Cümə axşamı günü, 05 noyabr 2026
     

Brüssel razılaşmalarının icrası başlandı - Qərb Ermənistanı silahlandırmağa start verdi...

Image


Brüsseldə Ermənistan-Avropa İttifaqı-ABŞ arasında aprelin 5-də keçirilən üçtərəfli görüşün getdikcə yeni təhlükəli təfərrüatları üzə çıxır. Hətta Ermənistanın baş naziri Nikol Paşinyanın bağlı qapılar arxasında Avropa İttifaqı və ABŞ-ın hərbi təhlükəsizliklə bağlı təqdim etdikləri pakta imza atması barədə deyilənlər də tədricən öz təsdiqini tapır. 

Qeyd edilənlər fonunda artıq o da bəlli olub ki, Brüsseldə Avropa İttifaqının Sülh Fondundan Ermənistana yardım göstərilməsinə dair ilkin razılıq əldə olunub. "Azatutyun" radiosu Avropa İttifaqının İrəvana 10 milyon avro ayırmağı planlaşdırdığını təsdiqləyən diplomatik sənədlər əldə edib. Həmin məbləğ 30 ay ərzində xərclənməlidir. Sənədə əsasən, vəsait bir batalyon səviyyəsində ordu bölməsi üçün modul tipli səhra düşərgəsinin yaradılmasına sərf olunacaq ki, bura bir tibb məntəqəsi də daxildir.

Sənəddə deyilir: "Bu dəstəyin məqsədi Ermənistan Silahlı Qüvvələrinin dayanıqlığını və sabitlik imkanlarını artırmaq, bununla da böhran və fövqəladə hallar zamanı mülki insanları daha yaxşı qorumağa kömək etməkdir". Avropa İttifaqının Sülh Fondu 2021-ci ildə yaradılıb. Məqsəd sülhü təşviq etmək, münaqişələrin qarşısını almaq və dünyada beynəlxalq təhlükəsizliyi gücləndirmək üçün qeyri-öldürücü silah və ya vasitələrin əldə edilməsi üçün vəsait təmin etməkdir. Amma bu gün sözügedən fond, faktiki olaraq, Ermənistanın hərbi ehtiyaclarının qarşılanmasına yardım edir. Son illərdə bu fonddan yardımı, məsələn, ittifaqa üzvlük üçün müraciət etmiş Gürcüstan, Ukrayna və Moldova alıb. Onların hər üçünün Rusiya ilə ərazi problemi var. Beləliklə, Avropa İttifaqının Sülh Fondu həm də, faktiki olaraq, Rusiya əleyhinə fəaliyyəti dəstəkləyir. Ermənistan bu fonddan istifadə etmək üçün ötən il müraciət edib. Ötən ilin oktyabrında İrəvana gələn Fransanın ovaxtkı xarici işlər naziri  Ketrin Kolonna  bu məsələ ilə bağlı Avropa İttifaqının Xarici İşlər Nazirliyinin rəhbərinə şəxsən müraciət etdiyini bildirib. Bundan əvvəl Avropa İttifaqı Xarici İşlər Nazirliyi rəhbərinin mətbuat katibi bildirmişdi ki, sözügedən  məsələ üzrə irəliləmək üçün bütün üzv dövlətlərin razılığı lazımdır. Hazırda, mənbənin sözlərinə görə, belə bir razılaşma mövcuddur və yaxın həftələrdə layihə yekun təsdiq üçün təqdim olunacaq. Avropa İttifaqının Sülh Fondu bunlara paralel olaraq Gürcüstana ikinci yardım paketinin verilməsi ilə bağlı ilkin razılaşmanın da olduğunu bəyan edir.  Bu dəfə Tiflisə 30 milyon avronun ayrılması nəzərdə tutulur. Gürcüstana verilən dəstəyin istiqaməti də genişdir. Bu yardım hesabına, Ermənistandan fərqli olaraq, Tiflisə artilleriya bölmələrinin idarə olunması və onların əməliyyatlarına nəzarət üçün avadanlıq, mühəndislik, kibermüdafiə və tibbi avadanlıqların verilməsi planlaşdırılır. Perspektivdə analoji yardımların Ermənistana göztərilməsi də planlaşdırılır. 

Avropa İttifaqının Ermənistandakı səfiri Vasilis Maraqos iddia edir ki, qurum Ermənistanı öldürücü olmayan silahlarla dəstəkləməyi nəzərdən keçirir: "Avropa İttifaqı Ermənistan silahlı qüvvələrini öldürücü olmayan silahlarla dəstəkləməyi nəzərdən keçirir. Söhbət əsaslı dəstəkdən gedir. Ümid edirəm ki, potensialımızı gücləndirə bilərik". Bundan başqa, yayılan xəbərlərə görə, Birləşmiş Ştatlar Brüsseldə İrəvan üçün yeni hərbi doktrinanın işlənib hazırlanmasını, hətta strateji müdafiə icmalının həyata keçirməsini təklif edib. Yeni hərbi doktrina Ermənistanın əvvəlki müdafiə strategiyalarının yenidən nəzərdən keçirilməsi ilə yanaşı, ölkənin milli təhlükəsizlik məsələlərinə yeni yanaşmanı nəzərdə tutur.  Təbii ki, sazişin hədəfi həm də Rusiyadır. Elə bu fonda Paşinyana yaxınlığı ilə tanınan "Respublika Naminə" partiyasının rəhbəri, keçmiş deputat Arman Babacanyan Rusiyanın Ermənistan ərazisində mövcudluğunun azaldılmasını təklif edir: "Rusiyanın hərbi-siyasi və iqtisadi orbitində qalmaq Ermənistana hər gün təhlükə gətirəcək". "Respublika" partiyasından olan Anahit Adamyan isə qeyd edir: "Ermənistan Respublikasının təkcə KTMT-ni deyil, MDB və Aİİ-ni də tərk etməli olduğu danılmazdır". Brüssel görüşündə razılaşdırılmış yeni planda nəzərdə tutulan məsələlərdən biri də sərhəd nəzarəti və təhlükəsizliyidir. Burada İranla bağlı məqamlar da öz əksini tapıb. Belə ki, xüsusi diqqət İranla sərhədə ayrılacaq. İran üçün təhlükəli olan ABŞ-ın Ermənistana analitik qruplar göndərəcəyidir. Qrup Ermənistanın hava hücumundan müdafiəsi imkanlarını yenidən qiymətləndirəcək. Belə bir addım ABŞ-ın Rusiya və KTMT-nin regionda təsirini azaltmaq istəyinin tərkib hissəsidir. Avropa İttifaqı bunlar fonunda Ermənistan ordusuna dəstək məqsədilə fəaliyyətini genişləndirəcək. Heç şübhəsiz, məhz bu gedişlər hesabına Qərb Ermənistanı Cənubi Qafqazda bir silahlı forpost kimi yaratmaq niyyətindədir. Bu bir daha göstərir ki, Azərbaycan sammitin regionda gərginliyə xidmət etməsi və gələcəkdə çox böyük fəsadlar törədəcəyi barədə mövqeyində nə qədər haqlıdır. Beləliklə də hadisələrin bundan sonrakı bütün mənfi ssenari üzrə inkişafının məsuliyyəti Ermənistanın və onun havadarlarının üzərindədir. 

Ramil QULİYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ