Cümə axşamı günü, 05 noyabr 2026
     

Ermənistanla sülh sazişi müzakirəsinin yeni dövrü başlayır(?)...

Image


Abutalıb Səmədov: "Əslinə qalsa, Rusiya artıq vasitəçilik funksiyasını itirmişdi, danışıqlarda Rusiyanın rolu, demək olar ki, yox idi"

Rusiya sülhməramlıları Qarabağı tərk edir. Rəsmi məlumata görə, Azərbaycan və Rusiya rəhbərliyinin birgə qərarına əsasən rus sülhməramlıları vaxtından əvvəl bizim ərazidən gedirlər.

Rusların gedişindən sonra Ermənistan-Azərbaycan sülh danışıqları prosesində nə kimi yeniliklər gözlənilir?

"Rus sülhməramlılarının Qarabağı tərk etməsi Azərbaycan-Ermənistan sülh danışıqlarına elə bir ciddi təsir göstərməyəcək" 

Məsələ ilə bağlı şərh verən "Alyans" Strateji Araşdırmalar Mərkəzinin sədri, siyasi ekspert Abutalıb Səmədov "Bakı-Xəbər"ə şərhində "Rusiya sülhməramlılarının vaxtından əvvəl Azərbaycan ərazisini tərk etməsi bizim hamımız üçün çox böyük sevindirici hadisədir. "Bişkek bəyanatı"nda Putin bu gedişin siqnallarını vermişdi və demişdi ki, əslinə qalsa, bizim Qarabağda qalmağımız formal xarakter daşıyır, artıq ermənilər də, təmas xətti də, qarşı duran tərəflər də  yoxdur, bu baxımdan, rus sülhməramlılarının Qarabağda yerləşməsi əhəmiyyətini itirib. O bəyanata baxmayaraq, təbii ki, müəyyən narahatlıqlarımız qalmışdı. Müxalifət də gecə-gündüz bəyan edirdi ki, rusların ümumiyyətlə getmək fikri yoxdur, orda hərbi baza yaratmaq istəyirlər, guya orda özləri üçün binalar, yataqxanalar, evlər tikirlər. Ancaq onların dedikləri yenə də olmadı. Məlum oldu ki, 10 noyabr 2020-ci ildə Skandinaviya sülhməramlılarının deyil, Rusiya sülhməramlılarının bölgədə yerləşdirilməsi  barədə Azərbaycan Prezidentinin  qəbul etdiyi və bizim də müdafiə etdiyimiz qərar çox düzgün qərar olub. Təbiidir ki, biz müxalifətdən üzrxahlıq gözləmirik, onlar əsl "siyasətçilər" kimi hərəkət edirlər, əvvəl proqnozlar verirlər, ittihamlar səsləndirirlər, sonra dedikləri yalan çıxanda da özlərini heç nə olmamış kimi aparırlar.  

Bu hadisə sülh danışıqlarına necə təsir edə bilər? 

Rus sülhməramlılarının Qarabağı tərk etməsi Azərbaycan-Ermənistan sülh danışıqlarına elə bir ciddi təsir göstərməyəcək. Bu addım artıq rusların vasitəçilik imkanlarını son həddə qədər azaldacaq. Çünki Rusiya sülhməramlıları çıxarmaqla Cənubi Qafqazda özünün mühüm təsir imkanını itirmiş oldu. 

Əslinə qalsa, Rusiya artıq vasitəçilik funksiyasını itirmişdi, danışıqlarda Rusiyanın rolu, demək olar ki, yox idi. Çünki Ermənistan qəti şəkildə Rusiyanın vasitəçiliyini qəbul etmirdi. Ancaq rus sülhməramlılarının Qarabağda yerləşməsi müəyyən qədər rusları da bu prosesə qoşmağı məcburi edirdi.  

Hansısa formada rusların da iştirakı sülh danışıqlarında zəruri idi. Artıq sülhməramlılar da çıxır, Ermənistan və Qərb qətiyyətlə Rusiyanı bu prosesdən uzaqlaşdırmaq istəyir və yalnız Qərb platformasına üstünlük verilməsini tələb edirlər. Azərbaycan hər yerdə danışıq aparmağa hazır olduğunu dəfələrlə bildirib. Yalnız bir şərt qoyub: vasitəçi tərəfsiz və ədalətli olmalıdır. Çox təəssüf ki, Qərb ölkələri bu tələblərə sona qədər cavab vermirlər. Açıq şəkildə Ermənistan mövqeyində durduqlarını öz imzaları ilə təsdiq ediblər. Bu səbəbdən Qazaxıstanın son təşəbbüsü təqdirəlayiq bir addımdır. Danışıqların Qazaxıstanda keçirilməsi sülh sazişinin imzalanmasını sürətləndirə bilər. Rusiyanın bu prosesdən çəkilməsi Qazaxıstanın əhəmiyyətini bir az da artırır. Əgər Ermənistan konstruktiv mövqe tutsa və Qazaxıstanda danışıqlar aparmağa razılıq versə, sülh sazişini bu il imzalamaq tamamilə realdır"-deyə A.Səmədov qeyd etdi. 

A.Səmədov onu da vurğuladı ki, Ermənistan yalnız Qərb ölkələrinin iştirakı ilə keçirilən danışıqları qəbul etdiyini və danışıqların da məhz Vaşinqtonda, Brüsseldə və başqa bir Qərb şəhərində aparılmasını istəyirdi. A.Səmədovun sözlərinə görə, bu da, təbiidir ki, prosesi ləngidir və yəqin ki, bundan sonra da ləngitməkdə davam edəcək. Ermənistanın Gürcüstanda danışıqlar aparmaq barədə təklifimizi qəbul etmədiyini deyən A.Səmədov qeyd etdi ki, sərhəddə danışıqlar təklifimiz də, Türkiyənin vasitəçilik istəyi də onlar tərəfindən qəbul edilməyib. "Qeyd etdiyim kimi, Qazaxıstan prezidenti yeni bir platforma təklif edib ki, danışıqlar onun ölkəsinin ərazisində keçirilsin və çox güman, o təklif də qəbul olunmayacaq. Təbii ki, bu da sülh danışıqlarını ləngidən bir amildir. İkincisi, çox təəssüf ki, Qərb birmənalı şəkildə Ermənistanın mövqeyini müdafiə edir və Avropa siyasi birliyinin ötən il keçirilən Qranada sammitində onların imzaladığı bəyanat sülh danışıqlarına böyük zərbə vurdu. Bu səbəbdən Azərbaycan da Qərb platformasına ciddi etimad göstərmir. Paşinyanın son günlər atdığı addımlar, işğal altında olan kəndlərimizi qaytarmaq  üçün erməniləri dilə tutması,  şübhəsiz ki, müsbət hadisələrdir. Müəyyən qədər ümidləri artırır. Ancaq bu addımlar kifayət deyil, danışıqlarda konstruktiv mövqe tutulmalıdır və öz istəyini qəbul etdirmək siyasətindən imtina olunmalıdır. Növbədə yəqin ki, Rusiya sərhədçilərinin və 102-ci hərbi bazanın çıxardılması istiqamətində addımlar olacaq. Belə görünür ki, Rusiya hərbi iştirakını Cənubi Qafqazda nəyin bahasına olursa olsun saxlamaqda israr etməyəcək, yaxud Ukrayna məsələsini qurtarana qədər mövqelərini müəyyən qədər yumşaltmaq məcburiyyətindədir. Hələlik, Ukrayna müharibəsinin də sonu görünmür. Baxmayaraq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan kifayət qədər maraqlı bir sülh təklifi ilə çıxış edib. Ancaq Ukrayna onu qəbul etmək istəmir, ABŞ-ın yardımı da ləngiyir. Aprelin 20-də keçirilməsi planlaşdırılan səsvermə Nümayəndələr Palatasının mövqeyinin nədən ibarət olduğunu bir daha ortaya qoyacaq. Əgər Ukraynaya yardım üçün nəzərdə tutulan 60 milyard dollar barədə qərar qəbul olunsa, bu, təbiidir ki, bölgədə vəziyyəti dəyişəcək və Ukraynanın münasibəti də əvvəlki kimi qalmaqda davam edəcək. Ancaq yenə də yardım ləngisə, Ukraynanın qəbul etməyəcəyi hadisələr baş versə, bu, Ərdoğanın sülh təklifinə münasibəti də dəyişə bilər. Bir sözlə, keçmiş Sovetlər İttifaqı məkanında çox maraqlı hadisələr baş verir və bu hadisələrin reallaşmasında da Azərbaycan mühüm rol oynayır"-deyə A.Səmədov bildirdi.  

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ