Cümə günü, 28 avqust 2026
     

Kanak xalqı dekabrda Fransaya qarşı yeni üsulla mübarizəyə başlayacaq - Bakıda konfrans keçirildi...

Image


Aprelin 18-də Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib.

Konfransda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin və Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Yeni Kaledoniya Konqresinin İnfrastruktur, ərazi planlaşdırılması, davamlı inkişaf, energetika, nəqliyyat və rabitə komitəsinin, həmçinin ölkənin Kənd Təsərrüfatı Agentliyinin sədri xanım Naisseline Omayra, Yeni Kaledoniyanın Mare şəhərinin bələdiyyə müşaviri Janin Guaenere və digər şəxslər iştirak edib.

Tədbirdə çıxış edən Yeni Kaledoniya Konqresinin İnfrastruktur, ərazi planlaşdırılması, davamlı inkişaf, energetika, nəqliyyat və rabitə komitəsinin sədri xanım Naisseline Omayra "Bizə göstərdiyi dəstəyə, müstəmləkəçiliyə qarşı və müstəqillik uğrunda mübarizəmizdə yanımızda olduğuna görə Azərbaycan dövlətinə təşəkkür edirik"- deyə bildirib.

O qeyd edib ki, Yeni Kaledoniyada nümayişlərdə minlərlə insan küçələrə axışaraq həm kanak, həm də Azərbaycan bayraqlarını birgə qaldırıb.

"Doğrudan da bizim üçün tarixi gündür. Çünki biz bu gün Azərbaycan Milli Məclisinin sədri ilə iki ölkə arasında əməkdaşlıq memorandumu imzaladıq. Bu, özündə siyasi dəstəyi ehtiva edir. Eyni zamanda, bundan sonra iqtisadiyyat, mədəniyyət, ətraf mühit kimi sahələrdə əməkdaşlığımızı inkişaf etdirə biləcəyik. Bizim üçün yeni bir səhifə açılır. Bu gün iki xalq arasında yeni tarixin başlanğıcını qoyuruq", - deyən xanım Omayra bildirib ki, bu gün Fransa dövləti öhdəliklərinə hörmət etmir, tərəfsiz olaraq qalmır. "Fransanın bizim ölkəmizdəki seçkiyə müdaxiləsi xalqımızın mənafeyinə uyğun deyil. Bu, bizim ölkəmizdəki demokratik mühitə və stabilliyə mənfi təsirini göstərə bilər", - deyə O.Naiselin əlavə edib.

Yeni Kaledoniya Senatının üzvü Ludovik Bula deyib ki, biz getdikcə öz dəyərlərimizi, mənsubiyyətimizi itiririk. Yeni Kaledoniya Fransa tərəfindən bloklanmış vəziyyətdədir. O qeyd edib ki, Yeni Kaledoniya öz dəyərlərini gələcək nəsillərə ötürməlidir.

"Biz çalışırıq ki, öz dəyərlərimizi, mənsubiyyətimizi gələcək nəsillərə ötürək, gənclərimizə dəstək verək, lakin bizim çox resurslarımız yoxdur. Bizə dəstək göstərdiyinə görə Azərbaycana təşəkkür edirik. Bizim Azərbaycana səfərimiz çox səmərəli oldu. Azərbaycan dünyaya nümunə olacaq bir ölkədir", - deyə o əlavə edilib.

Yeni Kaledoniya senatının üzvü Moris Vimian isə bildirib ki, ölkəsinin dəstəyə ehtiyacı var: "Azərbaycan Yeni Kaledoniya xalqına yardım əlini uzadıb və buna görə Azərbaycana xalqımız, dövlətimiz və senatımız adından təşəkkür edirik.

Kanak xalqı axıradək öz müstəqillik mübarizəsini davam etdirəcək".

M.Vimian bildirib ki, Yeni Kaledoniyanın siyasi rəhbəri xalqının yanındadır və onu dəstəkləyir.

Fransanın müstəmləkəçilik siyasətindən danışan senat üzvü deyib: "Fransa artıq taktikasını dəyişib. Onlar konqresə, əyalətlərə təzyiq göstərməyə çalışırlar. Biz cari ilin dekabr ayından yeni mübarizə üsuluna keçəcəyik. Fransa təbii ki, öz müstəmləkəçilik siyasətini davam etdirəcək, amma biz də ruhdan düşməyəcəyik və sonadək mübarizə aparacağıq".

"Biz çalışırıq ki, kanak xalqının mənsubiyyətini qoruyaq. Lakin Fransanın siyasəti nəticəsində biz öz mənsubiyyətimizi itiririk".

Bu fikirləri isə Yeni Kaledoniya Senatın üzvü Lüdovik Bula səsləndirib.

Yeni Kaledoniyanın Fransa dövləti tərəfindən blokadaya alınmış vəziyyətdə olduğunu söyləyən Senat üzvü qeyd edib: "Biz istəyirik ki, öz dəyərlərimizi gələcək nəsillərə ötürək. Bu istiqamətdə Azərbaycan dövlətinin təşəbbüsünə görə təşəkkür edirik. O, bu gün imkan yaradır ki, biz öz dəyərlərimizi qorumaq üçün mübarizə aparaq. Azərbaycan bizim üçün nümunə, böyük qardaş rolunu oynayır".

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov çıxışında bildirib ki, Fransa demokratik ideyaları məhv edir və demokratik dəyərləri ucuzlaşdırır.

 "Bir həqiqət var ki, tarix hər şeyi öz yerinə qoyur. Sovet ittifaqının dağılması, Berlin divarının yıxılması və nəhayət Azərbaycanın 30 ildən sonra doğma torpaqlarını işğaldan azad etməsi tarixin hadisəsidir. Azərbaycan Vətən müharibəsində Zəfəri ilə bir çox mətləbləri dünyaya çatdırdı, maskaları yırtmağa müvəffəq oldu", - deyə komitə sədri vurğulayıb.

O, Azərbaycanın bir sıra dünya ölkələri üçün nümunə hesab olunduğunu diqqətə çatdırıb və bildirib ki, vaxt gələcək, Yeni Kaledoniya xalqı da müstəqillik mübarizəsindən qalib çıxacaq və müstəmləkəçiliyə son qoyacaq.

Deputat Tural Gəncəliyev deyib ki, Fransa bu gün başqa ölkələri barmaq silkələyərək müxtəlif məsələlərdə günahlandırır, amma öz gözündə olan tiri görmək istəmir. Bu gün Fransa yeganə ölkədir ki, müstəmləkə ərazilərini saxlayır və dənizaşırı departamenti adı altında bu müstəmləkəçilik siyasətini aparır.

O bildirib ki, Fransa 1873-cü ildən bəri kanak xalqını işğal altında saxlayır, onların bütün hüquqlarını pozur. "Fransa bu gün yeganə ölkədir ki, dünyada məskunlaşdırıcı kolonializm siyasətini davam etdirir. Təəssüflər olsun ki, hər 10 ildə biz kanak xalqının sayının azaldığını, etnik fransızların isə çoxaldığını görürük", - deyə T.Gəncəliyev qeyd edib.

ZÜMRÜD





DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Paşinyan dəmiryolları üçün Rusiyaya 400 milyon dollar geri - satış qiyməti qoydu...

Problemli bank kreditləri sürətlə artır - ciddi səbəb olduğu deyilir...

Bakı Slavyan Universitetində erməni dilinin tədrisi hansı zərurətə söykən(m)ir?...

SON XƏBƏRLƏR

27.08.2026 / 23:36
İşğalın ideoloji cəhətdən əsaslandırılması: fəhlə sinfinin hüquqları və insan haqları, bir medalın iki üzü - Professor Məhərrəm ZÜLFÜQARLI yazır...

27.08.2026 / 23:04
“Qarabağ” avrokuboklarda mübarizəni dayandırdı

27.08.2026 / 22:01
Kreml dəmiryolunu Ermənistana qaytarmaq istəmir - “Qərb Paşinyanı şantaj edir” dedi...

27.08.2026 / 21:27
Türkiyə və İsrail müharibə ərəfəsində - Kəşfiyyat rəhbərləri yenidən Bakıda görüşəcəklər...

27.08.2026 / 21:05
Azərbaycanda nağd pul dövriyyəsinə meyl hələ də güclü olaraq qalır...

27.08.2026 / 20:43
Paşinyan “erməni soyqırımını” alətə çevirən Netanyahuya ağır sözlər dedi - “son qoyulsun”...

27.08.2026 / 20:18
Paşinyan ən qatı müxalif deputatı dövlətin ən strateji postuna təyin etdi...Niyə?

27.08.2026 / 19:55
Polad Bülbüloğlu evlilik xəbərini təkzib etdi

27.08.2026 / 19:28
Paşinyan dəmiryolları üçün Rusiyaya 400 milyon dollar geri - satış qiyməti qoydu...

27.08.2026 / 19:15
Mehriban Əliyevanın ünvanına doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

27.08.2026 / 19:04
ABŞ Özbəkistanı Çinlə qanunsuz tranzit ticarət edənlərin siyahısına saldı... Azərbaycanla nə əlaqəsi...

27.08.2026 / 18:49
ABŞ-ın baş kəşfiyyatçısı Moskvada Ermənistanı da müzakirə edib...

27.08.2026 / 18:33
Putin Paşinyandan “Avrasiya referendumu” tələb edir - Ermənistan ittifaqa referendumsuz daxil olmuşdu...

27.08.2026 / 18:02
Kriminal submədəniyyət, söyüş Ermənistan ordusunun axırına çıxır...

27.08.2026 / 17:47
Şimali Kipr Türk Cümhuriyyəti və Cənubi Kipr prezidentləri razılıq əldə etdilər...

27.08.2026 / 17:34
“Narkomaniyaya yox deyək!” mövzusunda tədbir keçirilib

27.08.2026 / 17:23
“Azərbaycanın sifarişi ilə Ermənistanda tuthatutdur...” - müxalifət həm də “ideya istehsal edir”...

27.08.2026 / 17:05
Problemli bank kreditləri sürətlə artır - ciddi səbəb olduğu deyilir...

27.08.2026 / 16:48
İranla maliyyə-ticarət əlaqəsi olan ölkələrə Trampın sanksiya hədəsi etiraz doğurdu - Azərbaycanın cavabı...

27.08.2026 / 16:33
Plüralizmin inkişafı geniş beynəlxalq əlaqələr sayəsində daha dinamik xarakter alır - Azərbaycanla-Özbəkistanın timsalında...

27.08.2026 / 16:19
Türk Müdafiə Qurşağı - İlham Əliyevin birgə türk təlimləri təklifi daha da aktuallaşdı...

27.08.2026 / 16:02
Bakı Slavyan Universitetində erməni dilinin tədrisi hansı zərurətə söykən(m)ir?...

27.08.2026 / 15:50
XİN Rusiyanı Azərbaycan səfirliyinin qonaq evi qarşısındakı təxribatla bağlı tədbirlər görməyə çağırdı

27.08.2026 / 15:42
Prezident “Sabah” futbol klubuna 5 milyon manat ayrılması barədə Sərəncam imzaladı

27.08.2026 / 15:39
Bu axşam “Qarabağ”ın oyununa görə metronun iş rejimi dəyişəcək - AÇIQLAMA

27.08.2026 / 15:20
"Barselona" “Fənərbağça”nın 31 yaşlı qapıçısını transfer etdi

27.08.2026 / 15:13
Paşinyan kimin əlinə “oynayır”?

27.08.2026 / 15:04
Ərtegin Salamzadə yaradıcılığında milli ruh

27.08.2026 / 14:46
Ukraynadan Rusiyaya ağır zərbə - "Lukoil"un bütün zavodları dayandı…

27.08.2026 / 14:28
Moskva Buxarestə nota verdi, bir rumın diplomatı da ölkədən qovdu…

27.08.2026 / 14:07
Nepalda daşqınlarda ölənlərin sayı 270-ə çatdı…

27.08.2026 / 13:51
Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi

27.08.2026 / 13:34
Məktəbli geyimlərinin YENİ QİYMƏTLƏRİ açıqlandı...

27.08.2026 / 13:23
ABŞ-ın kəşfiyyat şefinin gizli Rusiya səfərinin səbəbi ortaya çıxdı - Moskvaya xəbərdarlıq edildi…

27.08.2026 / 13:11
Ceyhun Bayramov Avstriyanın yeni səfirini qəbul etdi

27.08.2026 / 12:57
Rusiya ballistik raketlərində Amerika komponentləri aşkarlandı - Ukrayna danışıqlar üçün ABŞ-a nümayəndə göndərir…

27.08.2026 / 12:41
ABŞ-dan bütün Avropanı silkələyəcək ŞOK İDDİA - Rusiya Ukraynada nüvə silahından istifadə edəcək…

27.08.2026 / 12:21
Sabahdan universitetlərə qeydiyyat başlayır - yalnız mygov üzərindən...

27.08.2026 / 12:07
Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanıldı

27.08.2026 / 11:55
Bakıda estetik mərkəzdə yoxlama - pozuntular aşkarlandı...

27.08.2026 / 11:44
DİN-dən sosial şəbəkələrdəki saxta xidmətlərlə bağlı xəbərdarlıq...

27.08.2026 / 11:26
Prezident İlham Əliyev Maya Sanduya məktub ünvanlayıb

27.08.2026 / 11:16
Podrat müqaviləsi bağlayarkən bunlara diqqət edin – Ali Məhkəmədən açıqlama...

27.08.2026 / 11:11
Ukrayna Ozon-un daha iki anbarına zərbə endirdi...

27.08.2026 / 10:51
Nepalda və Tibetdə daşqınlarda ölənlərin sayı 165-i keçdi - 1300-dən çox itkin var...

27.08.2026 / 10:36
Zelenskinin darmadağın erdiyi ticarət şəbəkəsinin sahibi Rusiyanın ən varlı qadını oldu....

27.08.2026 / 10:23
"Dövlət büdcəsində nəzərdə tutulmayan tikililərin maliyyələşdirilməsi mümkün deyil" - Xüsusi nümayəndəlik

27.08.2026 / 09:47
Sabirabadda həyətində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlandı

27.08.2026 / 09:31
Nigar Fərhad saxlanıldı

27.08.2026 / 09:06
Köçəryan barəsində iki aylıq həbs qətimkan tədbiri seçildi…

26.08.2026 / 23:33
Rəşid Behbudovun qızı Polad Bülbüloğluna yazdı - “Mənim sevimli quşcuğazım..."

26.08.2026 / 22:50
İran ordusu Qətərdən itkin düşmüş üç pilotun taleyinə aydınlıq gətirilməsini tələb etdi...

26.08.2026 / 22:26
Zelenski Trampın adamları ilə 3 maddəlik saziş mətnini razılaşdırdı...

26.08.2026 / 22:10
Müxalifət Paşinyanı devirmək üçün Rusiya sülhməramlılarını ölkəyə dəvət etmək istəyir...

26.08.2026 / 21:52
Dövlət borcumuz azalmaq əvəzinə 4 milyard artır - məmurlar belə demirdilər...

26.08.2026 / 21:37
Tibbi müəssisələrdə onlayn növbə götürənlərlə canlı növbəçilərin arasında problem böyüyür...

26.08.2026 / 21:23
Paşinyan "genosiddən və Müstəqillik bəyannaməsindən" imtina etdi...

26.08.2026 / 21:09
Azərbaycana təcavüzün 2 əsas təşkilatçı fiquru həbsə atılır - sülh sazişinin yolu açılır...

26.08.2026 / 20:53
Trampın və Netanyahunun Suriya planları Ərdoğanın Suriyadan tam sıxışdırılması ilə nəticələnə bilər...

26.08.2026 / 20:37
Özbəkistan-Azərbaycan neft əməkdaşlığının hələ görünməyən perspektivləri var...

26.08.2026 / 20:24
Köçəryan barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılır…

26.08.2026 / 20:10
ABŞ Mərkəzi Kəşfiyyatının direktorunun müəmmalı Kreml səfəri - 3 saat Putinlə nə danışdılar...

26.08.2026 / 19:57
İran Trampın oğlu Barronun başına 10 milyon dollar pul qoydu…

26.08.2026 / 19:41
Macarıstan rəsmən Rusiyanı potensial təhdidlər siyahısına daxil etdi - amma Ukraynaya da silah verməyəcək

26.08.2026 / 19:31
İran Hörmüzdə gəmiçilikdən əldə edilən gəliri Omanla bölüşəcək - razılıq əldə olundu

26.08.2026 / 19:15
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncə tədbiri keçirilib - FOTO

26.08.2026 / 18:46
Rüstəm Minnixanov Birinci vitse-prezident Mehriban Əliyevaya məktub göndərdi

26.08.2026 / 18:30
İran Omanı yola gətirdi, gəmilər yalnız İran sularından keçəcək -Trampın növbəti yanlışı...

26.08.2026 / 18:18
Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik etdi

26.08.2026 / 17:50
Özbəkistandan Mehriban Əliyevaya təbrik zəngi...

26.08.2026 / 17:46
Tokayev kişilərin görüşərkən bir-birini qucaqlayıb öpməsini sərt tənqid etdi – bu nə deməkdir?..

26.08.2026 / 17:45
Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik edib

26.08.2026 / 17:43
Matviyenko Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

26.08.2026 / 17:37
Laçın – yenidən doğulan bir Vətən

26.08.2026 / 17:29
Paşinyan əsas rəqiblərini inzibati yolla sıradan çıxarır...

26.08.2026 / 17:20
Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət ediblər - FOTO

26.08.2026 / 17:15
Tramp İranın dostları və tərəfdarlarına qarşı təhlükəli kursa başladı...

26.08.2026 / 17:01
Nəsimi rayonunda yeni körpələr evi-uşaq bağçasının açılışı oldu - FOTO

26.08.2026 / 16:57
Trampın İrana qarşı tədbirinin əks nəticəsi... Hamı BRİKS-ə, Şanxaya qoşulacaq...

26.08.2026 / 16:24
Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib - FOTO

26.08.2026 / 16:12
Şavkat Mirziyoyev Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik etdi

Plüralizmin inkişafı geniş beynəlxalq əlaqələr sayəsində daha dinamik xarakter alır - Azərbaycanla-Özbəkistanın timsalında...

XƏBƏR ARXİVİ