Cümə axşamı günü, 05 noyabr 2026
     

“Fransanın özünün timsalında “küskün” obrazı yaratmaq cəhdi gülüncdür” - Vüqar Rəhimzadə

Image


Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri aydındır. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasında əlaqələr quran Azərbaycan heç bir dövlətin daxili işlərinə müdaxilə etmir, eyni zamanda, öz daxili işlərinə müdaxiləni də yolverilməz hesab edir.

Ölkəmizin istər 30 il davam edən işğal, istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövründə əksər dünya güclərinin ikili standartlara əsaslanan siyasəti ilə üz-üzə qaldığı inkaredilməz reallıqdır. Artıq tarixin arxivinə atılmış Qarabağ münaqişəsinin həlli prosesinin 30 il uzanmasına səbəb olan amillərdən biri də məhz əksər dünya güclərinin, xüsusilə keçmiş münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirməyi öhdəsinə götürən artıq dəfn edilmiş ATƏT-in Minsk qrupunun həmsədrlərinin ikili yanaşmaları oldu. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, əgər əvvəlki illərdə, xüsusilə işğal dövründə bizi çaşdırmaq, yəni, gözdən pərdə asmaq üçün müəyyən vədlərlə cəlb etməyə çalışırdılarsa, indi o maskalar da yırtıldı və açıq-aydın burada ayırıcı xətlər müşahidə olunur: "Biz o ayırıcı xətləri çəkməmişik, biz bu ayırıcı xətlərin əleyhinəyik. Biz hətta, cəmi üç ölkənin yerləşdiyi Cənubi Qafqazda bu gün bu ayırıcı xətləri açıq-aydın görürük. Belə olan halda, bizi haradasa qəbul etmək istəməyənlərə biz baş əyməliyikmi? Qətiyyən, bu, olmayacaq!"

Prezident İlham Əliyevin bu fikirləri digər dövlətlərə ədalət, beynəlxalq hüquq "dərsi" keçməyə cəhd göstərən, amma reallıqda özü bu prinsiplərdən xəbərsiz olan Fransa kimi müstəmləkəçilik niyyətindən əl çəkmək istəməyən dövlətlərə tutarlı cavabdır. Ermənipərəst mövqeyini atdığı hər bir addımı ilə təsdiqləyən rəsmi Paris tarixi Zəfərimizdən sonra erməni sevgisini tamamilə açıq müstəviyə keçirdi. Fransa İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla münasibətləri korlamaq üçün mümkün olan bütün addımları atıb. BMT-də Azərbaycana qarşı qətnamələr qəbul etdirmək cəhdləri, Avropa İttifaqında Azərbaycan əleyhinə apardığı kampaniya, Avropa Parlamentində ölkəmiz əleyhinə qətnamələrin qəbulunda aktiv iştirak etməsi və sair kimi sıralanması bitməyən addımları bu dövlətin barışmaz anti-Azərbaycan mövqeyini nümayiş etdirir. Fransa nə 30 illik işğal dövründə münaqişənin həlli istiqamətində addım atdı, nə də postmünaqişə dövründə sülh müqaviləsinin imzalanmasına səylər göstərir. Fransanın Ermənistanı yenidən silahlandırması, yeni münaqişə ocaqları yaratmaq cəhdləri günümüzün reallıqları sırasındadır. Bu dövlət utanmadan bunları inkar edib Azərbaycanı günahlandırmaqla özünə qarşı inamsızlığı daha da artırır, ölkələr arasında əlaqələrin inkişafında əsas faktor olan etimad mühitini tamamilə sıfıra endirir. Təbii ki, Makron hakimiyyətinin xəbis niyyəti qeyd etdiklərimizlə bitmir. Belə ki, Azərbaycanın görkəmli şairi Xurşidbanu Natəvanın bu ölkədə ucaldılmış abidəsinə qarşı vandalizm aktı törədildi. Fransa hökuməti tərəfindən bunun qarşısının alınması üçün tədbirlərin görülməməsi rəsmi Parisin ölkəmiz əleyhinə apardığı fasiləsiz kampaniyanın tərkib hissələridir. Reallıq budur ki, bugünkü Fransanın işğalçı Ermənistanla heç bir fərqi yoxdur. Bu kimi addımlar hər iki dövləti oxşar və ortaq maraqların birləşdirdiyini bir daha təsdiqləyir.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə vurğulayıb ki, Laçın yolundakı ekoaksiya zamanı Fransanın "blokada şousu", Yelisey sarayının Ermənistanı silahlandırması da özündə bütün məqamları açıqlayır. Azərbaycanın Ermənistana sülh təklifini böyük narahatlıqla qarşılayan rəsmi Paris atdığı bütün addımlarında sülh müqaviləsinin imzalanmasının əleyhinə olduğunu təsdiqləyir. Müxtəlif formatlarda və tərkiblərdə keçirilən görüşlərdə Ermənistanın baş naziri  Azərbaycanın beynəlxalq hüququn 5 əsas prinsipini özündə ehtiva edən sülh təklifini dəstəklədiyi halda bu hərdəmxəyal "rəhbər" görüşdən dərhal sonra Fransanın göstərişləri əsasında tamamilə fərqli yanaşma ortaya qoyur. Aprelin 5-də Fransanın ssenarisi əsasında   təşkil edilən, açıq-aşkar regionda sabitliyə, təhlükəsizliyə qarşı olan ABŞ, Avropa İttifaqı və Ermənistanın müştərək görüşündə belə Nikol Paşinyan Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirdi. Bunları görməzdən gələn rəsmi Paris diqqəti özünün yaratdığı gərginliklərdən yayındırmaq üçün Azərbaycandakı səfirini geri çağırmağı bir çıxış yolu hesab etdi. Münasibətlərin pozulmasına yönəlmiş bu kimi addımlar rəsmi Bakı tərəfindən yox, Yelisey sarayı tərəfindən atılıb. Bütün bunlardan sonra Fransanın özünün timsalında "küskün" obrazı yaratmaq cəhdi gülüncdür.

YAP Xətai rayon təşkilatının sədri onu da qeyd edib ki, əvvəldə də vurğuladığım kimi, Azərbaycan bütün dövlətlərlə münasibətlərin qarşılıqlı hörmət və beynəlxalq hüquq prinsipləri çərçivəsində qurulmasına tərəfdardır. Hansısa ölkə bunun əksini edirsə, bu o ölkənin öz problemidir. Fransa Bakıdakı səfirinin geri çağırılmasını lazım bilirsə, Azərbaycan da eyni addımı ata bilər.

Vüqar Rəhimzadə bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında da Fransanın Azərbaycanı birtərəfli addımlarda təqsirləndirməsinin tam əsassızlığı faktlarla diqqətə çatdırıldı. Bir daha vurğulandı ki, Fransa tərəfinin Azərbaycanı birtərəfli hərəkətlərdə təqsirləndirməsinə baxmayaraq, ölkəmizin Parisə qarşı addımları və verdiyi rəsmi bəyanatlar yalnız bu ölkənin destruktiv fəaliyyətinə cavab xarakterli olub. Ölkəmizə qarşı qarayaxma kampaniyasına baxmayaraq, tərəfimizdən hər zaman dialoq qapıları açıq saxlanılıb. Azərbaycan tərəfi dəfələrlə Fransaya təhdid, təzyiq dili ilə danışmağın heç bir nəticə verməyəcəyini bildirib və öz milli maraqlarının qorunması üçün bütün zəruri tədbirlər görəcəyini bir daha bəyan edir.

YAP Xətai rayon təşkilatının sədri qeyd edib ki, hər zaman ədalətin, beynəlxalq hüququn yanında olan Azərbaycan bütün dövlətlərdən, beynəlxalq təşkilatlardan da özünə qarşı bu cür yanaşmanı tələb edir. Maraqların beynəlxalq hüququ üstələməsi münaqişələrin dərinləşməsinə, gərginliklərin artmasına səbəb olur. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasının  maraqlarına uyğun gələndə 1-2 saatın içində icrasına nail olan bəzi dünya gücləri Azərbaycana gəldikdə işğalçının adı ilə çağırılmasının münaqişənin həllinə mane olacağını bildirməklə Ermənistana dəstəklərini nümayiş etdirdilər. Təbii ki, vasitəçi neytral mövqe nümayiş etdirməlidir. Bütün zamanlarda neytrallığı qorumayıb birtərəfli mövqeyi ilə diqqətdə olan Fransa kimi neokolonialist siyasəti həyata keçirən dövlətin bu gün Azərbaycanı birtərəfli addımlarda təqsirləndirməsi ən azı təəccüb doğurur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ