Cümə axşamı günü, 05 noyabr 2026
     

İsrail-İran savaşının sonu - molla rejimi çökəcək...

Image


İran ordusu və onun Yaxın Şərqdəki bəzi müttəfiqlərinin yəhudi dövlətinə presedenti olmayan hava hücumundan bir neçə gün sonra İsrail Tehrandan qisas almaqda qərarlı görünür. 

Dünya liderlərinin çağırışlarına məhəl qoymayan İsrailin hərbi rəsmilərinin bildirdiklərinə görə, Tehran ötən şənbə günü çoxu İran ərazisindən atılan 350-dən çox raket və pilotsuz uçuş aparatlarının bədəlini ödəməlidir.

İsrailin ordu komandiri, general-leytenant Herzi Halevi İranın hücumuna mütləq cavab veriləcəyini deyib. İsrailin cənubundakı Nevatim hava bazasında danışan Halevi bildirib: "İran öz hərəkətlərinin nəticələri ilə üzləşəcək". İsrail Müdafiə Qüvvələrinin sözçüsü, kontr-admiral Daniel Haqari "cavab bizim seçdiyimiz vaxt veriləcək" desə də, İsrail hərbi rəsmiləri bunun nədən ibarət ola biləcəyi barədə ətraflı məlumat verməyib. İsrailin sərt ritorikası, hətta ölkənin ən yaxın dəstəkçisi olan ABŞ-ın İranın dron və raket hücumlarının böyük ziyan vura bilməməsinin böyük bir qələbə olduğunu əsas gətirərək İsraili təmkinli olmağa çağırdığı vaxt da davam edir. Pentaqonun mətbuat katibi, general-mayor Pat Rayder bu xüsusda bildirib: "İran 300-dən çox hava hücumu keçirib və onların 99%-i vurulub". Xatırladaq ki, Britaniya, Fransa, İordaniya və Səudiyyə Ərəbistanı da İranın raket və pilotsuz təyyarələrini vurmaq üçün ABŞ və İsrailə qoşulub. Baş verənlərlə bağlı "Forbes" dərgisinin yazdığına əsasən, İranın son hücumu İsraillə tammiqyaslı savaşa yol açarsa, İslam Respublikasının ayaqda qalacağı şübhə doğurur. Qeyd edilir ki, İsrailin hücumundan bəri İranın şərqində, Pakistanla sərhəddə yerləşən Bəlucistan əyalətində silahlı üsyan baş qaldırıb. Bu ərazidə etnik bəluclar yaşayır: "Həmçinin, aprelin əvvəlində İranın milli valyutası rial dəyərinin 30 faizini itirib. Ardınca 1 ABŞ dolları 600 min rial olub. Onsuz da zəif rialın bu qədər dəyərsizləşməsi İran xalqının əvvəlkindən də yoxsul duruma düşməsi deməkdir. İranı yönəldən dini rejimin neftlə zəngin ölkənin əhalisini bu durumda idarə etməsi çətin olacaq. Başlıca ticarət tərəfdaşlarının İranla ticarəti onsuz da azaltdığı indiki ortamda İran ciddi iqtisadi risqlə üzləşə, az həcmdə idxala belə imkan çatdırmaya bilər.

İran xalqı ölkənin zəngin neft sərvətlərindən az faydalana bilib. İslam inqilabının baş verdiyi 1979-ci ildən bəri radikal dini hakimiyyət İsrailə nifrəti öz varlığının mərkəzi doktrinasına çevirib. İranlılarla yəhudilər arasında real nifrət tarixinin olmadığı gözə alınsa, bu, yetərincə qəribədir. Axı, hər iki xalq 2 min 500 il boyunca bir-biri ilə yaxşı yola gedib. İsrailə nifrətini gerçək fəaliyyət məcrasına keçirən İran xalqın rifahına xərclənə biləcək milyardlarla dolları Fələstində HƏMAS, Livanda "Hizbullah" və Yəməndə husilər kimi qrupların maliyyələşdirilməsinə yönəldib. Son illərdə Rusiyanın Ukraynada apardığı müharibə nəticəsində silah çatışmazlığı ilə üzləşməsi fonunda İran Moskvaya dron və başqa hərbi avadanlıq satmağa başlayıb. Qadınların ictimai yerlərdə başlarını örtməyə məcbur edilməsi kimi ziddiyyətli qanunların gərginlik və kütləvi qiyam doğurduğu İranda dini hakimiyyət xalqin onu sevmədiyini bilir. İsraillə tammiqyaslı savaş İranın müharibə iqtisadiyyatına keçməli olması deməkdir. Üstəlik, iqtisadiyyatın onsuz da zəif olduğu və xalq bunu dəstəkləmədiyi halda. Əhalisinin sayı qat-qat az olan İsrailin iqtisadiyyatı İran iqtisadiyyatından böyükdür. İsrail cəmiyyəti İranla müharibə istəmir, ancaq bu baş verərsə, gerçək ekzistensial təhlükə yaşadığından birləşəcək. İran cəmiyyəti isə parçalanmış olacaq. Son günlərdə neftin bir barrelinin qiyməti 90 dollara yaxınlaşıb. Yanvarda neftin qiyməti 70 dollara yaxın idi. Bu artım, əsasən, Yaxın Şərqdəki qeyri-müəyyənliklə bağlıdır. Ancaq qiymətlər daha öncə görülmüş rekord səviyyələrə çatmayıb. Maliyyə böhranı zamanı neftin qiyməti 140 dollara, 2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan sonra isə 120 dollara yüksəlmişdi. Bunun bir səbəbi təxminən 2007-ci ildə başlanan yanar şist inqilabıdır. Dünyada hər dəfə münaqişə yaranan zaman İranın neftdən götürdüyü böyük gəlir əvvəlki səviyyədə olmayacaq. Üstəlik, sanksiyalar yüngülləşdirilsə də, İranın öz neftini ixrac etməsi asan olmayacaq. Bunun səbəblərindən biri İranın husiləri maliyyələşdirməsi və onları İran körfəzində gəmilərə hücum etməyə həvəsləndirməsidir. Bu durumda İranın özü neftini güvənli ortamda ixrac edə bilməyəcək, çünki onun gəmiləri İsrail hücumuna məruz qalacaq. Başqa bir səbəb ölkələrin 45 il boyunca dünyaya terror və qeyri-sabitlik ixrac edən İranla ticarət aparmaq istəməməsi olacaq. HƏMAS-ı silahlandırmağa milyardlarla dollar xərcləyən İran sərmayəsinin, demək olar, batdığını görür. HƏMAS hələ mövcudluğunu saxlasa da, onun hərbi gücü ciddi ölçüdə aşınıb. Qəzza müharibəsi bitəndən sonra yerli qəzzalıların HƏMAS-ın Qəzzadakı resursların çox hissəsini özünə götürməsinə və artıq bütün bu fəlakətə yol açan silahlı mübarizəni davam etdirməsinə sakit yanaşıb-yanaşmayacağını təsəvvür etmək çətindir. Livan dövlətinin içərisinə yerləşmiş "Hizbullah" HƏMAS-ı dəstəkləmək üçün başlatdığı sərhəd toqquşmalarında İsrailin ağır zərbələrinə məruz qalıb. Tammiqyaslı müharibə başlayarsa, İsrail ağır zədə alsa da, "Hizbullah", böyük ehtimalla, darmadağın olacaq. Yaranmış vəziyyət Livanın xeyli hissəsini dağıtdığından, xristian və sünnilər "Hizbullah"dan qisas almaq istəyəcək. Neft silahı əlindən çıxmış, iqtisadiyyatı bu qədər zəif, proksilərininsə İsrail ordusu qarşısında zəif olduğu sübut edilmiş İran nəhəng problemlə üz-üzədir. Ən məntiqli çıxış yolu İsraillə razılığa gəlməkdir. Ancaq İsraillə hər hansı razılaşma İranın regional hegemonluq iddialarını əlindən çıxara bilər. İsraillə hər hansı savaşsa rejimin gələcəyini əlindən ala bilər".

Nahid SALAYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ