənistan tərəfdən sərhədin demarkasiyası komissiyasının rəhbəri, ərazi idarəetmə naziri Qnel Sanosyan, polis rəisi Vahe Qazaryan da iştirak edib. Xatırladaq ki, Paşinyan hələ ötən ay bildirmişdi ki, Bakının Qazax rayonundakı dörd kəndinin Azərbaycana qaytarılması tələbini qəbul etməyə hazırdır. O qeyd etmişdi ki, Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı və Bağanis Ayrım kəndləri sovet dövründə də Azərbaycanın tərkibində olub. Bu kəndlər 1991-1992-ci illərdə Ermənistan silahlı qüvvələri tərəfindən zəbt edilib. Erməni mediası yazır ki, Paşinyan Əskipara, Kirants və Berkaber kənd sakinləri ilə dörd saatdan çox çəkən qapalı görüşdən sonra heç bir açıqlama verməyib. O yalnız bunu deyib ki, bu mövzuda deyiləsi sözlərini artıq deyib və əlavə edə biləcəyi heç nə yoxdur. Ermənistanın "Qraparak" qəzeti isə yazır ki,  Paşinyan Tavuş vilayətinə gedərkən Azərbaycana qaytarılacaq kəndlərə girməmək üçün bu ərazilərdən yan keçib: "Nikol Paşinyanın Tavuşa vertolyotla getməsi ilə bağlı rəsmi kulisdə diqqətçəkən iddia dolaşır. Həmin iddiaya görə, məsələ yolda narazı insanların müqavimətindən qaçmaq yox, Əskiparaya gedən, bir hissəsi Almatı bəyannaməsi çərçivəsində Azərbaycana məxsus olan İcevan-Noyemberyan dövlətlərarası yolundan yan keçmək olub. Paşinyan yolun həmin hissəsinin Azərbaycana aid olduğunu artıq qəbul edib, ona görə də buradan istifadə etməkdən yayınır. Bir neçə gün əvvəl Avropa Birliyinin mülki missiyasının müşahidəçiləri də Əskiparaya gedərkən yolun həmin hissəsinin Azərbaycana məxsus olduğunu əsas gətirərək yan keçiblər".

Beləliklə, Paşinyan kəndləri qaytarmaqda maraqlıdır. Amma Ermənistan müxalifəti və baş nazirin başqa tənqidçiləri Paşinyanın bu istəyindən narazıdırlar. Müxtəlif müxalifət fiqurları, Erməni Kilsəsinin nümayəndələri də Tavuşa səfər edərək yerli sakinlərin "birtərəfli güzəştlərə" qarşı mübarizəsini "dəstəklədiklərini" bildiriblər. Onlar iddia edirlər ki, Azərbaycanın tələb etdiyi kəndlər verilərsə, Ermənistan özünün yaxşı fortifikasiya olunmuş mövqelərini, habelə Azərbaycan sərhədi boyunca uzanan İrəvan-Tiflis strateji avtomobil yolunu itirmiş olacaq. Ermənistan parlamentində hakim "Vətəndaş Müqaviləsi" fraksiyasının deputatı, erməni general Qaqik Melkonyan da bildirir ki, bəzi müxalifətçilər Tavuşun sərhəd kəndlərində dolaşaraq, toqquşmaları təhrik edirlər. Erməni ekspert Vahe Davtyan isə iddia edir ki, həmin kəndlər təhvil verilsə, Ermənistan anklav-dövlət statusuna düşəcək: "Geosiyasi aktorlar kartlarını açıblar. Gözü olan görəcək, qulağı olan eşidəcək. Hazırda Lesoto bəlkə də anklav-dövlətin dərslik nümunələrindən biridir. Tamamilə Cənubi Afrika Respublikası ilə əhatə olunmuş Lesoto uzun müddətdir öz xarici siyasəti və milli silahlı qüvvələri olmayan kvazi-dövlət kimi çıxış edir. Sonuncu, əlbəttə ki, formal olaraq fəaliyyət göstərir, lakin yalnız daxili təhlükəsizliyi təmin etmək üçün fəaliyyət göstərir. Xarici təhlükəsizlik funksiyaları Cənubi Afrika Respublikası tərəfindən həyata keçirilir. Ermənistanı da bu gözləyir". Amma "Qraparak" qəzeti yazır ki, sakinlər hökumətin addımlarını gözləmək qərarına gəliblər. Paşinyanla görüşdə iştirak etmiş Əskipara sakini deyib: "Hansı sualı təqdim etmişdiksə, həmin sualın cavabını verməyə gəlmişdi. Variant təqdim etmişdik, çay boyu sərhəd demişdik, o da dedi ki, 90 faiz həll edildiyini düşünün. Dedi ümid var ki, sizin istədiyiniz olacaq, amma hələ kağız üzərinə keçirilməyib. Gözləyək". Başqa bir Tavus sakini də deyir ki, kəndlərdə onun bəyanatları ziddiyyətli olub. Xüsusilə Bibiş (Berkaber) ilə bağlı Əskipara kəndində Paşinyan bəyan edib ki, Berkaber su anbarından (Coğazçay su anbarı) o tərəfdəki torpaqlar Azərbaycana verilməlidir, Bibiş kəndində isə sizin torpaqlarınız sizə qalacaq. Son görüşlərdən sonra Tavus sakinləri bir az sakitləşsələr də, artıq bu hakimiyyətin sözlərinə inanmayıb, prosesləri gözləmək qərarına gəliblər".   

Samirə SƏFƏROVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ