Cümə axşamı günü, 05 noyabr 2026
     

Səfir Sobhani işğalçı erməni silahlısının Azərbaycan torpağında məhv edildiyini unudur...

Image


Faiq Ələkbərli: "İşğalçı erməni əsgərlərinin Azərbaycan ərazilərində məhv edilməsini Sobhaninin faciə sayması göstərir ki, Tehran rejiminin islam dininə, islam əxlaqına heç bir aidiyyəti yoxdur"

Tehran rejiminin Azərbaycana qarşı yeritdiyi qərəzli siyasətin nəticəsidir ki, molla hökumətinin rəsmiləri və diplomatları tez-tez öz bəynatlarında ölkəmizi hədəfə alırlar. 

Özünü islam dininin "dayağı" kimi qələmə verən mollakratiya, əslində, hər zaman Azərbaycan da daxil olmaqla müsəlman ölkələrinə qarşı düşmən münasibət göstərir. Biz bunun növbəti ifadəsini İranın Ermənistandakı səfiri Mehdi Sobhaninin bu günlərdə İrəvanda verdiyi antiazərbaycan açıqlamasında bir daha gördük. 

Ermənistana səfir göndərildikdən qısa müddət sonra Sobhani bu ölkənin maraqlarına uyğun davranışlar sərgiləməyə başladı. Məlum olduğu kimi, Sobhani  bildirib ki, "ikinci Qarabağ müharibəsində erməni əsgərləri İsrail silahı ilə öldürülüb".

Qəribədir, Tehran rejimi hər zaman dildə deyir ki, Azərbaycanla dostluq münasibətləridə maraqlıdır.  Belə bəyanatlar verən rejim özünün Ermənistandakı səfirinin cəfəng açıqlamalarına niyə imkan verir?

İşğalçı Ermənistanın əsgərlərinin ölümünə göz yaşı tökən, yas tutan Sobhani görəsən bir dəfə özünə sual verirmi ki, erməni hərbiçiləri, əsgərləri Azərbaycan torpaqlarında nə edirdilər? O ərazilərə niyə gəlmişdilər ki, burada da məhv edildilər? 

Maraqlıdır ki, özünü müsəlman, şiə dövləti adlandıran İran İkinci Qarabağ müharibəsində təcavüzkar Ermənistana böyük dəstək verib. 

Azərbaycan əsgərlərinin özünü müsəlman, şiə adlandıran İranın işğalçı Ermənistana ötürdüyü kəşfiyyat məlumatları, hərbi texnika üçün yanacaq və İran üzərindən də daşınan silahlarla öldürülməsi,

İranın birbaşa iştirakı ilə işğal olunmuş Azərbaycan şəhər və kəndlərinin xarabalığa çevrilməsi

İranın Qarabağda təhqir edilmiş dini abidələrin dağıdılmasına susqunluğu da faktdır. Bu faktı danmaq, inkar etmək mümkün deyil. 

"İkinci Qarabağ müharibəsində erməni əsgərləri İsrail silahı ilə öldürülüb" kimi cəfəng fikirlər səsləndirən Sobhaniyə sual vermək lazımdır ki, sizin 30 ildə Ermənistana verdiyiniz silahlar, verdiyiniz hərbi dəstək nəticəsində öldürülən Azərbaycan əsgərləri necə olsun, niyə bu barədə də danışmırsız? Bu həmin Tehran rejimidir ki, Azərbaycanla sərhəddə təlimlər keçirdi. 30 il ərzində torpaqlarımız işğal altında olan vaxtlar Azərbaycan-İran sərhədini qorumadılar. Sərhədi başlı-başına buraxmışdılar, narkotik ticarəti, qaçaqmalçılıq və sair tüğyan edirdi. Amma Azərbaycan öz ərazilərini işğaldan azad edən kimi gətirib ora qoşun yığdılar və hərbi təlimlər keçməyə başladılar. 32 nəfər hərbi təlimçini müharibədən sonra Qarabağa göndərdilər. Bununla yanaşı əvvəl də, sonra da Ermənistana hərbi dəstək verirdilər, Ermənistanın ərazisindən Qara dənizə çıxış üçün yol çəkmək istəyirdilər. Bəs bunların axırı nə olacaq? Bütün bunlar molla rejiminin əməlləridir ki, bununla bağlı bütün suallar açıqdır. 

"Adında "islam" sözü olan bu rejim 30 il müddətində Ermənistanın müsəlman dini abidələrinə, məscidlərə, müqəddəs ocaqlara qarşı həyata keçirdiyi vandalizm, murdarlama aktlarına bir dəfə də olsun reaksiya vermədi" 

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, BAO sədrinin müavini, siyasi ekspert Faiq Ələkbərli "Bakı-Xəbər"ə şərhində bildirdi ki, İran adlanan ölkə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra mütəmadi olaraq bizi təhdid edib, böhtan və iftiralar atıb. "Tehran rejimi zaman-zaman özünü dost, yaxşı qonşu kimi qələmə verməyə cəhdlər etsə də, bu heç zaman alınmayıb, heç vaxt da alınmayacaq. Çünki İran adlanan ölkənin rəhbərliyi müstəqil Azərbayacanın varlığına dözə bilmir, onun varlığını ortadan qaldırmaq üçün istənilən yalana, böhtana, şərə əl atır. Bu anlamda İranın Ermənistandakı səfiri Mehdi Sobhaninin Azərbaycana qarşı yeni ittihamları gözlənilməz deyildi. Çünki səfir öz cəfəng açıqlamasında az qala ikinci Qarabağ savaşını Azərbaycanla Ermənistan arasında getmədiyini iddia edib. Bilirsiz ki, Tehran rejimi bir sıra hallarda bu müharibədə Türkiyənin və İsrailin iştirakını dolayı yolla həmişə iddia edib. Əlbəttə, bu iddia tamamilə qəbuledilməzdir. Ona görə ki, Birinci Qarabağ savaşında da, İkinci Qarabağ müharibəsində də Ermənistana və onun arxasında dayanan hərbi güclərə qarşı Azərbaycan əsgəri döyüşüb və düşməni məhv edib. Azərbaycan əsgərinin qalib əsgər olması Ermənistandan daha çox İran adlanan ölkəni narahat edir. Azərbaycan əsgəri təkcə 10-11 milyonluq əhalisi olan Azərbaycan dövlətinin deyil, bütövlükdə 50-60 milyonluq Azərbaycan xalqının əsgəridir. Amma onlar bunu həzm edə bilmirlər, ona görə də bu cür hədyanlar danışırlar. 

Erməni əsgərinin İsrail silahı ilə öldürüldüyünü iddia edən Sobhani etiraf etsin ki, Azərbaycan əsgərinə güllə atan işğalçı Ermənistan əsgəri də İranın onlara verdiyi, eyni zamanda İran üzərindən daşınan   silahlardan atılan güllə ilə şəhid edilib. Azərbaycan əsgəri öz torpağını işğaldan azad etmək naminə döyüşdü və ərazilərimizi işğaldan azad edərək qalib gəldi. Erməni əsgərlərinin hansı ölkənin silahı ilə öldürüldüyü mühüm deyil, mühüm olanı Azərbaycan əsgərinin işğalçı dövlətinin əsgərlərini öldürməsi, məhv etməsidir ki, bunu əsgərimiz etdi. Bu müharibənin əsas qəhrəmanı Azərbaycan əsgəri oldu və burada əsas rolu bizim əsgərimiz oynadı"-deyə bildirən F.Ələkbərli vurğuladı ki, Azərbaycan öz hərbi sistemini gücləndirmək və müdafiə qabiliyyətini artırmaq  üçün beynəlxalq qanunlar çərçivəsində Türkiyədən, İsraildən, Rusiyadan, ABŞ-dan və başqa ölkələrdən silah, hərbi texnika ala bilər, ancaq burada vurğunu xüsusilə İsrailin üzərinə qoymaq bu çoxüzlülüyün, riyakarlığın nəticəsidir. "Ümumiyyətlə, işğalçı erməni əsgərlərinin Azərbaycan ərazilərində məhv edilməsini Sobhaninin faciə sayması göstərir ki, Tehran rejiminin islam dininə, islam əxlaqına heç bir aidiyyəti yoxdur. Bu nəinki islam əxlaqına, islam dininə, eləcə də insanlığın özünə aid olmayan bir məsələdir. 

İkinci Qarabağ savaşına qədər təxminən 30 illik bir müddətdə erməni əsgəri və onların arxasında dayananların Azərbaycan xalqının başına hansı faciələr açdığı məlumdur. Təkcə Xocalı soyqırımını qeyd etmək kifayət edər ki, dünya erməni vəhşiliyinin, erməni terrorunun, qaniçənliyinin əsl simasını görsün. Amma molla rejimi bunu qeyd etmir. Riyakar, ikiüzlü siyasət yürüdən rejim bir tərəfdən Azərbaycanla dostluq, mehriban qonşuluq əlaqələrindən danışır, digər tərəfdən də ölkəmizə qarşı bu cür qərəzli mövqe tutur, düşmənçilik edir. Erməni əsgərini mifləşdirmək, Azərbaycan əsgərinin qələbəsinə kölgə salmaq istəyirlər, bu isə qəbuledilməzdir. Adında "islam" sözü olan bu rejim 30 il müddətində Ermənistanın müsəlman dini abidələrinə, məscidlərə, müqəddəs ocaqlara qarşı həyata keçirdiyi vandalizm, murdarlama aktlarına bir dəfə də olsun reaksiya vermədi. Ermənilər Qarabağda məscidlərə donuz bağladılar, orada insanlığa zidd olan hər cür əxlaqdan kənar işlər görülər. Amma özünü müsəlman dövlət sayan İran ortaya mövqe qoymadı. Halbuki, o seyrçi qalmamalı idi. Bu bir daha onu deməyə əsas verir ki, Tehran rejiminin dini və siyasi rəhbərliyi üçün islam dininin heç bir əhəmiyyəti yoxdur, onlar üçün öz rejimlərinin ömrünü uzatmaq və Ermənistanın varlığı əhəmiyyətlidir. Fikrimcə, hələ də İran üçün Zərdüştilik, atəşpərəstlik islam dinindən daha önəmlidir. Onların islam dininə, islam əxlaqına, islam dəyərlərinə münasibəti ikiüzlülükdür, maskalanma xarakteri daşıyır. Əslində, ermənilərə də münasibətləri onu göstərir ki, onlar öz işlərini keçmişləri, atəşpərəstlik və Zərdüştlük üzərində qururlar. Ermənilər üçün xristian, İran üçün də müsəlmanlıq bu anlamda heç bir əhəmiyyət kəsb etmir. Görünür, onları birlışdirən hansısa keçmiş amillərdir"-deyə qeyd edən F.Ələkbərli sonda onu da dedi ki, Sobhaninin bu iddiası qətiyyən bir diplomata yaraşmayan haldır, peşəkar diplomat bu cür çiy söz danışmaz. O əlavə etdi ki, səfirin və İran rəsmilərinin antiazərbaycan bəyanatları bu rejimin germək mahiyyətini bir daha ortaya qoyur. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ