Cümə axşamı günü, 05 noyabr 2026
     

Qərbin xəyanəti Ukraynanı dalana saldı...

Image


Qərbin Ukrayna ilə bağlı siyasəti sonuncunu getdikcə daha böyük problemlər burulğanına sürükləməkdədir. Xüsusən də Ukraynaya hərbi yardımların az qala dayandırlma həddinə çatması indiki zamanda Kiyevə xəyanətdən başqa bir şey deyil. İndi nə ABŞ, nə də Avropa Ukraynaya əvvəlki qədər hərbi və maliyyə dəstəyi vermir. 

ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns ölkə Konqresi üzvlərinə xəbərdarlıq edib ki, Vaşinqton Kiyevə lazımi dəstəyi verməsə, Ukrayna 2024-cü ilin sonuna qədər Rusiya Federasiyası ilə hərbi münaqişədə məğlubiyyətə uğraya bilər: "Ukraynalıların 2024-cü ilin sonuna qədər döyüş meydanında uduzması və ya ən azı Putinin siyasi nizamlanma şərtlərini diqtə edə biləcəyi vəziyyətə gəlib çata bilməsi ilə bağlı çox real risq var". 

ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu da qeyd edir ki, Rusiya yaxın gələcəkdə ciddi irəliləyişə nail ola bilər. O da vurğulanır ki, bu, ABŞ-ın Ukraynaya dəstək səviyyəsindən asılıdır: "ABŞ-ın yardımı dayandırması nəticəsində Ukrayna artilleriya və hava hücumundan müdafiə çatışmazlıqları ilə üzləşir. Bu, Rusiya qüvvələrinə taktiki irəliləyişlər əldə etməyə imkan verir. ABŞ yardımı bərpa etməsə, Rusiya gələcəkdə daha ciddi uğurlar qazana bilər". Ukrayna prezidenti Volodimir Zelenski daha əvvəl deyib ki, ABŞ-ın dəstəyi olmadan Kiyev müharibədə qalib gələ bilməyəcək. ABŞ-ın Müharibə Araşdırmaları İnstitututu da rəsmi Vaşinqtonun Ukrayna qüvvələrinin effektiv müdafiə əməliyyatlarını aparmaq imkanını məhdudlaşdırdığını bildirib. Bu arada ABŞ Konqresi, axır ki, Ukraynaya hərbi yardım paketini Nümayəndələr Palatasının səsverməsinə çıxarmaq planını açıqlayıb. "The Guardian" qəzeti  yazır ki, Konqresin alt palatasının respublikaçı spikeri Mayk Conson Senatın fevralda səs verdiyi 95 milyard dollarlıq yardımı dörd fərqli yardım paketinə bölməyi təklif edib. Sözügedən yardımın 60 milyardı Ukraynaya, 14 milyardı İsrailə, 5 milyard dolları, Tayvan da daxil, Sakit okean hövzəsindəki müttəfiqlərə verilməlidir. Spikerin təklifi bunların hər birinin ayrı-ayrılıqda səsverməyə çıxarılması ilə bağlıdır. İndi qanun layihələrindən biri Ukrayna, digəri İsrail, üçüncüsü Tayvan və Hind-Sakit okean hövzələrindəki müttəfiqləri, dördüncüsü isə "TikTok"un ABŞ-da yasaqlanması, İrana sanksiya tətbiqi və Ukraynaya yardımın kreditə çevrilməsi kimi bir-birindən fərqli xarici siyasət öncəlikləri üçün nəzərdə tutulacaq. Ukraynaya təklif olunan yardımın çoxu Amerika şirkətlərinin istehsal etdiyi silahların maliyyələşdirilməsinə yönəldiləcək. Mahiyyəti baxımından, Conson Ukraynaya yardımı İsrailə nəzərdə tutulan yardımdan ayırmağı təklif edir. Respublikaçıların çoxu Ukraynaya yardıma qarşı olduğu və bu təklifi alt palatada aylarla süründürdüyü halda, İsrailə yardım təklifi əksər millət vəkili arasında populyardır. Deməli, Ukraynaya yardımın verilməsi yenə ciddi sual altındadır. 

Nə qədər ziddiyyətli olsa da, Qəzza üçün humanitar yardım bu qanun layihələrinin heç birinə əlavə olunmaya bilər. Senatın fevralda qəbul etdiyi qanun layihəsində Qəzzaya 9 milyard dollarlıq yardım nəzərdə tutulmuşdu. Düzdür, Qəzzaya yardım bu paketlərə əlavə edilə də bilər; demokratlar bunun danışıq mövzusu olmadığını deyirlər. ABŞ-Meksika sərhədinin güvənliyinə dair də hər hansı müddəa yoxdur. Conson aylarla bu müddəanın olmamasını Senatda qəbul edilən yardım paketini alt palatada müzakirəyə çıxarmamasının əsas səbəbi kimi göstərib. Beləliklə, qanun layihələrindən hər biri ayrı-ayrılıqda səsverməyə çıxarılacaq. "The Guardian"ın xəbərində bu prosesin çətin ola biləcəyi deyilir. Respublikaçılar Nümayəndələr Palatasında cəmi iki yer fərqi ilə çoxluqdadırlar. Corciyalı millət vəkili Marcori Teylor Qrin dərhal bu qanun layihəsini fırıldaq adlandırıb: "İsrailin yardımı Ukraynaya yardımın girovu olmamalıdır. Amerika xalqının yardımın hər bir komponentinə dair senatorların mövqeyini bilmək haqqı var". Nümayəndələr Palatasının qaydalarına görə, mətnin çıxması ilə qanun layihəsinin səsverməyə çıxarılması arasında, azı, üç gün vaxt olmalıdır. Alt palatanın aprelin 18-də daha bir fasiləyə çıxacağı nəzərə alınsa, hər hansı nəticə əldə olunanadək bir neçə həftə keçəcək. Nümayəndələr Palatasından keçən hər bir qanun layihəsi daha sonra yenidən təsdiqlənmək üçün Senata geri göndəriləcək. Qanun layihələrinin təsdiqinə  bunlar fonunda heç bir təminat yoxdur. Ancaq göründüyünə görə, Consonun başqa seçimi yox idi. İfrat sağçı respublikaçı üzvlərin bir çoxu Ukraynaya yardıma qarşıdır. Bəzi üzvlərsə o və Senat qanun layihəsini yenidən Nümayəndələr Palatasında səsverməyə çıxararsa, Consonu vəzifəsindən uzaqlaşdırılacaqları ilə hədələyir. Conson Co Baydenlə telefon söhbətində yardım paketinin hissələrə bölünməsinin tək çıxış yolu olduğunu deyib. Ukraynada cəbhədə duruma gəlincə, əsasən, Donetsk bölgəsinə fokuslanan Rusiya ordusu, yavaş da olsa, irəliləyir. İndi Rusiya qoşunları strateji önəmli Çasov Yar şəhərini ələ keçirməyə çalışır. Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Oleksandr Sırski bu xüsusda qeyd edir: "Son günlərdə şərq cəbhəsində vəziyyət önəmli ölçüdə pisləşib". O bildirib ki, Rusiya Çasov Yarı faşist Almaniyası üzərində qələbənin qeyd olunacağı 9 mayadək ələ keçirməyə ümid edir. NATO-nun avropalı üzvlərinin hərbi və maliyyə dəstəyindən başqa, Çexiyanın başçılığı ilə Ukraynaya yüz minlərlə artilleriya mərmisinin alınmasını nəzərdə tutan beynəlxalq təşəbbüs də gündəmdədir. Çexlər dünyanın müxtəlif ölkələrindən mərmiləri hökumət rəsmiləri və özəl şirkətlər vasitəsilə Ukraynaya çatdırmağı qarşılarına məqsəd qoyublar. Mərmilərin ilk dəstəsinin iyunda Kiyevə çatdırılacağı gözlənilir. Amma prosesə bəzi Avropa ölkələri etiraz edir. Bu ayın əvvəli NATO baş katibi Yens Stoltenberq Ukrayna üçün 100 milyard avro həcmində misli görünməmiş beşillik hərbi yardım paketi təklif edib. Təşəbbüsün məqsədi NATO-nun üzərinə Kiyevə silah dəstəyinin koordinasiyası ilə bağlı daha çox məsuliyyət qoymaqla ABŞ-ın hərbi yardımına dair gələcəkdə ortaya çıxa biləcək hər hansı qeyri-müəyyənliyin təsirini azaltmaqdır. Hazırda əksər NATO üzvləri Ukraynaya silah yardımını ikitərəfli qaydada gerçəkləşdirirlər. Ekspert və diplomatlar Stoltenberqin planının hələ çox ilkin mərhələdə olduğu barədə xəbərdarlıq edir. Onlar bildirirlər ki, 100 milyard avro kimi böyük məbləğin qəbul edilib-edilməyəcəyi də hələ bilinmir. Baş katibin bu planının qəbulu NATO-nun 32 üzvü arasında konsensus sayəsində mümkün ola bilər. Alyansın  üzvü  olan Macarıstan artıq bu plana qarşı çıxıb.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqaviləsi imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ