Cümə axşamı günü, 05 noyabr 2026
     

Fransa Qafqazda bitərəf vasitəçi olmadığını təsdiqlədi...

Image


Məhərrəm Zülfüqarlı: "Baş verənlər göstərir ki, Azərbaycanın Ermənistanla normallaşma prosesində Fransanın vasitəçiliyindən imtina etməsi doğru qərar olub"    

Get-gedə Fransanın iç üzü tamamilə ifşa olunur, son baş verənlər isə onun əsl simasını bütün dünyaya göstərdi. Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdən Makron hakimiyyəti artıq düşdüyü biabırçı vəziyyəti ört-basdır edə bilmir. 

Cənubi Qafqazda bütün proseslərdən kənarda qalan rəsmi Paris çalışır ki, müxtəlif təxribatlarla özünü buralarda göz soxsun, amma alınmır ki, alınmır. Özünü daim "bitərəf, qərəzsiz" kimi qələmə verməyə çalışan Makron hökuməti əslində Azərbaycan düşməni olduğunu sübut edir. Öz səfirini müxtəlif bəhanələrlə geri çağırması da bu ölkənin Azərbaycana bəslədiyi münasibətin göstəricisidir. Makron hökuməti çalışırdı ki, Qarabağ probleminin həlli məsələsində, eləcə də Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırması prosesinə özünü yamaq etsin. Amma Azərbaycan buna qəti etiraz etdi və birmənalı olaraq bildirdi ki, Makron hökuməti yalnız və yalnız normallaşmaya mane ola bilər, onun ziyankar mövqeyi özünə qalsın. 

Azərbaycan 2022-ci ildə Fransanın Qarabağ məsələsində, Ermənistanla münasibətlərin normallaşdırılması sahəsində vasitəçiliyindən  imtina etdi. Artıq baş verənlər göstərir ki, Azərbaycan il yarım, iki il əvvəl rəsmi Parisin vasitəçiliyindən imtina etməkdə düzgün mövqe tutub. Bildiyiniz kimi, 2022-ci ildə Makronun vasitəçiliyi ilə görüşlərin keçirilməsindən Azərbaycan imtina etdi.

Fransanın Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılmasında ədalətli vasitəçi ola bilməyəcəyi ilə bağlı il yarım, iki il əvvəl ortaya qoyduğu mövqe özünü bir daha təsdiqlədi. Deməli, Azərbaycan düz yolda imiş. 2 il əvvəl Azərbaycan bəyan edirdi ki, Fransa bu gedişlə ədalətli vasitəçi ola bilməz. Fransanın öz səfirini geri çağırması bir daha sübut etdi ki, həqiqətən də  Azərbaycanın dediyi kimi Fransa  Ermənistanla normallaşma məsələsində ədalətli vasitəçi rolunu oynaya bilməz, çünki qərəzlidir, Fransanın sonuncu addımı da bunu sübut etdi.

"Belə bir qeyri-obyektiv ölkə yalnız normallaşmaya əngəl ola bilərdi, necə ki, prosesdən kənarda qalmasına baxmayaraq pozuculuğunu davam etdirir" 

Məsələyə mövqe bildirən AVCİYA-nın vitse-prezidenti, professor Məhərrəm Zülfüqarlı "Bakı-Xəbər"ə bildirdi ki, Fransanın hazırkı davranışı yeritdiyi siyasətin davamıdır. O qeyd etdi ki, keçmişdə Azərbaycan nisbətən zəif olanda bu məsələ qabardılmırdı, amma Azərbaycanın güclənməsi nəticəsində Fransanın qərəzli münasibəti daha qabarıq şəkildə önə çıxarıldı. M.Zülfüqarlı bildirdi ki, Fransa uzun müddət ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri olmasına baxmayaraq, Ermənistanın işğalçılıq siyasəti ilə bağlı heç vaxt beynəlxalq hüquqa əsaslanan mövqe nümayiş etdirməyib, o zaman da qərəzli olub, indi də qərəzlidir. "Azərbaycan hər zaman Makron hökumətinin qərəzli münasibətini gördüyü üçün hələ iki il əvvəl doğru qərar qəbul edib. Bəli, baş verənlər göstərir ki, Azərbaycanın Ermənistanla normallaşma prosesində Fransanın vasitəçiliyindən imtina etməsi doğru qərar olub. Çünki Fransa heç zaman bu məsələdə bitərəf, ədalətli, qərəzsiz mövqe tuta bilməz, hər an antiazərbaycan mövqeyini büruzə verir. Belə bir qeyri-obyektiv ölkə yalnız normallaşmaya əngəl ola bilərdi, necə ki, prosesdən kənarda qalmasına baxmayaraq pozuculuğunu davam etdirir. Keçmişdə də qərəzli olublar, indi də qərzəlidirlər.  44 günlük Vətən müharibəsində, 23 saatlıq antiterror tədbirləri zamanı, eləcə də sonrakı proseslərdə Makron hökumətinin tutduğu qərəzli, ermənipərəst mövqe onun bütün Qafqaz üçün təhlükə olduğunu ortaya qoydu"-deyə M.Zülfüqarlı qeyd etdi.      

O bildirdi ki, Fransa ATƏT-in Minsk qrupunda təmsil olunanda Azərbaycanı tənqid etmək imkanı elə də geniş olmasa da, indi əlinə fürsət keçib. "Azərbaycanın qalibiyyəti Fransanı ciddi narahat edir. Biz qalib dövlət kimi Fransanın əvvəlki və indiki fəaliyyətinə də qiymət verə bilirik, bud da rəsmi Parisi qıcıqlandırır"-deyə professor bildirdi. 

M.Zülfüqarlının sözlərinə görə, tarixə baxsaq, Fransa həmişə müsəlman, xüsusən də türk xalqlarına düşmən münasibətilə fərqlənib. O qeyd etdi ki, Osmanlı dövlətinin parçalanmasında, devilməsində, Osmanlıya qarşı şər-böhtan kampaniyasında həmişə onlar iştirak edib. Fransanın Avropada ən qatı millətçi dövlət olduğunu deyən M.Zülfüqarlının sözlərinə görə, millətçilik anlayışı 1789-cu ildə Fransa burjua inqilabı ilə başlayıb. "Yəni fransızlarda da erməni kimi qatı millətçilik, başqalarına düşmən münasibət həmişə olub. Ermənilərin Fransanın müəyyən şəhərlərində kompakt yaşaması, seçkilərdə elektorat kimi iştirak etməsi də Fransanın siyasətinə təsir edir. Həm prezident, həm parlament üzvləri seçicilərin səsini qazanmaq üçün bu cür variantlardan istifadə edirlər. Prezident İlham Əliyev də bir dəfə yaxşı dedi ki, əgər Fransa bu cür erməni təəssübü çəkirsə, elə Marseldə ermənilərə ikinci dövlət yaratsın, çünki Marselin əhalisinin çoxu ermənilərdən ibarətdir". 

M.Zülfüqarlı qeyd etdi ki, artıq ABŞ başda olmaqla Qərb ölkələri də Fransadan üz çeviriblər. 

Afrika ölkələrində Fransanın həyata keçirdiyi çoxsaylı cinayətlərin də onu gözdən saldığını deyən M.Zülfüqarlı hesab edir ki, Azərbaycanın da onun bu cinayətlərini ifşa etməsi Makron hökumətini qıcıqlandırır. "Azərbaycan rəsmi Parisin iç üzünü ifşa edir. Təbii ki, Azərbaycan bu məsələdə haqlıdır"-deyə professor qeyd etdi. 

İradə SARIYEVA



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

04.11.2026 / 17:46
Prezidentin sosial media hesablarında “AIREX 2026” sərgisi ilə bağlı videoçarx paylaşılıb

04.11.2026 / 17:40
İsrailin 4 müxalifət partiyası Netanyahuya qarşı hərəkətə keçdi - fövqəladə hökumət qurulur...

04.11.2026 / 17:15
Melaniya Tramp Rusiya və Ukrayna nümayəndələrini Ağ Evdə bir araya gətirir

04.11.2026 / 17:03
Yaşı 80-i keçən siyasətçilər Amerika siyasətini də qocaldır

04.11.2026 / 16:49
Dövlət qurumu yeni internet tarifləri müəyyənləşdirdi

04.11.2026 / 16:42
Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

04.11.2026 / 16:29
Qeşm adasına ABŞ-ın zərbələri Hörmüzdən azad neft keçidini təmin edə bilər?

04.11.2026 / 16:25
Ermənistan və Azərbaycan Rusiya, Çin və Qərb arasında: kimin manevr azadlığı daha çoxdur?

04.11.2026 / 16:22
Səudiyyə vəliəhdi Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:21
Avropa məhkəməsi Toroyanın mübahisəli ölümünü yüzlərlə qətl edilmiş azərbaycanlıdan üstün tutdu...

04.11.2026 / 16:20
Səudiyyə Kralı Prezident İlham Əliyevi təbrik etdi

04.11.2026 / 16:18
Məkkə Sazişi İranı ABŞ hücumlarından müdafiə edir?..

04.11.2026 / 16:15
Pakistan Prezidenti Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

04.11.2026 / 16:07
Keçmiş nazirin oğluna yeni vəzifə verildi

04.11.2026 / 15:53
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edildi

04.11.2026 / 15:48
G20 sammitinə dəvət: Azərbaycanın və Prezident İlham Əliyevin artan beynəlxalq nüfuzunun sübutu

04.11.2026 / 15:40
Hersoq qərar verəcək - Netanyahu müsəlman qətliamını davam etdirəcək, ya...

04.11.2026 / 15:17
"Ermənistan Azərbaycanla ikitərəfli ticarəti genişləndirir" - Paşinyan

04.11.2026 / 14:52
"Gələn ildən növbəti böyük sosial islahat paketi planlaşdırılır" - Sahil Babayev

04.11.2026 / 14:39
Gələn il pensiyalar bu qədər artırılacaq...

04.11.2026 / 14:25
İspaniyadan Trampın seçki məlubiyyətinə ilk reaksiya - ifrat sağçı dalğa artıq dağılır…

04.11.2026 / 14:10
164 min manatlıq dələduzluq - boşanma mübahisəsindən istifadə edib qadının mənzilini və avtomobilini ələ keçirdi...

04.11.2026 / 13:57
Fuad Nağıyev professor Məhərrəm Zülfüqarlını təltif edib

04.11.2026 / 13:47
İran ABŞ-dakı seçkilərə belə reaksiya verdi - amerikalılar 'MÜHARİBƏYƏ YOX' dedilər...

04.11.2026 / 13:46
Paşinyan yeni konstitusiyanı bu ay dərc edəcəyinə söz verdi...

04.11.2026 / 13:34
ABŞ çərşənbə günü İrana zərbə endirə bilər – İDDİA…

04.11.2026 / 13:19
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq...

04.11.2026 / 13:07
Uşağın doğulmasına görə müavinət 600 manatdan 1500 manata qaldırılır...

04.11.2026 / 12:54
Respublikaçılar ümidini növbəti seçkiyə bağladı - Conson 2028-də aşağı palata üzərində nəzarətin bərpasına əmindir

04.11.2026 / 12:42
“Neft və mürəkkəb: Neftlə yazılmış hekayələr” sənədli filminin premyerası olub - FOTO

04.11.2026 / 12:40
"2027-ci ildə orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır" - Nazir

04.11.2026 / 12:31
Prezident və Birinci xanım “AIREX 2026” sərgisi ilə tanış olublar - FOTO

04.11.2026 / 12:17
Kürdəmir xəstəxanasında 125 min manatlıq yeyinti - bir nəfər barəsində qətimkan tədbiri seçildi...

04.11.2026 / 12:01
Azərbaycanda dəfn pulu artırılır - 946-dan 1200-ə...

04.11.2026 / 11:47
Ukrayna “Ozon”un Adıgeydəki logistika mərkəzini vurdu – güclü yanğın başladı... Sifarişlər dayandırıldı...

04.11.2026 / 11:40
Tramp partiyasının seçki uğursuzluğuna maraqlı səbəb tapdı - "Mən olsaydım..."

04.11.2026 / 11:28
Samvel Karapetyan və qardaşı oğlunun evlərində axtarış aparılır...

04.11.2026 / 11:14
Demokratlar Respublikaçıların ən böyük qalasını da ələ keçirdi - 1932-ci ildən bəri ilk fakt...

04.11.2026 / 11:06
Rusiyanın mövcudluğuna etirazlar WIC qadın klubuna da sıçradı - Ukrayna, Estoniya, İtaliya səfirlərinin xanımları təşkilatı tərk etdi

04.11.2026 / 10:40
Bələdiyyələrə xəbərdarlıq edildi - qanunsuz ödəniş tələblərinə inanmayın...

04.11.2026 / 10:31
Bakıda qanunsuz torpaq zəbt edən 74 yaşlı qadın həbs edildi

04.11.2026 / 10:18
Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verildi

04.11.2026 / 10:07
Trampın seçkilərdə məğlubiyyəti və bunda İran amilini də etiraf etdi - nəticələri qəbul etməyə hazıram...

04.11.2026 / 09:41
Tramp Rusiya və Ukraynanın razılığa gəlməyə hazır olduqlarını deyir, ancaq...

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ